15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Milli Məclisin komitə iclası keçirilib - Nələr müzakirə edilib?
Tarix: 22-11-2021 19:34 | Bölmə: İqtisadiyyat

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclası keçirilib.
Reyting.az xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili iclası açaraq gündəlik barədə məlumat verib, bildirib ki, iclasın gündəliyinə gələn ilin büdcə zərfinə dair qanun layihələri ilə yanaşı, bir sıra digər qanun layihələri də daxildir. Komitə sədri büdcə layihəsinin I oxunuşu zamanı komitələrdə və plenar iclasda kifayət qədər məlumat verildiyini, plenar iclasda birinci oxunuşda qaldırılan konseptual məsələlərə hökumətin plenar iclasda cavab verəcəyini, hazırda isə IIoxunuşun tələblərinə uyğun maddələr və istiqamətlər üzrə müzakirələrin keçiriləcəyini bildirib.
Büdcə layihəsi barədə məlumat verən komitə sədri bildirib ki, 2022-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı makroiqtisadi mühit əlverişlidir. Həm ÜDM-in artması, həm də qeyri-neft sektorunun artım tempinin yüksəlməsi, makroiqtisadi sabitliyin qorunması, manatın məzənnəsinin sabit qalması, inflyasiyanın növbəti ildə orta illik göstəricisinin aşağı olması onu deməyə əsas verir ki, həm dövlət büdcəsi layihəsinin ümumi parametrləri, həm də onun icrası üçün əlverişli zəmin var.
Sonra T.Mirkişili komitənin gündəliyindəki məsələlərdən ikisində - “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihələrinin mətnində birinci oxunuşun müzakirələri nəticəsində dəyişikliklər olunduğunu qeyd edib və büdcə məsələlərinin müzakirələrindən əvvəl bu barədə məlumat vermək üçün Iqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayevaya söz verib.
Samirə Musayeva deputatların birinci oxunuşda qaldırdığı məsələlər əsasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrində edilən dəyişikliklər barədə məlumat verib. O, bildirib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə mənfəət vergisi bəyannaməsinin kameral yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilib, həmçinin şəhid ailələrinə və müharibə əlillərinə göstərilən maddi yardımların gəlir vergisindən azad olunan məbləği 10 min manatdan 20 min manata qədər artırılıb, “Müharibədə yaralanan” anlayışı “Müharibə iştirakçıları” termini ilə əvəz olunub.
Bundan başqa, Milli Məclisin kənd təsərrüfatı məhsullarında istehsalçıdan sonra bütün növbəti həlqələrdə tətbiqi nəzərdə tutulan ƏDV-nin yalnız məhsulun ticarət əlavəsinə görə hesablanması ilə bağlı təklifi də nəzərə alınıb.
“Nağdsız hesablaşmalar haqqında” Qanunda isə pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit də 4 min manat məbləğində müəyyən edilib.
Sonra iclasda büdcə layihəsi və onunla bağlı məsələlərin müzakirəsi başlanıb.
Müzakirələrdə komitə sədrləri Tahir Mirkişili, Hicran Hüseynova, Qənirə Paşayeva, Musa Quliyev, Siyavuş Novruzov, komitələrin sədr müavinləri Əli Məsimli, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Sahib Alıyev, deputatlar Vüqar Bayramov, Arzu Nağıyev, Məzahir Əfəndiyev, Vahid Əhmədov çıxış ediblər, dövlət büdcəsi ilə bağlı fikirlərini açıqlayıblar, rəylərini səsləndiriblər. Deputatlar şəhid ailələri üzvlərinin və müharibə veteranlarının təhsilinin artırılmasının, qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmirinin diqqətdə saxlanılmasının vacibliyini bildiriblər. Millət vəkilləri, həmçinin seçiciləri düşündürən məsələləri hökumət üzvlərinin diqqətinə çatdırıblar, gələn ildə regional infrastruktur layihələrinin icrası, qaz, su təminatının həlli kimi məsələləri qaldırıblar. Çıxışlarda aidiyyatı dövlət orqanlarının büdcə planlamasında proqnozlarını təqdim etməsinin əhəmiyyəti vurğulanıb.
Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək qaldırılan məsələlərlə bağlı ətraflı izahat verib. Satınalmalarla bağlı qaldırılan bəzi məsələlərin hökuməti də qane etmədiyini qeyd edən nazir bu sahənin təkmilləşdirlməsi istiqamətində işlər aparıldığını deyib. Subsidiyalardan, xüsusən aqrar sahənin subsidiyalaşmasından və hökumətin bu sahədən gözləntilərindən danışan nazir subsidiya həcmlərinin artmasının gətirə biləcəyi risklərin hökumətin də gündəliyində olduğunu bildirib. Ümumi gəlirlərin 88,8%-nin Bakı şəhərinin, 11,2%-nin digər regionların payına düşdüyünü qeyd edən Samir Şərifov regionların gəlirlərinin müəyyən hissəsinin rayonlarda saxlandığını bildirib. Avtomobil parkını yenilənməsində hökumətin elektromobillərə və hibrid avtomobillərə üstünlük verdiyi bildirilib və bu istiqamətdə nəzərdə tutulan stimullaşdırıcı tədbirlər barədə məlumat verilib.
Nazir büdcə vəsaitlərinin idarə olunması ilə bağlı da deputatlara məlumat verib. Qaldırılan bir çox məsələlər üzərində hökumət tərəfindən iş aparıldığını vurğulayan maliyyə naziri bildirib ki, deputatların təmsil etdikləri rayonlarla və seçicilərlə bağlı gündəmə gətirdikləri problemlər əsasən növbəti büdcə planlaşdırılmasında öz həllini tapa biləcək məsələlərdir.
Sonra iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, təhsil nazirinin müavini İdris İsayev də çıxış edərək öz sahələri üzrə qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Müzakirələrdən sonra deputatlar “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
Müzakirələrin sonunda ikinci oxunuşda olan “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Su Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrinin və birinci oxunuşda olan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.
Onlayn iclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək