00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Nəbi, Qabil, Bəxtiyar
Tarix: 09-12-2019 22:01 | Bölmə: Mahir Qabiloğlu

Adım Mahir, təxəllüsüm Qabiloğlu olsa da, həyatda məni müxtəlif cür çağırırlar. Amma bunların içində ən çox “şairoğlu” müraciətini tez-tez eşidirəm. Onu deyim ki, şair oğlu olsam da ömründə şeir yazmaq fikrinə düşməmişəm də. Amma bir dəfə “yoldan çıxdım”. Üç şeiri dalbadal düzdüm. Fəxrlə qıraqdan özümə baxıb qürurlandım da.
Bir anlıq fikrə getdim. Yazdıqlarım həqiqətənmi şeirdir? Kimə müraciət edim, kimə oxuyum, kimdən soruşum? Bəlkə elə doğurdan da şairəm, yaxud da atam Qabil demişkən sadəcə “şaircik”?
Yazdıqlarımı oxumağa, bir məsləhət almağa sənətkar aradım. Üzvü olduğum Qabilin ocağına baş vurdum. Tapmadım. Qonşularımızı, mənə düzgün məsləhət verə biləcək insanları - Bəxtiyar əmini, Nəbi əmini və digərlərini axtardım. Onlar da yox idilər. Yaşadığımız Hüsü Hacıyev küçəsi 19 – yazıçılar evi qurumuş bulağa bənzəyirdi. Hansı birinin qapısını döyəydim ki? Hamısı dünyasını dəyişmişdi. Nəticədə yazdığım üç cızma-qaranı atdım qırağa. Adını şeir qoyduğum bu şeir dünyaya gəldi.
Mənə ustadoğlu deyə müraciət edən yeganə adam, şair, qələminin pərgarlığına və obyektivliyinə inandığım Əkbər Qoşalıya müraciət etdim. Oxudu. Və ilk, bəlkə də son şeirimin “buraxılış vəsiqə”sini imzaladı.
Allah Nəbi Xəzriyə, Qabilə, Bəxtiyar Vahabzadəyə və dünyasını dəyişən, bu gün yeri görünən bütün şair və yazıçılarımıza rəhmət eləsin!
Nəbi, Qabil, Bəxtiyar
Nəsə demək istəyirəm –
Ürək doludur...
Şeir qoşmaq istəyirəm
Qələm odludur...
Yazmaq-pozmaq istəyirəm –
Kağızım boldur.
ancaq yazdığımı kimə oxuyum? –
hardasız, ay ustadlar? –
Nəbi, Qabil, Bəxtiyar...
Yazmaq istəyirəm,
Fəqət qorxuram.
Yuxuma girərlər
gecə yarısı...
Qıyğacı baxışlar
gözümü oyar.
“Şairəm söyləyir yerindən duran,
Adamın üzündə həya gərəkdir”
deyibən yenidən qeybə yollanar...
Nəbi, Qabil, Bəxtiyar...
Poeziya gör nə günə qalıbdır!?.
Qaymaq gedib, ayran üzə çıxıbdır;
Meydan boşdur – Mahir baş qaldırıbdır,
“Yazan” çoxdur...
Ustadları kim fikr edər, kim anar..?
Nəbi, Qabil, Bəxtiyar...
Şeir zərgər işi –
bunu bilirəm...
Ruhu gözəllərdə
axmaq deyiləm.
Nə incəbellim var,
nə də ki, gözəl...
Onu da özləriylə
cənnətə aparıblar.
Mənəsə deyirlər:
axtaran tapar...
Nəbi, Qabil, Bəxtiyar.
Həyətimiz köçüb,
Közərir ocaq,
Başçı yoxdur,
Qalıb mənim tək qaçaq.
Axtarıram ilham,
gələcək haçan?
Bunun vədəsini bilirdi onlar –
Nəbi, Qabil, Bəxtiyar...
Əkbər Qoşalı der:
Ustad oğlusan,
Təbin rəvan gəlir,
Qabiloğlusan;
Bir də görəcəksən
“Nobel” almısan...
Onlar ölən gündən getdiyim “biyar”
Bu şeiri oxuyub güləcək əğyar,
Çünki yoxdur –
Nəbi, Qabil, Bəxtiyar...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU
Bölməyə aid digər xəbərlər
6-08-2024, 15:34
Mahir QABİLOĞLU - İlqar Musa oğlu - Mənim canlı ensiklopediyam - Mahir Qabiloğlu yazır
27-10-2021, 10:26
Mahir QABİLOĞLU - İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
12-04-2020, 18:47
Mahir QABİLOĞLU - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər