15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Dünyada taxıl və ərzaq məhsullarının bahalaşması davam edir
Tarix: 28-12-2021 15:40 | Bölmə: İqtisadiyyat

Koronavirus pandemiyanın nəticələri ərzaq məhsullarının bahalaşmasının səbəblərindən birinə çevrilib. Bütün dünyada ərzaq qiymətləri artmaqdadır. BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, dünya bazarlarında ərzaq məhsullarının qiymətləri onillik maksimuma çatıb. Dünyada bahalaşan məhsullardan biri taxıl olub. Bahalaşma Kanada, Rusiya və ABŞ da daxil olmaqla, əsas ixracatçı ölkələrdə aşağı məhsuldarlıq nəticəsində ehtiyatların azalması fonunda baş verib. Bundan başqa, qiymət artımına bir neçə iri ixracatçı ölkədə məhsul növlərinin pisləşməsi də səbəb olub.
Bir neçə ölkədə ərzaq məhsullarının dinamikasına nəzər salaq. İlk növbədə, postsovet məkanı ölkələrindən başlayaq.
Qazaxıstanda 2021-ci ilin noyabr ayında tərəvəzlər 8,3%, yumurta 2,1%, un 1,5%, donuz əti 1,1%, pasterizə olunmuş süd, dənli bitkilər, makaron məmulatları 1%, kökə və un məmulatları 0,9%, çörək, şəkər tozu, kolbasa, at əti – hər biri 0,8%, quş əti isə 0,7% bahalaşıb. Kartofun və meyvələrin qiymətində isə əksinə müvafiq olaraq 1,4% və 0,6% azalma müşahidə olunub. Öz növbəsində, tütün məmulatları 1%, spirtli içkilər isə 0,5% bahalaşıb.
Bundan başqa, ölkədə 2021-ci ilin noyabr ayında əvvəlki ayla müqayisədə yulafın istehsalçı qiymətləri 4,8%, qarabaşaq yarmasının 3,3%, buğdanın 2,7%, qarğıdalının 2,6%, arpanın istehsalçı qiymətləri 0,4%, düyünün istehsalçı qiymətləri 0,3% artıb.
Qırğızıstanda cari ildə ümumilikdə inflyasiya 6,2%, ərzaq məhsulları üzrə inflyasiyası isə 18,8% təşkil edib. 2021-ci ilin iyul ayında respublika üzrə buğdanın qiyməti orta hesabla 29,15 som təşkil edib, bu göstərici keçən ilin iyul ayına nisbətən 8,2 som və ya 39,3% artıb.
Şəkərin qiymətində artım 58%, bitki yağında 82%, spirtli içkilər və tütün məmulatlarında 10,8% təşkil edib. Bu dövrdə buğdanın pərakəndə satış qiymətləri Bişkek şəhərlərində digər bölgələrə nisbətən daha çox artaraq mütləq rəqəmlə 31,46 som təşkil edib.
Qırğızıstanın Milli Statistika Komitəsinin verdiyi məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 28 922,4 min ABŞ dolları dəyərində 130 min ton buğda idxal edilib (1 tonu 223 dollara). İdxalın əsas hissəsi qonşu Qazaxıstanın payına düşür. Komitənin məlumatına görə, cari ildə əhali gəlirlərinin 64,8%-ni ərzaq məhsullarının alınmasına sərf edib.
Bu ilin 22 oktyabr tarixinə olan məlumata əsasən, 573,9 min hektar sahədən dənli bitkilər (paxlalılar, çəltik və qarabaşaq yarması istisna olmaqla) biçilib. Məhsuldarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çox olub. Biçilmiş sahələrdən 1 343,3 min ton taxıl yığılıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,3% azdır. Yay mövsümündə temperaturun anomal yüksək olması, suvarma suyunun olmaması dənli bitkilərin məhsuldarlığının azalmasına səbəb olub. Yerli taxıl tədarükü ölkənin tələbatının böyük hissəsini – təxminən 60-65%-i təmin edir, qalan hissə idxal hesabına ödənir.
Moldovada cari ilin aprel ayında 2021-ci ilin mart ayına nisbətən dənli bitkilərin (taxıl) qiymətində 2,8% artım müşahidə olunub. Bu ilin oktyabr ayında 2021-ci ilin sentyabr ayına nisbətən buğda unu çörəyi 1,6% bahalaşıb.
Tacikistanda da cari ilin doqquz ayı ərzində ərzaq və kənd təsərrüfatı məhsullarının pərakəndə satışında artım qeydə alınıb. Belə ki, 1 kq 1-ci sort unun qiyməti 12% (ilin əvvəlində 4,7 somoni, hazırda 5,27 somoni), arpanın – 31% (ilin əvvəlində 3,8 somoni, hazırda 5 somoni), qarışıq yemin – 31% (ilin əvvəlində 3,5 somoni, hazırda 4,5 somoni), qarğıdalının – 50% (ilin əvvəlində 3 somoni, hazırda 4,5 somoni); yulafın – 33% (ilin əvvəlində 3 somoni, hazırda 4 somoni); jmıxın – 51% (ilin əvvəlində 3,7 somoni, hazırda 5,6 somoni) artıb.
Ukraynada 2021-ci ildə, xüsusən ilin ikinci yarısında yerli istehsal olan demək olar bütün məhsullara qiymətlər artıb. İlin natamam yekununa olan məlumata görə, ölkədə ümumi qiymət artımı 58,1% təşkil edib (2020-ci ildə artım 14,7% olub).
Ölkədə ərzaq məhsullarından ət 15,3%, toyuq 29,4%, yerli bazarda əhəmiyyətli məhsul hesab olunan salo 23,6%, süd 10,1%, süd məhsulları 15,4%, çörək və un məhsulları 19%, yumurta 29,2%, şəkər 43,1%, bitki yağı 55,4% bahalaşıb.
Bahalaşma Şərqi Avropada da qeydə alınıb. Məsələn, Rumıniya, Xorvatiya, Bolqarıstan, Bosniya və Herseqovinanı və Serbiya kimi ölkələri gətirmək olar.
Rumıniyada cari ilin noyabr ayında taxıl ötən ilin noyabr ayı ilə müqayisədə təxminən 33,7%, 2019-cu ilin noyabr ayı ilə müqayisədə isə 55,7% baha olub.
Xorvatiyanın Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata əsasən, 2020-ci ilin sentyabr-oktyabr ilə müqayisədə cari ilin analoji dövründə taxılın qiyməti 52% artıb. Belə ki, 1 kq taxılın qiyməti 1,79 kunaya (7,5 kuna = 1 avro) çatıb.
Digər məhsullarda da bahalaşma qeydə alınıb. Belə ki, taxıl 1,79 kuna (və ya 53%), qarğıdalı 1,60 kuna (52%), arpa 1,25 kuna (26%), günəbaxan 3,74 kuna (72%), soya isə 4,25 kuna (+71%) bahalaşıb.
Serbiya çörəyin qiyməti 2020-ci il ilə müqayisədə 4,8% artıb.
Bosniya və Herseqovinada 1 ton buğdanın qiyməti hazırda 250 avro civarındadır, lakin proqnozlara görə, qiymət 2022 yanvar-fevral ayı üçün 300 avroya qədər artacaq. Halbuki keçən il buğdanın bir tonu 150 avro civarında olub.
Bolqarıstanda son beş ayda taxılın qiymətində əhəmiyyətli dərəcədə artım qeydə alınıb.
Qərbi Avropada da taxılın qiymətində artım müşahidə olunur.
Belə ki, Almaniyada 2021-ci ilin noyabr ayında əvvəlki ilin eyni ayına nisbətən ərzaq qiymətləri 4,5% artıb. Taxıl 2020-ci ilin eyni ayı ilə müqayisədə 33% bahalaşıb.
İspaniyada 2020-ci ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayınadək aparılmış statistik hesablamalar nəticəsində dənli bitkilərin qiymətləri kəskin dəyişib. Belə ki, yumşaq taxıl 185 avro/tondan 255 avro/tona qədər, sərt taxıl 285 avro/tondan 420 avro/tona qədər, arpa 155 avro/tondan 230 avro/tona qədər; qarğıdalı isə 180 avro/tondan 275 avro/tonadək artıb.
İsveçrə Konfederasiyasında 2021-ci ilin noyabr ayına olan illik inflyasiya səviyyəsi 1,5% təşkil edib, o cümlədən un və digər dənli bitkilər 0,9% bahalaşıb, çörək isə 0,6% ucuzlaşıb.
Qiymətlərin artımı kontinentin əks hissəsində də qeyd alınıb.
Belə ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, 2021-ci ilin noyabr ayında ölkədə istehlak qiymətləri illik ifadədə 2,3% artıb, o cümlədən taxıl 1,5% bahalaşıb.
Yaxın Şərqdə də artım dinamikası müşahidə olunmaqdadır.
Məsələn, Səudiyyə Ərəbistanı Krallığında istehlak məhsullarından süd və süd məhsulları 17,31%, yerli dondurulmuş broyler məhsulları 16,07%, yerli ağ un 14,36%, qarğıdalı yağı 12,83%, bitki yağı 11,29%, mərcimək 11,47%, nar 14,69%, alma 12,36%, ispanaq isə 12,17% bahalaşıb.
Amerika qitəsini də qiymət artımı yan keçməyib.
Məsələn, Kanadada kənd təsərrüfatı məhsullarının qiymət indeksi sentyabrda illik ifadədə xeyli dəyişib. Bitki əkinləri indeksi 127,8-dən 168,9-dək, taxıl indeksi 110,3-dən 166,6-dək, yağlı toxumlar indeksi isə 130,7-dən 182,4-dək artıb.
Cənubi Amerikada da bahalaşma tendensiyası yer alıb:
Meksikada taxılın qiyməti 4,5%, qarğıdalının 20-27% artıb.
Kosta-Rikada taxıl və qarğıdalı 14-19% civarında bahalaşıb.
Peruda taxıl 8,12%, qarğıdalı isə 25,3% bahalaşıb.
Panamada taxılın qiyməti 0,6% artıb, qarğıdalının istehsalı isə istehlak üçün zərərli hesab edilir.
Kolumbiyada qiymət artımı müvafiq olaraq 0,7% və 2,1%, Qvatemalada 2,88% və 25,1% olub, Hondurasda isə qarğıdalı 24,9% bahalaşıb. (APA)
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək