Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 30-12-2016 16:00 | Bölmə: Zaur ƏHMƏD

Son dövrlər Cəbrayıl camaatı gündəmdən düşmür. Bir müddət əvvəl sabiq icra başçısı Mahmud Quliyev öz qohumunun üstünə çığıranda hamı onu hoydu-hoyduya götürmüşdü. Amma həmin anda üstünə çox gedən olmadı. Elə ki, öz qohumuna "köpəyoğlu" damğasını yapışdıran başçı işdən çıxarıldı, hər şey dəyişdi. Hələ üstəlik, "yuxarı"dan onunla bağlı kəskin rəy veriləndən sonra hamı asıb-kəsməyə başladı. Dünənə kimi onun himayəsində olanlar, ondan az-çox xeyir görənlər fürsət varikən onun qabırğasına döşəyərək özlərini cəsarət dağarçığı kimi gözə soxdular.
Nəzərə alaq ki, bizdə yıxılana balta çalmaq köhnə peşələrdəndir. Məhz, bununla bağlı atalar məsəlimizin olması da sübut edir ki, lap qədimdən bu işlə məşğul olmuşuq.
Milli Məclisdə Cəbrayılın deputatı kürsüsünü 16 ildir "zanit" edən Astan Şahverdiyevin məlum müsahibəsinin effektinin dərəcəsi ölçüyəgəlməzdir. Mahmud Quliyevin də, Astan Şahverdiyevin də "tormoz"unun olmadığını Cəbrayıl camaatı yaxşı bilir. Ona görə də şəxsən mənim üçün təəccüblü bir şey olmadı.
Mahmud Quliyev vəzifədə olanda da, Astan Şahverdiyevin hörmətli vaxtlarında da onlara eyni münasibətim olub. Hər iki şəxsi kifayət qədər sərt tənqid də etmişəm, axırda görüşüb söhbət də etmişik. Nə də olsa, bir elin adamıyıq. Heç vaxt yerlibazlıq eləməmişəm, amma el qınağını da nəzərə almışam. Amma bir yerdə ki, ədalət tapdanır, orada susmaram, kim olsa, güzəştə getmərəm...
2010-cu il parlament seçilərinə qatılmışdım. "İnsan Naminə" Blokunun (ALP, VİP və Yaşıllar Partiyasının yaratdığı Seçki Bloku idi Z.Ə.) 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən vahid namizədi idim. Amma seçkinin ilkin mərhələsindəcə Mahmud Quliyevlə Astan Şahverdiyevin müdaxiləsi ilə üzləşdim. O zaman bu iki adamın arasından su keçmirdi. Rəsmi görüşləri də, yeyib-içmə məclisləri də bir olardı. İndi bir-birinin əleyhinə döşəmələrinə baxmayın. Əlqərəz...
O vaxt seçki ərəfəsində səfərbər olan qohum-əqrəbamın əziyyətlə topladıqları 650 imzanın bir hissəsini saxta çıxardılar və namizədliyimi qeydə almadılar. DSK-ya necə tapşırıq vermişdilərsə, mənə heç bir sənəd də təqdim eləmədilər ki, şikayət verə bilim. Sanki bütün sənədlərimi yandırıb külünü göyə sovurmuşdular. Təbii ki, susmadım, hər ikisi xahiş-minnətə gələnə qədər davam elədim.
Hər iki şəxslə aramızda şəxsi söhbətlər olub, ancaq onları faş eləmək mənə yaraşmaz. Onlar söhbət zamanı yaşlarına, başlarına yaraşmayan çox şey danışmışdılar. Amma hərə öz şəninə görə davranmalıdır. Bircə onu deyim ki, hər ikisinin səviyyəsi elə bu idi.
Əminəm ki, Şahverdiyev tamam başqa məqsədlə o fikirləri səsləndirmişdi. Elə bilirdi ki, etiraz edən camaatı söydüyünə görə döşünə orden asacaqlar. Belə götürəndə orden asdılar, amma...
Nədənsə, hakim siyasi kursun təmsilçiləri bütün fəaliyyətlərini "yuxarı"lardan "molodes" almaq üçün qururlar. İcra başçısı da, deputatı da millətə xidmət etmək əvəzinə, yuxarılara işləməyi özlərinə borc bilirlər. Bəlkə də öz-özlüyündə hər kəs haqlıdır. Axı, onlara qulluğu həmin o yuxarılar verib. Nə isə...
Yəqin ki, çoxları Cəlil Məmmədquluzadənin "Pirverdinin xoruzu" hekayəsinin oxuyub. Hekayədə Qasım əmioğlu Pirverdiyə xoruz əvəzinə cici ana gətirir. İndi də bizim deputat Şahverdiyev də Pirverdi kimi gözlədiyini ala bimədi. Əksinə, Pirverdinin gözlədiyi xoruzu Şaverdiyevin qoltuğuna verdilər...
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər