00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Neftin sonu və daş dövrünün qalıqları
Tarix: 01-08-2016 14:16 | Bölmə: Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
Tarix: 01-08-2016 14:16 | Bölmə: Xəqani CƏFƏRLİ

Hazırda bütün ölkələrin həssaslıqla izlədiyi məsələlərdən biri və bəlkə də birincisi ABŞ-da rəsmi mərhələyə qədəm qoyan prezident seçkiləri kampaniyasıdır.
Dünyanın yeganə super gücü olan ABŞ-da kimin prezident olacağı həmişə maraqla izlənib. Bu seçkiyə isə daha həssas yanaşırlar.
Respublikaçılar Partiyasının namizədi olan milyader, tikinti maqnatı Donald Tramp bir sıra sərsəm fikirləri ilə, artıq siyasi qalmaqal yarada bilib. Dərin ağıla malik olmayan və beynəlxalq siyasi proseslərdən xəbərsiz görünən bir şəxsin Ağ Evə sahiblənəcəyi ABŞ-ın liderliyi ilə yaradılmış dünya düzəninə zədələnmək təhlükəsi yaradıb. Soyuq müharibədən sonra yaranmış beynəlxalq münasibətlər sistemindən razı olan bütün ölkələr bu düzənin pozula biləcəyindən narahatdırlar.
Kəmağıl milyaderin Ağ Evə sahiblənməsi narahatedici olsa da, fikrimcə, bunu çox da şişirtmək lazım deyil. ABŞ-ın mükkəməl dövlət sisteminə, balanslaşdırılmış hakimiyyət bölgüsünə malik olması hətta Donald Tramp kimi ağıldankəmin də Vaşinqtonun siyasətini kəskin şəkildə dəyişə bilməyəcəyini söyləməyə əsas verir.
Digər tərəfdən, artıq dünyanın gələcəyi tam şəkildə siyasətçilərdən asılı deyil və buna görə Ağ Evə kimin sahiblənəcəyi ilə bağlı ciddi narahat olmağa dəyməz.
Dünyanı dəyişən insanlar
İndi bəşəriyyətin gələcəyi Ağ Ev sahibinin kimliyindən, onun aparacağı siyasətdən daha çox İlon Mask, Mark Şukerberq, Tim Kuk, Ceff Bezos, Bil Qeyts,Sergey Brin və Larri Peyc kimi ixtiraçı iş adamlarının uğurlarından asılıdır. Bu böyük insanların uğurlu ixtiraları dünyanı bütün siyasətçilərin fəaliyyətindən artıq dəyişir.
Mark Şukerberqin facebook-u dünyada tamamilə yeni vəziyyət yaratdığı kimi, İlon Maskın uğurları yaxın illərdə dünyanın inkişaf istiqamətini tamamilə dəyişə bilər. Buna görə də, Donald Tramp kimi siyasətçilərin nə dediyinə, nə etdiyinə çox da diqqət yetirib, pəjmürdə olmağa dəyməz. Əksinə, İlon Mask, Mark Şukerberq, Tim Kuk, Ceff Bezos, Bil Qeyts, Sergey Brin və Larri Peyc kimi şəxsiyyətlərin uğurlarını izləməklə dünyanın gələcəyinə daha nikbin yanaşmaq lazımdır.
İlon Maskın qısa müddətdə "SpaceX” şirkətilə əldə etdiyi uğurlar ABŞ, Rusiya (Sovet İttifaqı), Çin, Fransa kimi dövlətlərin kosmosun fəhti istiqamətindəki uğurlarını kölgədə qoydu. Xüsusilə də kosmik raketin ilk pilləsinin yerə endirilməsi heç bir dövlətin bu günə kimi əldə edə bilmədiyi uğurdur.
Fikrimcə, bu möhtəşəm uğura baxmayaraq, İlon Maskın bəşəri əhəmiyyətli uğuru "Tesla Motors” şirkəti ilə əldə etdikləridir. Məhz İlon Maskın dahi ixtiraçı Nikola Teslanın şərəfinə "Tesla Motors” adlandırdığı şirkət daxiliyanma mühərriki ilə işləyən avtomobllər üçün sonun başlanğacı oldu.
"Tesla Motors”un uğurları istisnasız olaraq dünyanın bütün aparıcı avtomobil şirkətlərini seçim qarşısında qoydu və onlar mövcudluqlarını saxlamaq üçün elektromobillər istehsal etməyə başladılar.
Hökumətlərin yeni planı
Bu gün "Volvo” şirkəti "Volvo C30 Electric”, "Ford” şirkəti "Ford Focus Electric”, "Nissan” şirkəti "Leaf” və "Smart ForTwo Electric Drive”, "Toyota” şirkəti "Prius Plug-In Hybrid”, "Chevrolet” şirkəti "Volt” və "Spark EV”, "Honda” şirkəti "Fit EV”, "Mitsubishi” şirkəti "I-MiEV”, "Renault” şirkəti "Fluence Z.E” və "Renault Zoe” kimi elektomobilləri ilə "Tesla Motors”un elektrik mühərrikli maşınları ilə rəqabət aparmağa çalışdığı bir vaxtda, Almaniyanın dünya şöhrətli "Mercedes”, "BMW”, "Audi”, "Opel” şirkətləri də özlərinin elektobillərinin rəqabətə davamlığını təmin etmək üçün qızğın iş görürlər.
Dünyanın ən bahalı şirkəti "Apple” özünün "Apple Car” elektromobilini satışa çıxardığı gün isə daxiliyanma mühərriki ilə işləyən avtomobillərin heç bir prespektivi qalmayacaq.
Dünyanın aparıcı avtomobil şirkətlərinin elektromobillər istehsalına başlaması hökmətləri də İlon Maskın çağrışlarına cavab vermək məcburiyyətində qoyub. İndi Qərbdə, xüsusilə də Avropada hökumətlər elektromobil istehsalını stimullaşdırmağa çalışırlar. Məsələn, Norveç, Belçika, İsveç və Niderlandın dövlət strukturları "Volvo”nun elektromobillərinin müştəriləri olmaq niyyətindədirlər.
Avropa ölkələrində avtomobillərdən istifadənin qadağan edilməsi ilə bağlı qızğın müzakirələr aparılır, bəzi ölkələr artıq daxiliyanma mühərrikli maşınlardan istifadə ilə bağlı son müddət müəyyən ediblər.
Elektromobillərin avtomobilləri bazarlardan tamamilə sıxşdırıb çıxardığı gün neft dövrü rəsmən başa çatacaq. Qərbin beyin mərkəzləri, böyük fikir adamlarının ümumi rəyinə görə, neft dövrünün başa çatması dünyada avtoritarizm və totalitarizmin sonu olacaq.
Alternativ enerjinin neft problemi
Neftin gələcəyinin olmadığını heç şübhəsiz, bərpa olunan mənbələrdən alınan alternativ enerjinin hakim mövqe qazanması təsdiq edəcək. Bu proses artıq tam sürətlə gedir və yaxın zamanlarda nəticələrini hər kəs hiss edəcək. Baxmayaraq ki, neftin bir barellinin 200 ABŞ dolları olacağını iddia edən, bu xülya ilə yaşayanlar hələ də var. Əslində isə, bu iddiaların ciddi əsası yoxdur və neft dövrünün başa çatacağı qarşısıalınmaz prosesdir.
Neft dövrünün başa çatması ilə bağlı ən gözəl ifadəyə Rusiya Əmanət Bankının prezidenti German Qrefin bu prosesə həsr olunmuş bir çıxışında rast gəlmişdim.
G.Qrefin fikrincə, daş dövrünün başa çatması daşın qurtarması ilə bağlı deyildi, sadəcə, insanlar metalın emalı ilə bağlı texnologiyaları öyrəndilər. İndi neft dövrü ona görə sona çatmır ki, "qara qızıl” tükənib, sadəcə, yeni texnologiyalar alternativ enerji əldə edilməsini asanlaşdırıb.
Sonralar bu məntiqli və obrazlı ifadənin Səudiyyə Ərəbistanının sabiq neft naziri Əhməd Zəki Yamaniyə məxsus olduğunu öyrənəndə təəccübləndim.
24 il ən böyük neft ölkəsinin neft naziri olan Əhməd Zəki Yamanini "Neft haqqında hər şeyi bilən adam” adlandırırlar. Əgər neft dövrünün başa çatdığını "Neft haqqında hər şeyi bilən adam” deyirsə, bunu şübhə altına almağa dəyməz. Əksinə, bu sözlərdən nəticə çıxarmaq lazımdır.
Əhməd Zəki Yamaninin fikirlərini alternativ enerjidən istifadənin sürətlə artması da təsdiqləyir. Artıq Avropa Birliyində istehsal olunan elektrik enerjisinin 20 faizi bərpa olunan mənbələrdən əldə edilir.
2025-ci ildən sonra neft alıcısı tapılmayacaq
Günəşin bir saat ərzində Yerə verdiyi enerji dünya iqtisadiyyatının bütöv il ərzində istifadə etdiyi elektrik enerjisi qədərdir. Deməli, Günəş Yerin əsas enerji mənbəyi olduğu kimi, elektrik enerjisinin alınmasında əsas mənbə olmalıdır. Xüsusilə də, Günəşin hələ milyard illər enerji verməkdə davam edəcəyini nəzərə aldıqda, məsələnin mübahisə predmetinə çevrilməsinə əsas qalmır.
Sadəcə, uzun illər Günəş enerjisindən elektrik enerjisi almaq baha başa gəldi. Ancaq Günəş lövhələrinin istehsalı zamanı əldə edilən texnoloji yeniliklər onun qiymətini təxminən 300 dəfə ucuzlaşdıraraq 76 dollardan 30 sentə düşməsinə səbəb oldu. Günəş lövhələri istehsalının ucuz başa gəlməsi bu lövhələr vasitəsilə əldə olunan elektrik enerjisinin qiymətini kəskin ucuzlaşdırıb və rəqabətdə önə çıxarıb.
Kapitalın əks istiqamətə axını
Mayın 8-də Almaniyada baş verənlərə inanmaq belə çətindir. Həmin gün Günəş və külək vasitəsilə alınan elektrik enerjisi istehlakçıların tələbatının 87 faizini təmin etməklə, elektrik enerjisinin qiymətini 0-dan aşağı saldı. Bu isə istehsalçıları istehlakçılara verdiyi elektrik enerjisinə görə pul ödəmək məcburiyyətində qoydu. Bu zaman Almaniyanın baş verən texnoloji yeniliklərə hazır olmadığı üzə çıxdı. Belə görünür ki, hətta Qərbdə də Günəş lövhələri vasitəsilə alınan enerjinin belə tezliklə rəqabətdə önə çıxacağını gözləmirmişlər.
Üç il əvvəl İlon Mask yaxın 20 ildə Günəş enerjisinin əsas enerji mənbəyi olacağını bəyan edəndə, çoxları buna şübhə ilə yanaşırdı. Məsələn, "Exxon Mobil” şirkətinin baş direktoru Reks Tillerson bəyan etmişdi ki, Günəş lövhələri vasitəsilə alınan enerji 2040-cı ilə kimi 2 faizdən çox olmayacaq.
Ancaq 2013-cü ildə Günəş lövhələri vasitəsilə alınan elektrik enerjisi iki fazidən çox oldu və dünyanın ən böyük neft şirkətlərindən birinin rəhbərinin proqnozlarını alt-üst etdi. Əslində, Reks Tillerson neft şirkətlərini gözləyən fəlakətin reallığı ilə barışmaq istəməyib və bu istəyini həqiqət kimi təqdim etməyə çalışıb.
Buna baxmayaraq, neft şirkətləri ilə yanaşı neft ölkələrini gözləyən iqtisadi fəlakətin qarşısnı almaq mümkün deyil. Neftin qiymətinin yalnız iki dəfə ucuzlaşması kapitalın əks istiqamətə - neft istehsal edən ölkələrdən neft idxal edən ölkələrə axmasına səbəb olub.
Belə ki, neftin bir barrelinin 100 dollardan 50 dollara düşməsi nəticəsində son iki ildə Yaxın Şərqin neft ölkələri 350 milyard, Rusiya 200 milyard dollar itirdiyi halda, Avropa 300 milyard, ABŞ 200 milyard, Asiya regionu 400 milyard qazanıb. ABŞ və Avropa isə həmin pulların bir hissəsini Günəş enerjisinin əldə olunmasına yönəldir. Günəş enerjisindən elektrik enerjisi alınması ilə bağlı işlərə bu günə kimi 300 milyard dollara yaxın sərmayə yönəldilib. Bu sərmayənin 2030-cu ilə kimi 400 milyarda çatacağını proqnozlaşdıran ekspertlər yəqin ki, ən geci 2025-ci ildə öz proqnozlarının gercəkləşəcəyinin şahidi olacaqlar.
Ən çox sərmayə qoyulan sahə
Yalnız ötən il bərpa olunan mənbələrdən elektrik enerjisinin alınması ilə bağlı layihələrə neft və qaz layihələrindən iki dəfə artıq sərmayə qoyulub. Bu proses yeni vüsət alır və biz bu sahədə bir çox inanılmaz olayların gerçəkləşməsinin şahidi olacağıq.
Bərpa olunan mənbələrdən, xüsusilə də Günəş enerjisindən elektrik enerjisi alınmasına yalnız Qərb ölkələri maraq göstərmir. Bu proses Asiya və Afrikanı da ağuşuna alıb.
Bu prosesdən kənarda qalan azsaylı ölkələr var ki, onlardakı vəziyyəti belə xarakterizə etmək olar. Daş dövrü min illiklər öncə başa çatsa da, bəzi ölkələrdə daş dövrünün "qalıqları” hələ də mövcuddur. Həmin "qalıqlar” neft və qazın əvəzedilməzliyi haqqında nağıllar uydurmaqdan əl çəkmirlər. Bu adamlar 21-ci əsrdə texnologiyanın bütün əsrlərdə olduğundan daha sürətlə inkişaf etdiyini görə, duya bilməzlər.
Elmi-texniki inkişaf isə bizim təsəvvür etmədiyimizdən də sürətlə gedir. Bu inkişaf təxminən 10 il sonra - 2025-ci ildə neftə olan təlabatı tamamilə aradan qaldıracaq və neft istehsalçıları alıcı tapa bilməyəcəklər. Artıq bunun ilk əlamətləri hiss olunur. Neft dolu tankerlər müştəri olmadığı üçün həftələrlə açıq dənizdə üzmək məcburiyyətində qalırlar. 10 il sonra bu mənzərə daha dəhşətli olacaq və neft istehsalçıları 1000 barrel neft satanda sevinəcəklər.
Odur ki, dünyanın hansısa ölkəsində, hətta yeganə super güc olan ABŞ-da kəmağıl bir şəxsin dövlət başına gəlmə ehtimalı sizi dünyanın gələcəyi ilə bağlı bədgüman düşüncələrə sövq etməsin. Siz İlon Mask, Mark Şukerberq, Tim Kuk, Ceff Bezos, Bil Qeyts, Sergey Brin və Larri Peycin dünyanı necə sürətlə dəyişdirdiklərini izləyin. Bu, sizi gələcəyə daha nikbin baxmağa sövq edəcək.
Reyting.az
Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər