Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 25-10-2016 17:33 | Bölmə: Xəqani CƏFƏRLİ

Beş il əvvələ kimi Suriyanın ən böyük şəhəri, iqtisadi və sənaye paytaxtı hesab olunan Hələb əksər soydaşlarımız üçün Azərbaycanın böyük şairi, bəşər tarixinin böyük fikir adamı İmadəddin Nəsiminin qətl edildiyi ərazinin adı idi. Şərqin qədim tarixi abidələrlə zəngin olan bu şəhəri indi Rusiya və Suriya hərbi təyyarələrinin aramsız bomba yağışı altında minilliklərin xarabalığına bənzəyir.
Hələbdə məhv olan yalnız tarixi abidələr deyil. Rusiya və Suriyanın birgə bombaladığı Hələbdə hər gün onlarla qadın, qoca və uşaq ölür. Dünya ictimaiyyəti həyəcan təbili çalsa da, Hələbdə hərbi cinayətin baş verməsi ilə bağlı yüksək tribunlardan bəyanatlar səslənsə də, müsbətə doğru heç nə dəyişmir.
Oktyabrın 20-də BMT-nin İnsan Haqları Şurası Hələbin bombalanmasının dayandırılmasını tələb edən bəyannamə qəbul edib. Rusiyanın təkidlə əleyhinə çıxdığı bəyannamədə Suriya rejimi və onun mütəffiqlərinin beynəlxalq humanitar hüququn tələblərinə əməl etmələri, Hələbin bombalanmasının dayandırılması tələb olunur.
Bəyannamədə Rusiya və Suriya hakimiyyətlərini narahat edəcək əsas məqam Suriyada, xüsusilə də Hələbdə beynəlxalq humanitar hüququ pozanların məsuliyyətə cəlb edilməsinin vurğulanmasıdır. Bu isə Rusiya və Suriyanın Hələbdə hərbi cinayətlər törətmələri ilə bağlı ittihamın bir qəədr yumşaq formada olsa da, ən nüfuzlu beynəlxalq təşkilatın hüquqi sənədinə çevrilməsidir. Ancaq bu son deyil...
Nüfuzli beynəlxalq hüquq-müdafiə təşkilatı "Amnesty İnternational" BMT-nin altı əsas rəhbər orqanından ən geniş tərkiblisi olan Baş Assambleyaya Rusiya və Suriya rejiminin Hələbdə tərətdikləri hərbi cinayətləri sübut edən dəlillər təqdim edib. "Amnesty İnternational"ın Baş Assambleyaya müraciətində deyilir ki, Rusiya Çinin yardımı ilə BMT Təhlükəsizlik Şurasının Hələbdə törədilən hərbi cinayətlərə son qoyulması ilə bağlı qətnamənin qəbulunun qarşısını alıb.
Onu da qeyd edim ki, Rusiyanın veto hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasını iflic quruma çevirməsi beynəlxalq ictimaiyyətin səbr kasasını daşırmaqdadır. Buna görə də son zamanlar Təhlükəsizlik Şurasının daimi üzvünün veto hüququnun məhdudlaşdırılması ilə bağlı müzakirələr aktivləşib. Əgər Təhlükəsizlik Şurasının daimi üzvünün veto hüququ məhdudlaşdırılarsa, bu, Rusiyanın əlindəki iki silahdan birinin məhvi demək olacaq.
Hələlik Rusiya özünün veto hüququndan istifadəedərək BMT Təhlükəsizlik Şurasının öz üzərinə düşən vəzifəni yerinə yetirməsinə imkan vermir. Bəzən Təhlükəsizlik Şurasının 12-13 üzvünün tərəfdar olduğu təklif Rusiyanın vetosu səbəbindən qəbul olunmur. Bu isə həm də Təhlükəsizlik Şurasında dünya ölkələrini təmsil edən dövlətlərin və bütövlükdə BMT-nin bütün üzvülərinin hüququnun tapdanmasıdır.
Bütün bunlara baxmayaraq, Rusiyanın Suriyada törədikləri yavaş-yavaş öz adı ilə çağrılmağa, öz qiymətini almağa başlayır. Bu isə ABŞ, Böyük Britaniya, Fransa və Almaniya kimi böyük dövlət liderlərinin də dəfələrlə səsləndirdiyi hərbi cinayət ittihamıdır. Rusiya dövləti gec-tez bu ittihamla rəsmən üzləşəcək və törətdiyi hərbi cinayətə görə beynəlxalq məhkəmə qarşısına çıxarılacaq. Bu gün baş verən proseslər, o cümlədən BMT İnsan Haqları Şurasının bəyannaməsi həmin məhkəmə prosesinin hazırlıq iclasına bənzəyir.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər