Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 10-05-2017 12:00 | Bölmə: Zaur ƏHMƏD

Bizim camaat çətinə düşən kimi dövlətin qarasına danışmağı sevir. Haqqı olan da, olmayan da dövlətdən nəsə umur. Umacağını ala bilməyəndə isə dişinin dibindən çıxanı deyir. Düzü, son dövrlər kimsə bunu açıq şəkildə ifadə eləmir, amma öz aralarında hamı dövləti suçlu çıxarır. Təbii ki, yanlış yapırlar, özü də böyük yanlış. Vallah, bizim camaatın böyük əksəriyyəti dövlətin nə olduğunu anlamır. Bəli, narazı qaldıqları, umacaqları olduqları, tənqid elədikləri, hətta bəzən təhqir elədikləri ünvan var. Amma o ünvanın adı dövlət deyil.
Bəzən oxumuşlarımız da narazı qalan kimi dövləti dillərinə dolayıb "günah keçisi” elan edirlər. Nə yazıq ki, bu millət dövlətlə hökuməti, hökumətlə hakimiyyəti qarışdırır.
Mən azdan-çoxdan oxumuşam, dünyanın gərdişindən də xəbərsiz deyiləm. Amma yenə də dövlətin nə olduğunu elmi izahlarla, fundamental əsaslarla, terminlərlə, hüquqla, siyasətlə izah etməyə cəhd edən deyiləm. Çünki onu məndən qat-qat yaxşı edə bilənlər tapılar. Lakin o izahı çoxu anlamayacaq, yenə də Əli ilə Vəlinin papaqları dəyişik düşəcək. Hamı çətinə düşən kimi dövləti söyəcək. Odur ki, öz anladığım kimi izah edim:
Dövlət dünyanın hər üzünü görmüş babadır. Hökumət isə bivec ata. Biz isə yetim övladlarıq. Nə yazıq ki, bizim hökumət ata bivecdir, unutqandır, övladını fikirləşən deyil, özünü fikirləşən birisidir. Bəlkə də elə buna görə övladlar belə bir oğul böyütdüyünə görə Dəvlət babaya sitəm edirlər?
Nə isə, keçək detallara… Hökumət ata bivec olsa da, illərin ağırlığını çiyinlərində daşıyan Dövlət baba türklər demişkən babacan birisidir. O dövləti söyənlər var ha, bilsələr ki, dövlət baba kimdir, utanarlar.
Mən atasız böyüdüm, dövlət nədir bilirəm. Hökumət kişinin başı özünə qarışanda Dövlət baba şəhid övladının əmanətinə sahib çıxdı. Dövlət bilirsinizmi nədir? Şəhid balasının başın sığal çəkən, sınıqlığına məlhəm olan Böyük Kişidir.
Dövlət Baba - vətənə qurban verdiyi övladları üçün ağlayan yox, onun əmnatələrinin yanağından axan göz yaşlarını silən ötkəm və qürurlu kişidir.
Dövlət - şəhid balasının cənazəsi üstündəki bayrağı bağrına basıb «Vətən sağ olsun!» deyən atadır.
Dövlət - göz yaşlarını içinə axıdan, amma başını dik tutan şəhid anasıdır.
Dövlət - atasını uşaqikən itirsə də, ötkəmliyi ilə dədəlilərə dərs keçə bilən şəhid balalarıdır.
Dövlət - ayağını, əli-qolunu itirən qazilərdir.
Dövlət - qışın sazağında, yayın qurağında səngərgə duran əsgərdir.
Dövlət - bu cümlələri oxuyanda ürpənən, gözləri dolan, qürurlanan və Dövlət Babanın kim olduğunu anlayanlardır.
Dövlət sənsən, dövlət mənəm, dövlət bizik…
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər