00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
“Arzular trilogiyası” haqqında - Seymur Baycan yazır
Tarix: 25-05-2021 16:06 | Bölmə: Seymur BAYCAN

“… Aylin çox məyus idi. O hiss edirdi ki, cəmiyyət öz nifrəti ilə Kaupervuddan çox onu təqib edir və öz hökmünü heç vaxt ləğv etməyəcək. Axırda Aylin və Kaupervud bir-birinə etiraf etməyə məcbur oldular ki, onların oyuncaq evləri nə qədər dəbdəbəli və görkəmli olsa da, artıq dağılıb, həm də tam olaraq. Bu cür etiraflar bir-birinə yaxın adamlar arasında xüsusilə əzablıdır. Başqasının qəlbi qaranlıqdır, odur ki, bir-birimizi nə qədər anlamağa çalışsaq da, buna nadir hallarda nail oluruq.”
(Teodor Drayzer, “Arzular trilogiyası”ndan)
Səksəninci illərin sonlarından doxsanıncı illərin ortalarına qədər olan dövrü, həm də yenidən qiymətləndirmə dövrü adlandıra bilərik. Bu dövrdə əhalinin savadlı, siyasiləşmiş hissəsi tarixi hadisələri, tarixi şəxsiyyətləri, sənətkarları, əsərləri təftiş edərək yenidən qiymətləndirirdilər. Əlbəttə, Teodor Drayzer də bu təftişdən, yenidən qiymətləndirmə prosesindən kənarda qala bilməzdi.
O dövrdə bir çox insanlar belə hesab edirdilər ki, Drayzer o qədər də güclü yazıçı deyil, sadəcə, Drayzer kapitalist cəmiyyətini, Amerikanı əsərlərində yıxıb-sürüdüyünə görə sovetlərdə güclü təbliğ olunmuşdu. Drayzerə qarşı belə amansız, kəskin münasibətin yaranmasının əsaslı səbəbi vardı. Sovetlərdə güclü təbliğ olunmuş əksər əsərlərə, sənətkarlara qarşı adamlarda şübhəli bir münasibət formalaşmışdı. Dövrün şərtləri, abı-havası bunu tələb edirdi.
Həqiqətən də Drayzer sovetlərdə ən çox oxunan və nəşr olunan yazıçılardan biri idi. Bütün kitab mağazalarında Drayzerin əsərləri ən ön sıralarda, ən ön rəflərdə dayanırdı. Məsələn, qırmızı üzlü “Kerri bacı” kitabı böyüklü-kiçikli bütün kitab mağazalarında, kitabxanası olan bütün evlərdə gözə dəyirdi. Özü də Drayzerin əsərlərini müxtəlif təbəqələrə mənsub olan adamlar oxuyurdular. Müəllim, tələbə, həkim, mühəndis, fəhlə, kəndli, sürücü, usta, satıcı, artist, resjissor, yeniyetmə, cavan, qoca…
Adamların Drayzerə qarşı yuxarıda ifadə etdiyim kəskin, amansız münasibəti, əfkari-ümumiyyə mənə də öz təsirini göstərmişdi. Yetişməmişdim, çiy və kal idim, tarixi hadisələrə, şəxsiyyətlərə, sənətkarlara, əsərlərə qarşı şəxsi fikirlərimin, münasibətlərimin yaranmasına hələ çox vaxt vardı. Əksər hallarda tarixi şəxsiyyətlərə, sənətkarlara, əsərlərə qarşı fikirlərim ümumi abı–havanın təsiriylə yaranırdı.
Əfkari-ümumiyyənin təsiriylə Drayzerə qarşı yaranmış münasibətim uzun müddət davam etdi. Hətta, əgər yaddaşım məni aldatmırsa, iki mininci illərin ortalarında, Drayzerin çox da güclü yazıçı olmadığı haqda bir yazı da yazmışdım. Yazı nəşr olunandan bir həftə, on gün sonra “Neftçilər” metrostansiyasının yaxınlığında bir nəfər mənə yaxınlaşdı. Özünü kamali-ədəblə təqdim etdi, hal-əhval tutdu və dedi ki, yazılarını mütəmadi oxuyuram, amma Drayzer haqqında tənqidlərin xətrimə dəydi, Drayzer çox güclü yazıçıdır. Söhbətimiz bir az uzandı. Biz metronun yaxınlığında yerləşən xəngəlxanaya getmək qərarına gəldik. Xəngəlxanada Drayzer haqqında davam edən söhbətimiz nəticəsində başa düşdüm ki, Drayzeri yazımda zəif yazıçı kimi qiymətləndirməyim həqiqətən də onun xətrinə dəyib. O, Drayzer haqqında səhv fikirdə olduğumu ədəb çərçivəsində ciddi-cəhdlə mənə izah etməyə çalışırdı. Mən isə iki ayağımı bir başmağa dirəyib deyirdim ki, Drayzer sovetlər tərəfindən şişirdilmiş yazıçıdır.
Drayzerə qarşı bu cür ədalətsiz münasibətim uzun müddət dəyişmədi. Çox-çox sonralar Drayzerə qarşı münasibətim tam təsadüf nəticəsində dəyişdi, amma indi bu barədə yazmaq hələ tezdir, bu mövzuya yazının sonunda yüngülvari toxunacağıq…
“Dumanlı Təbriz” yazısında qeyd etdiyim kimi, son vaxtlar süjetli, hadisələrlə, obrazlarla bol, strukturu sadə, həcmi böyük əsərləri daha maraqla oxuyuram. Beləliklə, bol obrazlara, hadisələrə, maraqlı süjetə, sadə struktura göstərdiyim maraq məni Drayzerin “Arzular trilogiyası”nı da oxumağa sövq etdi.
“Arzular trilogiyası” üç kitabdan ibarətdir: “Maliyyəçi”, “ Titan”, “Stoik”.
Trilogiyanın qəhrəmanı çox inadkar, döyüşkən, qarşısına qoyduğu məqsədlərə, hədəflərə doğru inamla, qətiyyətlə addımlayan, qaz vurub, qazan doldurmağı bacaran, insanın gücünü təmtəraqda, dəbdəbədə, pulda, var-dövlətdə görən Frenk Kaupervud adlı bir kişıdir. Kaupervud var-dövlət qazanmaq üçün çox oyunlardan çıxır, başına yüz cür hadisə gəlir, lakin “Arzular trilogiyası”nın sonlarında Frenk Kaupervudun həyata baxışları dəyişir.
Özünə hörmət edən hər bir yazıçı qəhrəmanının həyata baxışının dəyişməsini ciddi şəkildə əsaslandırmalıdır. Əli, Vəli, Pirvəli axşam bir insan kimi yatdı, səhər tamam başqa bir insan kimi yuxudan oyandı… Belə bir şey yoxdur. Ən azı, ən ölən yeri Əlinin, Vəlinin, Pirvəlinin gecə dəhşətli bir yuxu gördüyünü və bu dəhşətli yuxunun nəticəsində dəyişdiyini yazmalısan. Hərçənd bunun özü də haqq-hesaba girmir. İnsan qəfildən dəyişmir. İnsanın dəyişməsi tədricən, silsilə hadisələr nəticəsində baş verir. “Birdən”, “qəfildən”, “duruxdu”, “tıncıxdı” kimi ifadələri işlədərək qəhrəmanı, obrazı bir ruh halından, başqa bir ruh halına keçirmək, yumşaq desək, yazıçı məsuliyyətsizliyi, yazıçı fərariliyidir.
Bəs Frenk Kaupervudun həyata baxışları necə dəyişir, Drayzer qəhrəmınını bir ruh halından, başqa bir ruh halına necə keçirir?
Kaupervud ilk ciddi zərbəni Parisdə, Per-Laşez qəbirstanlığında alır. Qəbirstanlıqda yatan böyük mütəfəkkirlərin, sənətkarların məzarları başında dayanarkən Kaupervud hiss edir ki, pul qazanmağa həddindən artıq vaxt, enerji sərf edir və pul, var-dövlət qazanmaq istiqamətində aramsız cəhdləri mənəvi dünyasını qidalandırmağa mane olur. Kaupervudun tanışı Şenli, Şopenin məzarı üstündə qızılgül və zanbaq buketləri gördükdə deyir:
- İşə bir bax! – Şenli ucadan dedi. – O, əlbəttə, böyük musiqiçidir, əlli il bundan qabaq ölsə də, görün burada nə qədər çiçək var! Lənət şeytana, bunu mənim üçün, yəqin ki, heç kəs etməyəcək!
Kaupervud düşünürdü ki, hətta ölümündən bir il sonra belə, onun məzarı üzərində çətin ki, çiçəklər olsun…
Kaupervud ikinci, daha sarsıdıcı zərbəni ağır xəstələnərkən alır. Kaupervud dünyanın nə qədər fani, həyatın sərt döngələri qarşısında insanın nə qədər aciz olduğunu ağır xəstələndikdən sonra dərk edir. Yalnız ağır xəstələndikdən sonra, dünyadan istənilən bir dəqiqədə məhrum ola biləcəyi bir vaxtda, Kaupervud həyatın həqiqi qiymətini, həqiqi gözəlliyini başa düşür. Kaupervud dərk edir ki, bu dünyada nə qədər adi, əlçatan, həm də qiymətli mənzərələr, sevinclər var imiş. O isə bu adi, əlçatan, həm də qiymətli mənzərələri, sevincləri görməyib, görə bilməyib. Onların yanından laqeydcəsinə, əli cibində ötüb keçib.
Bəli, ağır xəstəlik və iztirablar insanı müdrikləşdirir. İdrak ağacının elə meyvələri var ki, o meyvələri dərmək və dadmaq üçün intellekt, iti, çevik zəka bəs eləmir. İdrak ağacının bəzi meyvələrini dərmək və dadmaq üçün insana intellektdən, iti, çevik zəkadan əlavə ağır iztirablar keçirmək, yüksək dərəcədə həssaslıq da lazımdır.
Kaupervud öldükdən sonra onun yığdığı var-dövlət tüstü kimi uçub-dağılır. Halbuki Kaupervud var-dövlət yığmaq məsələsində ölçü hissini itirməsəydi, tutalım, qazandığının bir hissəsini xeyriyyə işlərinə xərcləsəydi, öz mənəvi dünyasını müxtəlif vasitələrlə daima qidalandırsaydı, tamam başqa cür həyat yaşaya bilərdi və ölümün gəlişini daha rahatlıqla qarşılayardı. Bunun üçün Kaupervudun hər bir şəraiti var idi. Lakin ibtidai hissləri, ibtidai arzuları, donuz xoşbəxtliyinə can atması Kaupervuda bu banal həqiqəti zamanında dərk etməyə imkan vermir.
Həqiqətən də bu dünyada beş axmaq məşğuliyyət varsa, onlardan biri, şübhəsiz var-dövlət yığmaq məşğuliyyətidir. Var-dövlət yığmaq dəniz suyu içmək kimi bir şeydir. İnsan var-dövlət yığmağa nə qədər can atırsa, hərisliyi də bir o qədər artır. Elə başa düşülməsin ki, burada səfil həyatı yaşamağı təbliğ etməkdəyəm. Əsla. Qətiyyən. Mən sadəcə, onu demək istəyirəm ki, ölçü hissini itirmək olmaz.
Drayzerin “Arzular trilogiyası” bir növ təxminən “Dahi” əsərinə bənzəyir. “Dahi” alınmamış, baş tutmamış dahilik haqqında əsərdir. Rəssam Yucin dahi olmaq üçün hər bir imkana sahib idi. Amma pul, var-dövlət hərisliyi, fırçanı pul ağacı kimi görməyi Yucinin dahiliyə gedən yollarını bağlayır. Dahi ola bilmədiyinə görə məhz Yucin özü günahkardır.
İndi isə gələk Drayzerə qarşı münasibətimin dəyişməsi məsələsinə. Təxminən yeddi-səkkiz il əvvəl bukinstdə Drayzerin bir kitabın gördüm. Kitabda Drayzerin xatirələri, esseləri toplanmışdı. Həmin kitabı oxuduqdan sonra Drayzerə qarşı uzun illər ədalətsiz münasibətdə olduğumu başa düşdüm. Xatirələrində, esselərində məhz yazıçı kimi başqa bir Drayzer gördüm. Kitabda oxuduğum “Yaşlı insanla görüşdən aldığım dərs” adlı esse xüsusən məni dərin düşüncələrə qərq etdi. Əslində “Yaşlı insanla görüşdən aldığım dərs” essesini “Arzular trilogiyası”nın xülasəsi hesab etmək olar. Ta bilmirəm hansı əvvəl yazılıb, esse, yoxsa trilogiya.
Essenin isə məzmunu qısaca olaraq bundan ibarətdir: Gənc Drayzerə redaksiyadan tapşırıq verilir. O, nüfuzlu, varlı bir adamla görüşüb, şəhərdə aparılan böyük tikinti ilə bağlı onun fikirlərini öyrənməlidir. Necə olursa Drayzer həmin adamla görüşə bilir. Gəlişinin məqsədini söyləyir. Balacalaşmış, zəif qoca Drayzerə deyir ki, ta sənsən, gəlmisən, suallarına cavab verəcəm, amma orda kim nə tikir, kim nə sökür, bu məni maraqlandırmır, mənim üçün bütün bunlar mənasızdır. Drayzer essedə yazır:
“Əlbəttə ki, həyat davam edəcək, layihə həyata keçəcək, gəlir gətirəcək, ondan minlər və milyonlar xeyir götürəcək. Amma nə vaxtsa gənc olmuş adam indi sönük bir qocaya çevrilib! Kimə lazımdı bu qədər var-dövlət? Necə də mənasızdır! İndi onun yığdıqlarının heç bir əhəmiyyəti yoxdur… Hələ də nüfuzlu ada malik, bu gücsüz, heysiz bədən, gəncliyində çalışıb topladığı dövlətə baxmayaraq, indi ancaq öz nazik, qırışlı barmaqlarını büküb-açıb, başını aşağı salaraq “indi bu söhbətlər çox maraqsızdır, bu barədə danışmağın mənası yoxdur söyləyir”.(azlogos)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər