00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tərcümənin mümkünsüzlüyü
Tarix: 18-08-2016 10:51 | Bölmə: Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
Tarix: 18-08-2016 10:51 | Bölmə: Seymur BAYCAN

26 May - Gürcüstanın Müstəqillik Günü Şota Rustaveli prospektində gəzirəm. İnsanlar alış-veriş edir, gəzişir, şəkil çəkdirir, müxtəlif teatrların göstərdikləri səhnəciklərə baxır, canlı musiqiyə qulaq asırlar.
Ətrafda bayram ab-havası hökm sürür. Uşaqların əllərində bayraqlar var. Qızlar başlarına çiçəklərdən düzəldilmiş çələnglər qoyublar.
Gəzə-gəzə, ətrafda baş verənlərə baxa-baxa düşünməkdəyəm. Düşünürəm ki, iki gün sonra bizdə də əslində belə bir bayram keçirilməlidir. Adamlar həqiqətən əylənməli, bayramı hiss etməlidirlər. Bir-birlərini qonaqlıqlara çağırmalı, bir-birlərini ziyafətlərə, məclislərə dəvət etməlidirlər. Şirkətlər, idarələr, müəssisələr işçilərinə hədiyyələr verməlidir. Bayramla əlaqəli müxtəlif müsabiqələr keçirilməlidir. Əslində, belə olmalıdır.
Amma 20 ildən artıqdır ki, mövcud hakimiyyət bu bayrama, bu bayramı yaradanlara qarşı laqeydlik, soyuqluq, daha konkret desək, düşmənçilik nümayiş etdirməkdədir. Bu düşmənçilik siyasəti istər-istəməz insanlara da sirayət etməkdədir.
Bayramlar da bölüşdürülüb. Elə bir vəziyyət yaradılıb ki, sanki 28 May bayramını ölkədə ancaq müxalifət düşərgəsinə aid adamlar qeyd etməlidir. Bir az hakimiyyətə yaxın, büdcədən dolanan, hakimiyyətin siyasi iradəsini, diktəsini qeyri-şərtsiz qəbul etmiş adam 28 May bayramını təntənəylə qeyd etsə, bu, onun üçün yaxşı olmaz. Çünki hakimiyyətin 28 Maya və "28 Mayı" yaradanlara qarşı münasibəti adamlara yaxşı məlumdur.
Həm də son 20 ildə məmləkətdə o qədər qanunsuzluqlar, ədalətsizliklər baş verdi ki, insanlar müstəqillik sözünə istər-istəməz şübhə ilə, qorxu ilə, kinayə ilə yanaşdılar.
Məmləkətdə son 20 ildə baş verənlər adamları sovet zamanını nostalji hissi ilə xatırlamağa vadar etdi. İndi bizim ölkədə müstəqillik, demokratiya sözləri xaos, anarxiya sözünün sinonimi kimi başa düşülür.
Gəzə-gəzə, ətrafda baş verənlərə baxa-baxa, düşünə-düşünə gəlib çatdım prospektin sonuna. Burda gürcü millətinə mənsub rəssam tanışımla qarşılaşdım. Yüngülvari hal-əhval tutandan sonra rəssam şikayətlənməyə başladı. Gəzən, şəkil çəkdirən, musiqiyə qulaq asan adamları göstərib dedi:
"Görürsən bu karikaturanı. Bu karikaturaya milyonlar xərcləyiblər. İlin-günün bu vaxtı bu karikaturaya milyonlar xərcləmək nəyə lazımdır? Əsəbimdən ölürəm. Guya bayram keçirirlər. Hansı bayram? Bayram deyil bu, karikaturadı".
Deyəsən o, ürəyini boşaltmağa adam axtarırmış. Bəlkə də mənə qədər ürəyini bir neçə dəfə boşaldıb. Ya onun dinləyiciləri yaxşı dinləyici çıxmamışdı, ya da ürəyi çox dolu idi, tam boşalda bilməmişdi.
Sözünü kəsib dedim: "Axı burda pis nə var ki? Adamlar gəzirlər, əylənirlər, bayramı qeyd edirlər".
Rəssam dedi ki, çox pul xərcləyiblər bu bayrama. Mən o pulla il boyu Gürcüstanda neçə-neçə ciddi mədəni tədbir təşkil edərdim. Dünyanın hər yerindən adam çağırıb ölkəni tanıdardım. Master-klasslar keçirərdim. Mədəniyyətə pul xərcləmək lazımdı...
Rəssam belə-belə danışdı və prospektin sonuna qoyulmuş iki tankı göstərib dedi: "Nəyə lazımdı bu tanklar? Bilirsən o tankları bura gətirmək üçün nə qədər pul xərcləyiblər? Mən əsərlərimi sata bilmirəm, bunlar da gətirib meydana tank qoyublar. Sən hələ tankın qabağında şəkil çəkdirənlərə bax. Qaldırıb tankı vurasan təpələrinə. Sən də deyirsən mən bu bayrama sevinməliyəm. Niyə sevinməliyəm? Bir tədbir keçirmək istəyirsən. Gedib Mədəniyyət Nazirliyindən pul istəyirsən. Beş qazan sənəd istəyirlər. Hara xərcləyəcəksən? Kim gələcək? Ölkə üçün xeyri nə olacaq?
Deyirəm, sərgi təşkil edirəm. Rəssamlar gələcək. Ölkə üçün də xeyri odur ki, bizi tək oynamaqla, xəngəllə, xəncərlə tanımayacaqlar, sənətlə də tanıyacaqlar.
Keçən il istədim gənc rəssamların yay düşərgəsini təşkil edim, pul tapmadım. Mədəniyyətə pul tapmırlar, amma hər cür axmaq işlərə pul tapırlar".
Bu tonda, bu havada danışır. Dayanmır. Dayandıra bilmirəm. O danışır, mən isə beynimdə iki ölkə arasındakı vəziyyəti müqayisə etməkdəyəm. Əlbəttə, onun danışdıqları bəndəniz tərəfindən tam qəbul edilə bilməz. Dediklərində haqsız məqamlar da var. Gürcüstan dövləti mədəniyyətin, kinonun, ədəbiyyatın təbliğatına, inkişafına imkanlar çərçivəsində kifayət qədər dəstək verir. Bu, həqiqi dəstəkdir.
Tədbirlər şəkil çəkdirmək üçün təşkil olunmur. Bu tədbirlər real nəticələr göstərməkdədi və əgər Rusiyanın ölkəyə kobud müdaxiləsi olmasa, gələcəkdə lap böyük effektlər verəcək.
Uzağa getməyək, bu ilin may ayında Tiflisdə keçirilən Beynəlxalq Ədəbiyyat Festivalına həm də Mədəniyyət Nazirliyi sponsorluq etmişdi. Nazir idi, yoxsa nazir müavini idi, açılışa gəlmişdi. İnanın, heç maraqlanmadım kimdi gələn. Çünki başqaları da maraqlanmadı. Gəldi, açılışda ikicə dəqiqə çıxış etdi.
Dedi: Xoş gəlmisiniz! Yeyin-için, gəzin, Gürcüstan camaatı həmişə şairə, yazıçıya hörmət etmişdir...
Daha bu adamın nə qabağına yüyürən oldu, nə əlini öpən oldu, nə də qarşısında ikiqat əyilən.
Qərəz, aydın məsələdi. Çox xırdalıqlara girib özümün və yazını oxuyacaq adamların qanını qaraltmaq istəmirəm.
Rəssam tanışım Gürcüstan dövlətinin mədəniyyət siyasətini sərt tənqid edir. Qulaq asıram. Dediklərinin hamısını qəbul edə bilmirəm. Yenə beynimdə öz vəziyyətimizi düşünməkdəyəm. Əgər bir gürcü rəssamı kinonun, ədəbiyyatın, ümumilikdə götürəndə mədəniyyətin təbliğatına, inkişafına kifayət qədər dəstək göstərən dövlətin mədəni siyasətindən şikayət edirsə, gör, indi biz nə gündəyik? Gör, bizdə vəziyyət necə ağırdı? İndi bu adama desəm ki, bizim ölkədə mənasız tədbirlərə nələr xərclənib, nələr xərclənir, yəqin havalanar. Ya da dedikərimə inanmaz. Ən yaxşısı susmaqdı.
Onu dinləyirəm, bununla belə bir sənət insanının dövlətinin mədəniyyət siyasətindən şikayətlənməsi də ürəyimcədir. Belə də olmalıdır.
Ona deyirəm:
- Bizdə bu bayram qadağandır.
- Necə qadağandı? Axı mən biləni bizdən sonra siz də müstəqilliyinizi elan etmisiniz?
- Hə, düzdü, sizdən sonra biz də müstəqilliyimizi elan etmişik…
- Bəs onda niyə bu bayram qadağandı?
- Həm qadağandı, həm də qadağan deyil.
- O necə olur?
- Yəni hökumət bayramı rəsmən qadağan etməyib, amma həm də qadağan edib, guya bayram keçirilir, amma həm də keçirilmir.
Dialoqu tam yazmıram. Çünki mən ona bir bayramın necə qadağan oldunduğunu, həm də rəsmən qadağan olunmadığını, bayramın həm keçirildiyini, həm də keçirilmədiyini başa sala bilmədim. Mümkün olmadı. Bir daha başa düşdüm ki, ölkəmizdə elə hadisələr baş verir ki, o hadisələrin nə demək olduğunu bilmək üçün gərək mütləq Azərbaycanda yaşayasan.
Bir dəfə bir çexə dedim ki, bizim ölkədə "ZAQS" kağızı olmasa kişi və qadına oteldə eyni otaqda yer verilmir. Mat qaldı. Soruşdu, niyə verilmir?
Dedim, sadəcə verilmir.
Dedi, bəyəm sizin ölkə şəriət qanunları ilə idarə olunur?
Dedim, yox.
Dedi, bəs onda niyə qadınla kişiyə eyni otaqda yer verilmir?
Dedim, verilmir və burda heç bir məntiq axtarmaq lazım deyil. Verilmir vəssalam.
Qərəz, adama heç nə başa sala bilmədim.
Yadıma "Dadaşbala əməliyyatı" tamaşasından bir səhnə düşdü. Həmin tamaşada yadplanetli Dadaşbalaya deyir:
-Dadaşbala, sizi başa düşmək olmur.
Dadaşbala da yadplanetliyə deyir ki, bizi başa düşmək çətindi. Bizi başa düşmək üçün gərək əvvəlcə oktyabryat olasan, sonra pionerə keçəsən, sonra komsomola üzv olasan. Daha sonra da partiyaya keçəsən. Keçəsən, keçəsən, keçəsən....
***
Xülasə, rəssam tanışıma bir bayramın necə qadağan olunduğunu, həm də qadağan olunmadığını başa sala bilmədim. O, dediklərimi zarafat kimi qəbul elədi. Elə bildi bir yazıçı kimi söz oynadıram.
Niyə bu söhbət, rəssamla görüşməyim yadıma düşdü? Təxminən on gün əvvəl küçədə yenə rəssamla qarşılaşdım. Tərslikdən qarşılaşdığımız yerdə divar boyu müxtəlif konsert afişaları vurulmuşdu. Gürcüstanın Mədəniyyət Nazirliyi ölkəni təbliğ etmək üçün dünyanın müxtəlif yerlərindən müğənnilər çağırır, konsertlər təşkil edir və bu konsertlər bir xeyli sənət adamları tərəfindən narazılıqla qarşılanır.
Rəssam afişaları göstərib başladı, nə başladı:
-Görürsən bunları, harda ... (nöqtələrin yerini özünüz dol-durun) var, tapıb gətirirlər Gürcüstana, konsertini keçirirlər, guya ölkəni təbliğ edirlər. Sən allah bunların sifətinə bax. Əgər bunlardan biri beş kitabı axıra qədər oxuyubsa mən dünyanın ən ... (nöqtələrin yerini özünüz doldurun) adamıyam. Bu siyasətin nəticəsində Gürcüstanda nəinki sənət haqqında danışmağa, ümumiyyətlə, danışmağa adam qalmayıb...
O danışır, mən isə yenə də beynimdə öz vəziyyətimizi düşünməkdəyəm. Ona demədim ki, bizim ölkədə hansı müğənnilərə nə qədər pullar xərclənib.
O danışır və danışdıqlarından, şikayətlərindən belə nəticələr çıxarıram ki, biz, yəni azərbaycanlılar ümumiyyətlə yoxuq, mövcud deyilik. Sadəcə, bircə o qalıb ki, öz yoxluğumuzu, mövcud olmadığımızı üzüsulu qəbul edək.
Yaxşı ki, rəssam bu dəfə tələsirdi. Vaxtı az idi. Amma adam böyük istedad sahibidir. On beş dəqiqə ərzində həm dünyada, həm də Gürcüstanda baş verən hadisələrdən danışmağa, bu hadisələrə öz münasibətini bildirməyə, həm şəxsi həyatındakı, həm də yaradıcılığındakı yeniliklərdən məlumat verməyə macal tapdı.
Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər