00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Bədii təfəkkür haqqında - Seymur Baycan yazır
Tarix: 01-07-2019 12:16 | Bölmə: Seymur BAYCAN

“…Bilmirəm, ümumilikdə bunların hamısı tale məsələsidi, başa düşürsünüz?
Yadımdadır, şəkli çəkməzdən əvvəl oxudum ki, bir həbs duşərgəsində aclıqdan şikayət eləyən adama diri siçovul yedirdiblər. Hərdən mənə elə gəlir ki, her şey mənasızdır. Milyon illərdi boşluqda fırlanan kiçik planetdə əzabla doğuluruq, böyüyürük, vuruşuruq, xəstələnirik, əziyyət çəkirik, başqalarına əziyyət veririk, qışqırırıq, ölürük. Bu vaxt isə mənasız komediyani təkrar eləmək üçün yeni insanlar dunyaya gəlir.”
Ernesto Saboto “Tunel” əsərindən
İnsanın çoxlu kitab oxuması, hətta nə qədər qəribə səslənsə də, insanın cild-cild kitablar yazması belə onun bədii təfəkkür sahibi olmasının göstəricisi sayıla bilməz. Məsələn, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Anar Rzayev, Elçin Əfəndiyev cild-cild kitablar yazıblar, amma onlarda bədii təfəkkür deyilən şeyin izi-tozu yoxdur.
Bədii təfəkkürü hazırcavablıqla da qarışdırmaq olmaz. Şitlik və səydəşlik etmək, hər şeyi lağlağıya çevirmək, hər şeyi lağlağıya qoymaq da əsla və əsla bədii təfəkkürün əlamətləri kimi qəbul edilməməlidir.
Tomas Vulfun “Evinə bax, mələk” əsərində möhtəşəm bir səhnə var. Məncə həmin səhnə və həmin səhnəyə bənzər səhnələr (məsələn, Platonovun “Can” əsərində Nazar Çaqatayevin şkafın içindəki boşluqla vidalaşmaq səhnəsi) nəsrin son həddidir. Ora gedib çatmaq hər yazıçının işi deyil. Hər yazıçı elə səhnə yaza bilməz.
Deməli Saymon adlı bir imkanlı adam necə olursa (şəhərdəki otellərdə deyəsən yer tapmadığına görə) iki mühafizəçisi ilə bərabər Tomas Vulfun anasının işlətdiyi pansionatda yerləşir. O, eyvanı olan iki otaq tutur və otaqların pulunu da əvvəlcədən artıqlamasıyla ödəyir. Saymon mühafizəçilərlə birlikdə pansionatı tərk etdikdə Tomas Vulfu görür, onu nəvazişlə yanına çağırır. Təbəssümlə adını soruşur. Sonra əlini pencəyinin cibinə salıb bir ovuc beş və on sentlik sikkələr çıxarır. Sikkələri Tomas Vulfun ovcuna töküb deyir:
“Həmişə quşların qayğısına qal, oğlum… Quşları unutmayın, dostlar. Quşların qayğısına qalın…”
İnsan belə səhnələri oxuduqda feyziyyab olmursa, yüksək səviyyədə həzz almırsa, deməli, ən azı onun bədii təfəkkürü ciddi şəkildə axsayır. Deməli, o, ancaq hadisələrlə, əsərın süjeti ilə tanış olur. Buna da əlbəttə, ciddi mənada oxumaq, mütaliə etmək demək olmaz. Həqiqətən də bədii təfəkkürü olmadığı halda ədəbiyyata iddia edən, əsərlərin süjeti ilə tanış olan adamlar çox məzmunsuz, darıxdırıcı mənfi enerjili olurlar.
***
İlkin gənclik dövrümdə Folknerin bir müsahibəsini oxumuşdum. Həmin müsahibədə Folkner demişdi:
“Mən tənqidçiləri oxumuram. Mən yazıçıları tanımıram. Mənim durub-oturduğum adamlar - fermerlər, maldarlar, ovçulardır. Mən onlarla ədəbiyyatdan yox, atdan, itdən, ovdan, tüfəngdən söhbət eləyirəm”.
O vaxtlar sənət və ədəbiyyat mənasında olduqca maksimalist mövqedə idim. O vaxtkı halıma, ovqatıma, münasibətimə sənət və ədəbiyyat faşisti adı qoysaq daha doğru, mənzərə daha aydın olar. O vaxtlar adamlar mənim üçün iki yerə bölünürdü; Dostoyevskini oxuyanlar və Dostoyevskini oxumayanlar. Dostoyevskini oxumayan adamlara adam kimi baxa bilmirdim. Dostoyevskini oxumayan adamlara sadəcə yeriyən, yatan, yeyən, danışmağı bacaran ölü canlar kimi münasibətim vardı.
Belə bir ovqatda Folknerin sözləri mənə sarsıdıcı təsir göstərmişdi. Necə yəni mən tənqidçiləri oxumuram? Bəs nə oxuyursan? Necə yəni mən yazıçıları tanımıram? Bəs kimləri tanıyırsan? Bunu necə başa düşmək olar? Fermerlərlə, maldarlarla, ovçularla Folkner kimi nəhəng yazıçı necə oturub – dura bilər? İşin ən pis tərəfi ondan ibarət idi ki, bu sözləri adi, orta səviyyəli bir yazıcı deməmişdi. Adi, orta səviyyəli bir yazıçı bu sözləri desəydi yəqin ki, mənə o qədər də sarsıdıcı təsir göstərməzdi. “Mən tənqidçiləri oxumuram. Mən yazıçıları tanımıram. Mənim durub-oturduğum adamlar - fermerlər, maldarlar, ovçulardır. Mən onlarla ədəbiyyatdan yox, atdan, itdən, ovdan, tüfəngdən söhbət eləyirəm”, – bu sözləri Nobel mükafatı almış, nəhəng bir yazıcı demişdi. Nəhayət, uzun düşüncələrdən sonra Folknerin bu sözlərini hoqqabazlıq, epataj kimi qəbul etməkdən savayı yolum qalmadı. Folknerin nə demək istədiyini başa düşmək üçün iyirmi il keçməli idi. Yüzlərlə məclislərin, tədbirlərin iştirakçısı olmalı idim. Minlərlə müxtəlif cür adamlarla görüşməli və söhbət etməliydim. Hələ nə qədər əsərlər oxumalıydım. Nə qədər bədii və sənədli filmlərə baxmalıydım.
***
Yaxın bir dostumun oğlu “Qış tətilini necə keçirdim” mövzusunda məktəbdə inşa yazıb. Uşaq yazıb ki, qış tətilində Daşkəsənə, bibimgilə qonaq getmişdik. Onların evi soyuq idi. Gecə mən corabla yatdım.
Həqiqi ədəbiyyat müəllimi təkcə elə bu cümlələrə görə tərəddüd etmədən uşağa yağlı bir beş yazmalı, uşağı tərifləməli idi. Uşağın bədii təfəkkürünün daha da inkişaf etməsinə, cilalanmasına çalışmalıydı. Həqiqi ədəbiyyat müəllimi uşağın bu cümlələrini oxuduqda sərvət tapmış adam kimi sevinməliydi. Bəs ədəbiyyat müəllimi nə edib? Başlayıb uşağa moizə oxumağa. Ki, corabla yatmaq olmaz zad… Bu nə deməkdir? Bu o deməkdir ki, adam ədəbiyyat müəllimi olsa da bədii təfəkkürü yerli-dibli yoxdur. Belə bir müəllim heç vaxt uşaqlarda ədəbiyyata maraq, sevgi oyada bilməz.
Azərbaycanlıların bədii təfəkkürünün, bədii-estetik zövqünün “yerlə sürünməsinin”, biabırçı vəziyyətdə olmasının ən başlıca səbəblərindən biri məncə orta məktəb dərsliklərindəki biabırçı, ədəbiyyata yaxından-uzaqdan dəxli olmayan mətnlərdir. Uşaqların ədəbiyyat zövqü orta məktəblərdə elə pozulur ki, sonradan onlarda zövq formalaşdırmaq müşkülə çevrilir. Heç özləri də sonralar bədii zövqlərinin təzədən formalaşmasının qayğısına qalmırlar. Daha doğrusu, buna elə bir ehtiyac görmürlər. Tənbəl camaatdı. Oxumaqla, öyrənməklə, düşünməklə araları yoxdur. Kitab görəndə elə bil qutuda ilan görürlər. Bir çoxları isə artıq oxumağı və düşünməyi sadəcə bacarmırlar.
Belə bir qəribə araşdırma aparılsa məlum olar ki, Azərbaycanda dodağını şişirdənlərin, burnunu qısaldanların, ümumiyyətlə, tikdirənlərin və sökdürənlərin sayı ədəbiyyat zövqünü bərpa edənlərin sayından qat-qat çoxdur.
Azərbaycanlıların bədii təfəkkürü, bədii-estetik zövqü biabrçı gündədir,- sözlərini yazmaqda məqsədim heç də adamları qıcıqlandırmaq deyil. Qıcıqlandırmaq məqsədim olsa başqa mövzulara girərəm. Bu, doğurdan da belədir. Yəni, azərbaycanlıların bədii təfəkkürünün, bədii-estetik zövqünün biabrçı vəziyyətdə olması, “yerlə sürünməsi” faktdır. Bəxtiyar Vahabzadə kimi dayaz, ədəbiyyata dəxli olmayan adama dahi, fəlsəfi şair deyildiyi bir ölkədə adamların bədii təfəkkürünün, bədii-estetik zövqünün hansı vəziyyətdə olmasını uzun-uzadı müzakirə etməyə, bu istiqamətdə ciddi araşdırma aparmağa ehtiyac yoxdur. Görünən dağa nə bələdçi. Dostunu göstər kim olduğunu deyim,- sözünün başqa bir variantı da var. Oxuduğun kitabları, sevdiyin müəllifləri göstər,- kim olduğunu deyim. Əlbəttə, axsaq atın kor nalbəndi olmalıdır. Əlbəttə, bədii təfəkkürü yerlə sürünən, bədii–estetik zövqü biabrçı vəziyyətdə olan bir xalq Bəxtiyar Vahabzadə kimi dayaz, ədəbiyyata dəxli olmayan adamı dahi, fəlsəfi şair kimi qiymətləndirməlidir.(azlogos.eu)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər