Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 28-07-2017 19:25 | Bölmə: Zaur ƏHMƏD

Yay fəslindən xoşum gəlmir. Bakının, Abşeronun bürkülü havası yayı dözülməz edir.
Amma illərdir məni yaydan küsdürən başqa səbəb var.
Hər il iyul-avqust aylarında tanıdığım insanların əksəriyyəti məzuniyyətə çıxır. Əksəriyyət istirahət üçün dədə-baba yurduna - doğma kəndinə üz tutur. Hətta isti havası ilə seçilən Kürdəmir olsa belə, adamlar doğma kəndlərinə getməyə can atırlar. Amma mən…
Düz, 25 ildir ki, "Kəndə gedəcəyəm”,- deyə bilmirəm. Halbuki uşaq vaxtı məktəbin bağlanmasını - 25 Mayı iplə çəkirdim ki, tətil başlayanda kənddə olacağam. O vaxt məktəb bağlanan kimi atam məni hansısa qohumumuzla kəndə yola salardı. Kəndə çatana kimi o qədər xəyal qururdum ki… Babamı, nənəmi belə qucaqlayacam, eşşəyi belə minəcəm, «taxtapuç»da samanlıqda yumurtlayan toyuğun arxasınca düşəcəm, ağacların başına çıxıb «Buralar mənimdir»,- deyib, heç kimi yaxına buraxmayacam… O vaxtlar xəyallarım reallaşırdı. Çünki xəyallarımla kəndimiz arasındakı yolu 5-6 saatlıq zaman ayrırdı. Zaman tez keçib gedirdi və mən xəyallarıma qovuşurdum…
Artıq xəyallarımla kəndimiz arasındakı məsafə 23 ildir ki, uzanır. Neçə vaxtdır xəyal-filan da qurmuram. Çünki o xəyallar o qədər qırıqlığa uğrayıb ki, onları araya gətirib xəyal eləmək olmur.
Köçkün həyatı yaşayanlar Vətəndə vətənsizliyin nə demək olduğunu yaxşı bilərlər. Mən köçkün olmasam da, illərdir tətilimi öz doğma kəndimdə keçirməkdən məhrum olmuşam. Odur ki, mən də özümü Vətəndə Vətən həsrəti çəkənlərdən sayıram.
Yaxşı ki, Cəbrayıla getdiyim son illəri xatırlayıram. Çox vaxt Cəbrayıldan danışanda mənəgülürlər. Deyirlər ki, "A bala, sən Cəbrayılı harda görmüsən?” (Əminəm ki, baş redaktorumuz Afiq Mirzəbəyli də bu cümlələri oxuyanda gülümsəyərək, eyni sualı verəcək - Z.Ə.)
Müşahidəqabiliyyətim uşaqlıqdan yaxşıdır. Gəzdiym hər yer yaddaşıma həkk olub. Bəlkə də Tanrı nə vaxtsa Vətəndə vətənsiz olacağım üçün o yerləri yaddaşıma yaxşıca həkk edib.
Axırıncı dəfə10 yaşımda Cəbrayılda olmuşam. Kəndimizin hər yerinə bələdəm. Kimin evi hardadır, kimin bağındakı hansı meyvədaha dadlıdır, kimin qoyun-quzusu hardan gəlib keçir - diqqət elədiyim üçün hamısını əzbər bilirdim. Ona görə də həmyaşıd olduğum qohumlarım kənd xatirələrini mənim kimi detallı danışa bilmirlər…
1993-cü ilin avqust ayı idi. Dəqiq tarixi xatırlamıram. Ayın 10-15-i arası olardı. Artıq camaat yavaş-yavaş yır-yığış edirdi. Babam mal-qara üçün təzə çatı (Biz tərəflərdə kəndirə çatı deyirdilər - Z.Ə.) toxuyurdu. O gün babam çox hüznlü idi. Sanki kişi başlarına gələcəkləri duymuşdu. Düzdür, kəndin kişiləri «Ə, erməni qələt edir bu tərəflərə hərlənir», - deyirdilər, amma o sözdən sonra hamısının çöhrəsinə hüzn çökər və susub fikrə gedərdilər.
Həmin hüznlü axşamlardan biri idi. Məni şəhərə qaytarmaq üçün kəndə gələn anam və bacımla bizi yola saldılar. Biz Cəbrayılın Mahmudlu stansiyasından çıxan axırıncı qatarla doğma rayonumuzu tərk etdik. Həmin qatarın səsi indi də qulaqlarımdadır. O qatar bir daha geri qayıtmadı, eləbiz də. O gündən bəri mən və mənim kimi bir milyondan çox adam Vətəndə vətənsizdir. Hər yay ölkəmizin müxtəlif səfalı bölgələrinə getsəm də, nəsə ürəyimə yatmır. Səbəb bəllidir. Böyük Vətənimiz Azərbaycan olsa da, ürəyim Yavru Vətənim Cəbrayılı istəyir…
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər