Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 02-04-2017 16:28 | Bölmə: Zaur ƏHMƏD

Neçə vaxtdır, hamı ölkədəki qiymət artımından gileylənir. Mən özüm də hər gün bahalaşmanın əziyyətini çəkənlərdənəm. Ət, yağ, qənd, çörək, işıq, qaz, su, nə bilim, Azərbaycanda gözlə görünən nə varsa, bahalaşıb. Sözsüz ki, bu bahalaşma ancaq halal pul qazananları narahat edir.
Amma məni daha çox narahat edən başqa məsələdir. Bu ölkədə gözlə görünən nə varsa, hər şeyin bahalaşdığı bir məqamda ucuzlaşma da var. Yeganə ucuzlaşan sözdü, söz...
Azdan-çoxdan biz də söz adamı sayılırıq, çörəyimiz sözdən çıxır. Yəqin ki, həmkarlarım yaxşı başa düşər, söz adamı üçün sözün dəyərdən düşməsi ac gəzməkdən də pisdir. Söz o qədər urvatdan düşüb ki, söz ustalarının da hörməti qalmayıb. Tay əvvəlki kimi şairə, yazıçıya, jurnalistə məhəl qoymurlar. Təəssüf...
9 günlük bayram və ondan sonrakı qısa dövrdə baş verənlər buna əyani sübutdur. Düz iki həftədir sosial şəbəkələrin, yazılı və elektron medianın gündəmi gic-gic mövzularla dolub. Hətta iş o yerə çatdı ki, nəinki sosial şəbəkələr, edektron media, radio və telekanalların da baş xəbərləri eşşəklə bağlı oldu.
Bekarçılıqdan saytlar eşşək ətinin xeyir və zərərindən, eşşəyin müsbət və mənfi xüsusiyyətlərindən araşdırmalara başladılar. Amma Azərbaycanda eşşək üzrə mütəxəssislər az olduğundan mövzunu çox uzada bilmədilər.
Belə baxanda, həqiqətən çox maraqlı bir ölkədə yaşayırıq. Yemək-içməyimiz bol olsa, yaşamalı yerdir. Çünki bir ölkədə günlərlə eşşək məsələsi müzakirə olunursa, o cəmiyyətdə nəsə var.
Bu dəfə isə başqa bir mənasız mövzunu saqqız kimi uzatmaqla həftəni başa vurduq. Jurnalist həmkarım Xaqani Səfəroğlunun metroda gənclərin öpüşməsinə etirazı sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. Məlum status sosial şəbəkə istifadəçilərini iki cəbhəyə ayırdı. Bir tərəf həmkarımın haqlı olduğunu bildirdi, ictimai yerdə öpüşməni pislədi. Digər tərəf isə iki gəncin öpüşməsində zərərli bir şeyin olmadığını əsas gətirərək həmkarımı tənqid atəşinə tutdu.
Hər kəsin öz fikri var və buna hörmətlə yanaşmaq lazımdır. Bu tipli mövzuların sosial şəbəkədə müzakirəsində qəbahət bir şey yoxdur. Amma metroda öpüşmə məsələsinin ölkə mediasının baş xəbəri sırasına çıxması başadüşülən deyil.
Öpüşmənin insan orqanizminə xeyir və zərərlərindən tutmuş, harda öpüşmək olar-olmaza kimi hər şey yazıldı, pozuldu. Hətta bir sıra rəsmi qurumlardan da öpüşmə ilə bağlı münasibətlər öyrənildi. Eşşək və öpüş məsələsi Azərbaycanda söz və mətbuat azadlığının sərhədlərinin olmadığını göstərdi.
Ayrı vaxt bizdə araşdırma jurnalistikasının olmadığını deyənlər susa bilərlər. Ortada fakt var. Dünyanın heç bir mediası eşşək və öpüş məsələsi ilə bağlı bu qədər detallı müzakirə apara bilməzdi, amma biz ən xırda detallara qədər izah elədik.
İndi nə edək ki, bizdə söz o qədər urvatdan düşüb ki, ancaq eşşək söhbətinə yarayır.Başqa yolumuz da yoxdur. Hər şeyin bir həddi olmalıdır. Movcud durumda "sərhəddən" o tərəfə keçmək isə eşşəklik olar.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər