00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
İsi Məlikzadə haqqında - Seymur Baycan yazır
Tarix: 15-06-2021 12:37 | Bölmə: Seymur BAYCAN

Əsərin harda, hansı ovqatda oxunması çox önəmlidir. Xəstəxanada, təyyarədə, qatarda, həbsxanada… Darıxarkən və depressiyada oxuduğun əsərlər.
Bunların hamısı əsərin qavranılmasını, mənalandırmasını şərtləndirən səbəblərdir.
Həmçinin, qarşılaşdığın əsərin qəhrəmanı, süjetini xatırladığın zaman əsəri oxuduğun yeri, o vaxtkı ovqatını da mütləq xatırlayırsan. Sanki bir otaqda eyni zamanda iki paralel əsər oxumusan.
Və əksər hallarda bir əsər, yəni yazılmış əsər, yazılmamış əsəri tamamlayır. Mən İsi Məlikzadəylə ilk dəfə yayda sərin, qışda isti olan evdə “qarşılaşdım”.
O vaxt dastan, nağıl mərhələsini bitirib, şəkilsiz kitablara təzə-təzə addım atmağa başlamışdım. Nə yaxşı ki, İsi Məlikzadənin povestləri məni qorxutmadı.
Beləcə, yeni bir mərhələyə qədəm qoydum. Başqa cür də ola bilərdi. Mən qorxardım, təzədən nağıllara qayıdardım. Bəlkə də heç geriyə də qayıtmazdım.
İndi mən İsi Məlikzadəni oxuyanda mütləq həmin evi də xatırlayıram. Əşyaları, evin quruluşunu, iyini, divarların rəngini…
Heç öz evimiz belə yadımda qalmayıb.
Toz
Hər bir yazıçının yaradıcılığının ortasından keçən qırmızı bir xətt var. İsi Məlikzadənin “qırmızı xətti” tozdur.
Onun əsərlərini oxuyan zaman əyalətin günorta çağını tam hiss edirsən. Xüsusən yayda kənd yerlərində həyat gecəyə nisbətən daha dərin yatır.
Hətta bəzi yerlərdə oğrular günorta oğurluq edirdilər. İsi Məlikzadə əsərlərində yayın günortasını, ürəksıxan mənzərələrini çox gözəl, dəqiq təsvir edərək oxucuya ötürür.
Onun cümlələrini oxuyanda adamın ürəyi sıxılır, ağzına toz dolur, tərdən islanmış köynəyi bədəninə yapışır: “Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi.
Qaçay nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı.
O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı?
Donan barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi… “Volqa” Qaçayın yanından yel kimi ötdü.
Aləmi qatı toz-duman bürüdü. Qaçay, yolun sinəsindən qabarıb dalğalanan bu ağ-sarımtıl örtüyün içində itdi. Nəfəsini udub, gözlərini bərk-bərk yumdu…
Maşın çoxdan getmişdi, toz da çəkilmişdi, ancaq Qaçay yerindən tərpənmirdi. Ağzında palçıq tamı vardı…
– İtdə həvəsə bax, bu istidə gör, necə hürür.
Quyu povestindən seçmələr
– Umudun canı od tutub yanırdı. Beyni pıqhapıqla qaynayır, təpəsindən buxar qalxırdı.
Özünü artezian quyusuna güclə çatdırıb, yarımqol, nimdaş köynəyini soyundu. Boynunu yoğun borudan şarhaşarla axan suyun altına tutdu. Su kürəyinə axanda, kürəyi qızmar dəmir kimi cızıldı…
– Umud köynəyini geyib fikirli-fikirli addımladı. Kəndin uzun, tozlu küçəsinə düşüb gedirdi…
– Piri maşını tərpətdi. Tozun içində “QAZ-6″da. Sapsarı toz Umudun ağzına, burnuna doldu.
Umud gözlərini yumdu. Fikirləşdi ki, bir aydan sonra da gözlərini açsa, yenə görəcək ki, toz pərdəsinin içindədir. Umud nəfəsi tıncıxa-tıncıxa gözlərini açdı.
Sarı pərdə hərəkətdə idi. Əriyirdi, seyrəlirdi. Umud yavaşca nəfəs çəkdi və elə bildi ki, toz burnunun deşiklərindən keçib dilçəyini palçığa döndərir…
– Göydə günəş görünmürdü, günəşin təkcə qızartısı qalmışdı. Yavaş-yavaş toran qarışırdı, ancaq gündüzkü isti hələ səngiməmişdi. Hələ hava bürkülü idi, havadan toz iyi gəlirdi…
– Faraların işığı artırmanın əhəngli divarını yalayıb ötdü. Yolun sapsarı tozu həyətin ağappaq tüstüsünə qarışdı.
– Sallaq qulaqlarına qonan yaşıl milçəkləri qovmağa da tulanın heyi qalmamışdı…
Əkrəm Əylislinin bütün qəhrəmanları yuxu görür, İsi Məlikzadənin qəhrəmanları isə tozdan boğulur, istidən, bürküdən əziyyət çəkirlər.
Afaq Məsudun qəhrəmanları öyüyür və tez-tez ürəkləri bulanır, qusurlar. İsi Məlikzadənin əsərlərindəki hərəkətsizlik, toz, bürkü adamı bezdirmir.
Toz İsi Məlikzadənin əsərlərində bütövləşərək canlıya çevrilir.
O, Əkrəm Əylisli psevdolirikasından uzaqdır. Konkret yazıçıdır. Təsvirləri canlı və dəqiqdir. Boz, ölü cümlələrlə oxucunu darıxdırmır.
Amma İsi Məlikzadə də digər yazıçılar kimi betonlaşmış bənzətmələrdən tez-tez istifadə edir. Bu bənzətmələr Azərbaycan nəsrinin ümumi bəlasıdır.
Hələ də bizim yazıçılar “darıxmaq” sözünün şiddətini artırmaq üçün qəhrəmanın burnunun ucunu göynədirlər. Yaxud qadını balığa bənzədirlər.
Bir daha İsi Məlikzadənin əsərlərindən keçən qırmızı xəttə, toza qayıdaq:
– Əsli əlləri qoynunda, köks ötürə-ötürə maşının qaldırdığı toz dumanına uzun-uzadı baxdı…
– Motosikletin üstünə cır-cındır atmışdılar, təkcə təkərlərinin yarısı açıq qalmışdı. Umud özünü saxlaya bilmədi, yaxınlaşıb motosikletin üstündəki cındırın bir ucunu qaldırdı. Umud əlini yəhərə çəkdi. Yəhərin üstündə bir barmaq qalınlığında toz vardı. Motor da tozlu idi…
– Kəndin küçələrində adam görünmürdü. Yollardan toz qalxmırdı. Maşınlar da kölgəyə çəkilmişdi…
– Papiros Umuda ləzzət vermirdi. Ağzında ocaq tüstüsünün acı tamı vardı. Papirosu atdı. Kölgədən çıxmağına peşman olmuşdu, ancaq bu tezliklə geri qayıtmağa da utanırdı. Tozlu yolda ayaqlarını ehmallığa ata-ata gedirdi. Gün təpəsini oyurdu və bu istidə Umud heç nə fikirləşə bilmirdi, elə bil beyni yerli-dibli yox idi, buxarlanıb uçmuşdu.
– İstidən Umudun ayaqlarının altı bişməcə olmuşdu. Dərindən nəfəs almağa qorxurdu. Havanı ciyərlərinə çəkəndə elə bilirdi təndirin dəmini udur. Xalıqgilin həyətindəki tut ağacının gölgəsi üçün burnunun ucu göynəyirdi…
– Pirinin tozlu maşını hündür darvazanın qarşısında dayanmışdı…
– Təkərlər çala-çuxura düşdükcə, Umudun əti silkələnirdi. Ona elə gəlirdi ki, dabanlarından başlamış peysərinə qədər yüz əl onu qıdıqlayır. Yarpaqları tozdan bozarmış ağaclar motosikletin gurultusunu sürətlə bir-birinə ötürdü. Umud hərdən başını geri döndərib, təkərlərin altından fəvvarə kimi çıxan toza baxırdı…
Genişlik və darısqallıq
İsi Məlikzadənin qəhrəmanları həmişə çıxılmaz vəziyyətlərə düşür. Onlar gah geniş düzdədirlər, gah da darısqal otaqda.
Darıxırlar. Heç harda rahatlıq tapa bilmirlər. Digər Azərbaycan yazıçılarının yaratdıqları qəhrəmanlar kimi üsyan etmək, müqavimət göstərmək gücündə deyillər.
Olsa-olsa, ani olaraq düşmənlərini yalnız bir cümləylə utandıra bilərlər.
İsi Məlikzadənin psevdolirikadan, uzun yuxulardan uzaq olması onun qəhrəmanlarını oxucu tənəsindən qoruyur. Adam həqiqətən də onların halına ürəkdən acıyır.
Neft institutunu bitirən İslam rayonda iş tapa bilmir.
O, şəhərdə yaşamağa, şəhərdə işləməyə məhkumdur. Atası isə İslama deyir: “Eybi yox, rayonda neft tapılanda gəlib burda işləyərsən”.
İsi Məlikzadənin qəhrəmanları çox vaxt ən adi səbəblərdən bir yerdə qərar tuta bilmirlər: “Otağın eni-uzunu üç-dörd addım olardı.
Qapısı elə alçaq idi ki, gərək başını əyib keçəydin. Bircə pəncərəsi vardı, o da dar küçəyə açılırdı. Otağın içinə heç vaxt gün işığı düşmürdü, divarlar nəm idi.
Otaqda bircə dəmir çarpayı vardı, bir tumboçka, iki dənə də kətil. Bura bundan artıq şey qoymaq mümkün deyildi. Xörək bişirmək üçün gərək ara qapıdan ev sahibinin mətbəxinə keçəydin.
Bağır Bakıya gəlmişdi ki, qızının yanında beş-altı gün qalsın, amma bircə gün qaldı. Gecə Bağıra çarpayıda yer saldılar. Kətilləri tumboçkanın üstünə qoydular ki, Müzəffər döşəmədə yata bilsin.
Bağır, qayınatayla kürəkənin bir otaqda yatmağını ayıb, qəbahət hesab eləsə də, əlacsız qalıb ədəb-ərkan gözləməkdən vaz keçdi.
Nazlı yerləri salandan sonra harasa yoxa çıxdı, deyəsən, ev sahibinin otağında yatacaqdı”.(azlogos)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər