Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 30-11-2016 12:29 | Bölmə: Xəqani CƏFƏRLİ

Avropa Parlamenti "Avropa Birliyinin üçüncü tərəfdən ona qarşı təbliğatına mübarizə üçün starteji rabitə" adlı qətnamə ilə Kreml və islamçı ekstremistlərin təbliğatına qarşı mübarizəyə çağırış edib. Qətnamə müəllifləri Birlik ölkələrini bu təbliğatı daha fəal şəkildə ifşa etməyə çağırıblar.
Rusiya qətnaməni kəskin tənqid edib, bunu Avropanın demokratik prinsip və dəyərlərdən geri çəkilməsi kimi qiymətləndirib. Əslində isə Rusiyanı əsəbləşdirən məlum qətnamədə bu ölkənin İŞİD-lə eyniləşdirilməsidir.
Məlum olduğu kimi, Rusiya bu təşkilatı terrorçu hesab edir. İndi isə Avropa Parlamenti kimi nüfuzlu bir qurum Rusiyanı İŞİD-lə eyniləşdirir.
Qətnamə müəlliflərinin Avropa Birliyi üçün əsas təhlükənin "Sputnik" Agentliyi, "Russia Today" Televiziyası, "Rossotrudniçestvo" və "Russkiy Mir" Fondundan gəldiyini qeyd ediblər.
Qeyd edək ki, məlum qətnamədə əsas təhlükə mənbəyi hesab olunan "Russkiy Mir" Fondunun təsisçiləri Rusiya Xarici İşlər və Təhsil nazirlikləridir. "Rossotrudniçestvo" isə Rusiya Xarici İşlər Nazirliyinin strukturuna daxil olan qurumdur. Yəni, qətnamədə təlhükə mənbəyi elan olunan qurumlar faktiki olaraq dövlət strukturlarıdır. Dövlət strukturlarından hər hansısa birinin təhlükə mənbəyi sayılması isə faktiki olaraq dövlətin özünün təhlükə mənbəyi elan olunması deməkdir. Qətnamədə Rusiya rəsmilərini özündən çıxaran ikinci məqam budur.
Digər tərəfdən, Moskvada anlayırlar ki, qətnamə Avropa Birliyi ölkələri üçün hüquqi öhdəliklər doğurmasa da, Brüsselin siyasətinin formalaşmasına təsirsiz ötüşmür. Rusiyada həm də çox gözəl anlayırlar ki, bu qətnamə bir gündə meydana çıxmayıb.
Xatırladaq ki, Rusiyanın Qərb ictimaiyyətini çaşdırmaq, millətçi və şovinist dairələri qızışdırmaq cəhdi artıq çoxdandır ki, Avropanın siyasi dairələrində təşviş doğurur. Rusiyanın təhlükəli təbliğatına qarşı tədbirlərin görülməsi ilə bağlı bu günə kimi müxtəlif çağırışlar edilib, bəyanatlar verilib. Artıq həmin bəyanatlar və çağırışlar Avropa Parlamenti kimi nüfuzlu qurumun qətnaməsinə çevrilib. Bu qətnamə isə bir müddətdən sonra müəyyən qanunların qəbulunu da gündəmə gətirə bilər. Rusiya rəsmilərinin narahatlığı həm də bununla bağlıdır.
Moskvada ehtiyat edirlər ki, qətnamədə adları keçən qurumların fəaliyyəti qadağan edilə bilər. Bu isə Rusiya xarici siyasətinin mühüm elementlərinin təsirsiz hala gətirilməsi demək olardı. Əslində qətnamə müəlliflərinin əsas hədəfi də budur.
Azərbaycan Avropa Birliyinin üzvü olmasa da, qətnamənin ölkəmizə də aidiyyatı var. Belə ki, qətnamədə Rusiya təbliğatının Şərq Tərəfdaşlığına daxil olan ölkələrə təsir etdiyi də öz əksini tapıb.
İki ildən çoxdur ki, Rusiya Şərq Tərəfdaşlığına daxil olan ölkələrə qarşı total təbliğat apararaq bu ölkələri qorxutmaq və çaşdırmaqla Qərbyönlü seçim etməkdən çəkindirir. Moldovada Rusiyayönlü siyasətçi İqor Dodonun prezident seçkilərində qalib gəlməsi, Şərq Tərəfdaşlığına daxil olan bütün ölkələrdə demokratik proseslərin zəifləməsi, avtoritarizmin güclənməsində Rusiya təbliğatının mühüm təsiri var. İndi Avropa Parlamenti bu təbliğatla mübarizə aparılmasını, onun ifşa edilməsini təklif edir. Tezliklə bu prosesin Rusiya ilə təbliğat savaşına çevriləcəyi qaçılmazdır. Bu savaşda isə hər bir ölkə, hər bir media strukturu öz yerini almağa məhkumdur.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər