Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 23-10-2016 13:54 | Bölmə: Zaur ƏHMƏD

Bu günlərdə Milli Məclisin iclasında millət vəkilləri Aydın Mirzəzadə və Əflatun Amaşov şəhid ailələrinə verilən birdəfəlik müavinətin 10 dəfəyədək artırılaraq 100 min manat olması təklif ilə çıxış etdilər.
Bir gündə "yuxarı"dan gələn 30-40 qanun layihəsini sorğu-sualsız qəbul edən Milli Məclis üzvüləri bu təklifə açıq şəkildə "yox" deməsələr də, məsələnin üstündə çox qalmadılar. Amma deputat Aydın Mirzəzadə deyəsən, sona qədər getmək fikrindədir. Hörmətli deputat deyir ki, hərbi qulluqçular şəhid olarkən onların ailələrinə ödənilən sığorta haqqının məbləği 10 dəfə artırılmalıdır. "Çox istərdim ki, hökumət büdcə müzakirələri zamanı təklifimi nəzərə alsın. 10 min manat o qədər də böyük məbləğ deyil. Nəzərə alsaq ki, il ərzində çox sayda şəhidimiz olmur, bu baxımdan şəhid ailəsinə ödənilən sığorta məbləğinin 10 dəfə artırılaraq 100 min olmasını təklif edirəm. Bu, ciddi bir rəqəmdir. Şəhid ailəsi bu məbləği banka depozit qoya, özünün biznes fəaliyyətini genişləndirə, torpaq ala, mənzil şəraitini yaxşılaşdıra bilər. Bu, dövlətin onlara çox ciddi yardımı kimi qiymətləndirə bilər",- deyə A.Mirzəzadə bildirib.
Maraqlısı odur ki, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli partiyadaşının fikirlərinin tam əksini deyir. Ölkənin sosial siyasətinin formalaşmasında əsas söz sahiblərindən sayılan Hadi müəllim şəhid ailələrinə verilməli olan birdəfəlik yardımın on dəfə artırılmasını mümkün saymır. "Şəhid ailələrinə verilən birdəfəlik müavinətin 10 dəfə artırılması barədə təkliflər populizmdir. Bu, əlbəttə ki, mümkün deyil. 11 min manatın 100 min manata qaldırılmasına bugünkü dövlət büdcəmiz heç bir formada imkan vermir. Bu cür fikirləri səsləndirərkən büdcədən xəbərdar olmaq lazımdır",- deyən H.Rəcəbli bəlkə də ilk dəfədir ki, ictimaiyyət üçün bu qədər səmimi danışır.
Düzü, bu mövzuda yazmaqdan yorulmuşam. Həm də şəhid övladı olduğumdan pul söhbəti eləməyi özümə sığışdırmıram. Məni tanıyanlar da bilir ki, heç vaxt öz davamı aparan adam olmamışam. Lakin Milli Məclis kürsüsündən səslənən fikirlərə laqyed qalmaq olmur. Çünki ortada böyük bir haqsızlıq, ədalətsizlik, hətta deyərdim ki, hökumət səviyyəsində söylənilən yalan var. Dövlət hər bir vətəndaşının hüquqlarını qorumalı, onun haqqını tanımalıdır. Şəhidlərimiz Vətən borcunu öz canları ilə ödəyib və ailələrini bu dövlətə əmanət ediblər. Amma bu dövlət, bu dövlətin söz sahibləri əmanətə sahib çıxa, onlara borcunu qaytara bilmir. Birinci Qarabağ müharibəsində şəhid olanların ailələrinin 90 faizi 11 min manat icbari sığortanı, yəni, birdəfəlik müavinəti ala bilməyib. Bir qədər dəqiq desək, dövlət bu borcunu qaytarmayıb. Amma deputatlarımız 20 ildir qaytarılmayan borcun 10 dəfə artırılmasını istəyirlər. Vallah, kənardan baxanda baş verənlər adama karikatura kimi görünür.
Cənab səmimi və populist deputatlar! Şəhid ailələrinə veriləcək birdəfəlik müavinətin on dəfə artırılmasını təklif etmək əvəzinə, 20 ildən çoxdur o pulu ala bilməyən şəhid ailələrinin haqqının tanınmasını tələb etmək daha yaxşı olardı. Sizcə, minlərlə şəhidin əmanət qoyub getdiyi ailələrin halal haqqını verməyən hökumətdən artım tələb etmək nə qədər səmimidir? Səmimiyyətinizə şübhə etməsəm də, hökumətinizin vicdanına şübhəm böyükdür. Məni qınamayın, əmanətə xəyanət edənlərdən vicdanlı hərəkət gözləmirəm. Çünki ötən 25 il hökumətin vicdanına ləkə salıb.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər