Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 18-10-2016 15:03 | Bölmə: Xəqani CƏFƏRLİ

Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın seçki təbliğatında əsas tezislərindən biri Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obamanın müqayisəsidir. Bu müqayisə nəticəsində üstünlük Putinə verilir.
Kəmağıl Trampın siyasi texnoloqlarının xüsusi qabartdıqları bu tezis son zamanlar daha geniş arealı əhatə edir. Azərbaycan mediasında da Putinin Obamanı məğlub etməsi, Rusiya diktatorunun dahi strateq olması haqqında hay-küydən başqa bir şey olmayan fikirlər səslənir.
Obamanın 8 illik hakimiyyəti ərzində ABŞ iqtisadiyyatını sağlamlaşdırdığı bütün nüfuzlu iqtisadçılar tərəfindən qəbul edilir. Obamanın Amerikanın elmi-texnoloji üstünlüyünü qoruyub-saxlamasına nail olmasını görməmək isə Trampdan da kəmağıl olmaq anlamına gəlir.
Rusiyanın elm sahibləri, hələ düşünmək qabiliyyətini itirməmiş ictimai-siyasi xadimləri, peşəkar iqtisadçıları həyəcan təbili çalırlar ki, Rusiya texnoloji çəhətdən kəskin şəkildə ABŞ-dan geri qalır və belə getsə 10 ildən sonra bu, tamamilə əlçatmaz olacaq.
Hakimiyyət hərisliyinə və diktatorluğuna baxmayaraq, hələ düşünmək qabiliyyətini itirməyən Vladimir Putin də Qərbin sanksiyalarının zərərindən danışarkən Rusiyanın texnologiyadan məhrum edilməsini ən narahatedici məsələ kimi göstərib. Putin ona valeh olan kəmağıllardan fərqli olaraq bilir ki, dünyanı texnologiyalar qədər heç nə sürətlə dəyişə bilmir. Çox maraqlıdır ki, Putin dəfələrlə ABŞ-ı dünyanın yeganə super gücü, dünya iqtisadiyyatının lokomotivi və ən nəhayət, böyük ölkə adlandırmasına baxmayaraq, Vaşinqton qarşısında Moskvanın üstün mövqedə olması haqqında hay-küylər səngimir. Hətta Putinin 16 illik hakimiyyətinin nəticəsi olaraq Rusiyanın üzləşdiyi dərin iqtisadi böhran, ölkədən beyin və kapital axınının dayanmaması kimi sübuta ehtiyacı olmayan həqiqətlər də hay-küyçüləri dayandırmır.
Bu hay-küyçüləri bir qədər özlərinə gətirmək üçün Rusiyanın əsas beyin mərkəzlərindən biri, "Ali İqtisadiyyat Məktəbi" Milli-Təhqiqat Universitetinin Rusiyada real vəziyyəti əks etdirən araşdırmasından bəzi statistik məlumatları qeyd edirəm:
- Rusiyada ailələrin üçdə biri ən zəruri malları almaq gücündə deyil;
- Rusiyada ailələrin dördə biri kommunal xərcləri ödəmək iqtidarında deyil;
- Rusiya əhalisinin 40 faizi ayaqqabı və geyim almağa pul tapmır;
- Putinin üçüncü dəfə prezident seçilməsindən sonra büdcədən elm, təhsil, səhiyyə və sosial xədmətlərə ayrılan xərclər azalır və belə vəziyyət ən azından qarşıdakı üç ildə də davam edəcək.
Bütün bunların əvəzində Putin Rusiyanı Suriyada sonu görünməyən və "hər kəsin hər kəsə qarşı müharibəsi"nə sürükləyir, xaricdə hərbi bazalar yaradır. Baxmayaraq ki, onun bazalarına öz ölkəsində yer vermək istəyən dövlət o qədər də çox deyil. Suriya, Ermənistan və Tacikistan kimi ölkələrdə hərbi bazalar yaradan Rusiya, onları gücləndirir.
Hay-küyçülərin təbliğatlarına "can" verən bu addımların mənasızlığını göstərmək üçün bir statistikanı onların diqqətinə çatdırıram: ABŞ-ın dünyada 650-dən çox hərbi bazası var, Rusiyanın üç-dörd baza yaratması ilə nə dəyişəcək?
Ona görə də, Putinlə Obamanı müqayisə etməzdən öncə bu və digər məsələlər haqqında azacıq düşünmək pis olmazdı.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər