Müğənni Samir Salam azadlığa buraxılıb
Tarix: 24-12-2025 13:13 | Bölmə: Mədəniyyət

Müğənni Samir Salam azadlığa buraxılıb

Müğənni Samir Salam azadlığa buraxılıb.

Məlumata görə, o, amnistiyaya düşüb və həbsdən azad edilib.

Xatırladaq ki, S.Salam 2023-cü ilin mart ayında həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda qanunsuz əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşıma) təqsirli bilinərək Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, S.Salam daha çox dini mahnılar səsləndirir. O, eyni zamanda ilahiyyatçı kimi fəaliyyət göstərir.





Bölməyə aid digər xəbərlər