Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 15-03-2016 10:47 | Bölmə: Xəqani CƏFƏRLİ

Sabiq deputat Aydın Abbasov Rusiyanın müadfiəsinə qalxaraq Avropanı ikili standartlarda, Rusiyaya qarşı "soyuq müharibə” məntiqi ilə hərəkət etməkdə ittiham edib. Baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu Avropanı Napoleon və Hitler kimi bəlalardan Rusiyanın xilas etdiyini bildirib, Qərbi borclu çıxarmağa çalışıb.
Napoleonu fatehlikdə ittiham etmək olar, ancaq fransız imperatoru rus çarı Aleksandrdan fərqli olaraq, feodal əsarətinin qorunub-saxlanması uğrunda savaşmırdı. İndi heç kim inkar edə bilməz ki, Avropa feoadlizminin süqutunda Napoleon müstəsna rol oynayıb. Avropanı Hitlerdən xilas etsə də, ondan daha az təhlükəli olmayn Stalindən asılı saldı.
Aydın Abbasovun Rusiyanın müdafiəsinə yönəlmiş çıxışı yayılan gün "Нужна помошь.ру” humanitar layihəsinin rəhbəri, ictimai xadim Mitya Aleşkovskiyin "Cолидаризироваться со Сталиным может только дьявол” (http://echo.msk.ru/blog/aleshru/1728864-echo) bloq yazsını oxudum. Adı Aydın olsa da, cəhaləti təmsil edən, köləliyi tərifləməyə çalışan sabiq millət vəkili Abbasovdan fərqli olaraq Mityanın bloq yazısını Allahın insanlara bəxş etdiyi ən böyük dəyəri - azadlığı təbliğ etdiyi üçün hansı millətə məxsusluğundan asılı olmayaraq, özünü aydın hesab edən hər kəsin fikri hesab etmək olar. Mitya haqlı olaraq qeyd edir ki, Hitleri Stalindən pis, zərərli hesab etmək doğru deyildir və onların ikisi də eyni bezin qırağı olublar.
Müstəqil Azərbaycan dövlətinin ali qanunverici orqanında təmsil olunmuş A.Abbasov isə bilməlidir ki, Rusiyanı müdafiə etmək, son iki yüz ildə Azərbaycanı işğal edənləri, Azərbaycan xalqının tarixi torpaqlarında saxta erməni dövləti yaradanları, İrəvan, Zəngəzur və Göyçədən yüz minlərlə soydaşımızın deportasiya edilməsini, Qarbağın rus-erməni hərbi birləşmələri tərəfindən işğalını müdafiə etmək deməkdir. Rusiyanı müdafiə etmək son iki yüz ildə Moskvanın göstərişləri əsasında məhv edilən Azərbaycan xalqının ən yaxşı oğul və qızlarının, fikir adamlarının, aydınlarının qətlinə tərəfdar olmaqdır. Rusiyanı müdafiə etmək cəhaləti, köləliyi, hüquqsuzluğu müdafiə etməkdir ki, heç bir azad adam, ziyalı bunu etməz. Moskvanın türk düşmənçiliyinin yenidən baş qaldırdığı indiki zamanda Rusiyanı yalnız hər addımda ağasının xoşuna gəlmək istəyən kölə müdafiə edə bilər. Bu köləlik isə əsasən erməni və ya başqa millətlərlə qarşığı olanlarda özünü daha qabarıq göstərir.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər