Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 26-12-2016 14:26 | Bölmə: Mahir Qabiloğlu
HAŞİYƏ: Bir dostumuz var. Cəlilabaddandır. Günlərin bir günü eşitdik ki, bəs bu, iqtisadi inkişaf naziri FərhadƏliyevlə yaman yaxınlaşıb. Hər yerdə də fəxrlə deyir ki, bəs mən Fərhadın kəndçisiyəm. Mən də məəttəl qalırdım ki, bəs nə əcəb əvvəllər bunu bilməmişəm. Bu həmkəndçilik, indi, məhz Fərhad Əliyev iqtisadi inkişaf naziri olandan sonra üzəçıxdı?! Bu dostumuz yaman xod gedirdi. Maddi durumu daha da yaxşılaşırdı. Biz də inanırdıq ki, bu, həqiqətən də Fərhadla bir kənddəndir: Naxıra bir yerdə gediblər, bulaq başında qızlara birlikdə söz atıblar, qonşunun bağına alma oğurluğuna bir yerdəgiriblər. Yaman paxıllığını çəkirdik bu dostumuzun.
Ay keçdi, il dolandı. Fərhad Əliyevi vəzifəsindən çıxartdılar. Həbs etdilər. Adı müxalifət və digər qəzetlərin manşetini bəzədi. Günlərin birində isə "Azadlıq” qəzetinin növbəti nömrəsinin manşeti bu adla çıxdı: "Fərhad Əliyevin kəndçilərini işdən çıxarırlar”. Ürəyim əsdi. Dostumuza görə qorxdum. Dostları da başıma yığıb tez onun yanına getdik. Bu bəd xəbəri dilimizə gətirmədik. Sadəcə qəzeti qabağına qoyduq. Oxudu. Kefini də pozmadan:
– Heç qorxusu yoxdur. Narahat olmayın. Bizim kəndlə Fərhadgilin kəndinin arasında dörd kənd var. (SON)
Bakıda keçirilən Avropa Olimpiya oyunları vaxtı səhərəcən yata bilmirdim. Şəhər cürbəcür işıqlardan alışıb-yanırdı. Yuxarı mərtəbədə yaşadığımdan, qarşıda da heç bir bina olmadığı üçün bir göydələn binamıza nur çiləyirdi. İşığa qərq olmağı öz yerində, üzərində yazılmış beş hərfli bir söz o yan bu yana qaçırdı: "TRUMP”. Yoldaşım da soruşurdu ki, ay Mahir, bu "trump” nə deməkdir axı? İndi dilim-ağzım qurusun, mən də cavab verirdim ki, yəqin qostinsa adıdır. Avropa Oyunları qurtardı. Qarğışım həyata keçdi. Gündə axı nə qədər "işığınız kəsilsin. Söndürün də bu işıqları, camaat rahat yata bisin...” demək olar. "Trump” hərflərinin də, binanın da işıqları söndü. Yəqin ki, söndürdülər. Heç balkonlardan da işıq gəlmədi. Şüşəli binanın örtük şüşələri çirkləndi. Silinmədi, parlamadı.
Vaxt keçdi. İl dolandı. ABŞ-da seçkilər keçirildi. Onda bildim ki, bəs Bakıda "trump” kimi oxuduğum bu söz Amerikanın indiki prezidenti Donald Trampın adı imiş. Demə bu boyda kişi, milyarder mənim qonşum imiş, tanımamışam. O saat üzüm güldü. Başladım Allaha dua eləməyə və qarğışlarımı geri götürməyə ki, bəs ey bina işıqlan. Üstəlik T, R, U, M, P hərflərinin Azərbaycan mifologiyasında müqəddəs olması barədə elmi iş - monoqrafiya yazmağa başladım. Hər yerdə də fəxrlə deyirəm: "Tramp mənim qonşumdur”. Eybi yox, dörd, lazım olsa səkkiz il gecələr yuxuya həsrət qalaram. Lap evimi, bağımı satıb...
HAŞİYƏ: Bir məşhur fransız yazıçının Eyfel qülləsindən zəhləsi gedirmiş. Amma həmişə də bu qüllədə yerləşən kafedə çörək yeyərmiş. Ondan soruşanda ki, bəs Eyfel qülləsindən xoşunuz gəlmir. Bunu hər yerdə deyirsiniz də... Onda niyə hər gün burda nahar edirsiniz? Belə cavab verir:
– Eyfel qülləsi Parisin hər yerindən görsənir. Yeganə yerdir ki, burda olanda qüllə görünmür. (SON)
...bu binada 1 otaqlı mənzil də alaram. Təki hər şey yaxşı olsun. Tramp, bağışla, səni tanımamışam. Savadsızlığıma bağışla – adını balaca hərflə, özü də "Tramp” yox, "trump” oxumuşam, ey mənim əziz qonşum.
Birdən dörd ildən və ya səkkiz ildən sonra hər şey dəyişdi? Yəqin dəyişəcək də... ABŞ konstitutsiyası bunu tələb edir. Onda cəlilabadlı dostumun sözlərini əzbərləmişəm. İndi bizim binayla o bina arasında bir göydələn tikilir. Yəqin ki, səkkiz ilə üç-dördü də tikilər. Cavabım hazırdır: "Nə qonşu? Siz Allah bəsdirin. Bizim binayla Trampın binası arasında 3-4 bina var”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər