Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 12-02-2016 11:21 | Bölmə: Şou-biznes / Xəbərlər

Xalq artisti Aygün Kazımova son günlərin müzakirə mövzusuna çevrilmiş məsələylə bağlı yenidən açıqlama yayıb.
Reyting.az öəbər verir ki, "Qafqazinfo”ya daxil olan açıqlamada müğənni Aygün Kazımova xalq artisti İlhaməQuliyevanın oğlu Orxan Nadirovun onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib:
"İlhamə Quliyeva zaman-zaman Flora Kərimova, Nazpəri Dostəliyeva, Elza Seyidcahan və digər sənətçilər haqda xoş olmayan ifadələr səsləndirib. Bəs o zaman mən niyə öz haqq səsimi qaldırmamışam? Çünki adlarını çəkdiyim xanımlar sənətdəyetərincə sözlərini demiş güclüxanımlardır. Onların mənim dəstəyimə ehtiyaclarıolmayıb”.
A.Kazımova bundan əvvəlki müraciətində səsləndirdiyi fikri bir daha yada salıb:
"Bu, Aygün-İlhamə qalmaqalı deyil. Son günlər baş verənləri jurnalistlərin bu cürə qələməverməsini istəmirəm. Mənim haqq səsimi bu günlərdəqaldırmaqda səbəbim yazıq hala salınmış, çarəsiz qalmış bir ananın, bir şəhid bacısının, təhqir olunmuş, döyülmüş bir qadının qorxu dolu fəryadına dözəbilməməyim oldu. Bu qadının hamıdan çox dəstəyəehtiyacı var idi. Çünki o, tək idi. Mən bunu etdim, amma yenə də qarşı tərəf əsas mövzunu unutdurmaq üçün əlindən gələni edir. Bütün başverənləri İlhamə-Aygün qalmaqalı ətrafına istiqamətləndirir. Bir daha sizi əsas mövzudan, mətləbdən uzaqlaşmamağa səsləyirəm. İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun mətbuata son açıqlaması da əsas mövzudan yayındırmaqşousunun bir hissəsidir. Ana və oğulluğun müxtəlif vaxtlarda verdikləri müsahibələrdə mənim haqq səsimi ucaltmağımı Natavan Həbibinin adını hallandırıb, onu səbəb kimi gündəmə gətirirlər. Amma bu, çox yanlış və məntiqsizdir”.
Aygün Kazımova Ilhamə Quliyevanın oğlunun həbs olunması ilə bağlı səsləndirdiyi fikirlərə əks tərəfin reaksiyasına da münasibət bildirib:
"Bəli, mən faktlarla danışıram. Həmin şəxsin həbs olunması uzun müddət mətbuatın gündəmindəoldu. Mətbuatdan xatırlatmalara ehtiyac varsa, bir daha nəzərinizə çatdırıram.
Mətbuata istinad: Azərbaycanın xalq artisti İhaməQuliyevanın oğlu Orxan Nadirov 2008-ci il may ayının 8-də Milli Təhlükəsizlik Nazirlinin keçirtdiyi əməliyyat nəticəsində xidmət etdiyi hərbi hissədə həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü maddəsi: (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorlarıhazırlama, istehsal etmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunub. Barəsində üç aylıq həbs qəti-imkan tədbiri seçilib.
Mətbuatdan olan növbəti istinad: 14 yanvar 2016-cı il; xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və dostu Vüqar Bəkirov Heydər Əliyev adına hava limanında saxlanılıb vəBinəqədi Rayon Polis İdarəsinə gətirilərək Binəqədi Rayon Polis İdarəsininəməkdaşlarına təhvil veriliblər. Hər iki şəxsdən heç yerəgetməməsi barədə iltizam alınıb. Orxan Nadirovun vəonun tanışının azad edilməsi heç dəonların barəsindəcinayət işinin başlanmadığını söyləməyə əsas vermir.
Bu faktları ki, mən özümdən demirəm?! Mən hər zamankıkimi 4-cü hakimiyyətimizdə, mətbuatımızda gedən xəbərləri izləyirəm və ona istinadən söyləyirəm.
Mənim nəslimə baxmağımı təklif edən İlhamə Quliyevanın oğulluğu! Hə, niyə oğulluğu deyirəm, bu mövzuda da danışmaq istəyirəm. Çünki zaman-zaman elə mətbuatda da yazılıb ki,Orxan Əhmədağa oğlu Nadirov İlhamə Quliyevanın doğma övladıdeyil, müğənninin xalası qızıLalə xanımın oğludur."İlhaməQuliyeva Orxanı oğulluğa götürüb”kimi yazılar yazılıb.
İndi isə bu şəxs məni nəsliməbaxmağa çağırır? Mən Aygün Kazımova Ələsgər qızı. Atam Kazımov Ələsgər Kazım oğlu, atamın atası Kazımov Kazım, anam Kazımova Fizzə Ələkbər qızı, anamın atası ƏləkbərovƏləkbər.
Atam
Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda dünyaya gəlib.Anam isə İrəvan
mahalı, Zəngibasar
rayonu, Seyidlər kəndində. Özüm
isə Bakı şəhərində dünyaya gəlmişəm. Baxın, bu mənim
nəslim. O isə onun nəsli.
Qaldı ki, açıb ortalığa qoymalı məsələlərə,
varsa, desin. Mənim şəxsən özümə də çox maraqlıdır. Mənim
bu xalqdan gizlətdiyim heç nəyoxdur. Həyatımda baş verən hər
bir hadisəni, dərdimi, sirrimi, sevincimi, nifrətimi,
sevgimi, xəyanətimi hər zaman tamaşaçımla bölüşmüşəm. Mənim
sirdaşım tamaşaçım
olub.
Hələlik sonuncu sözüm isəqələtləbağlıdır. Hərfi tərcümədə "qələt” "səhv etmək” mənasındadır. Hər bir insanın bu həyatda səhvi olub. Amma elə səhvlər var ki, o, bağışlanmır. Etdiyi səhvi isə başqasının boynuna atmaq heç bağışlanmır. İndi isəsiz mənə deyin, qələti kim edir?”
Qeyd edək ki, O.Nadirov A.Kazımovanın "İlhaməanasını döyürdü, onu pilləkəndən yıxdığı üçün öldü”,- sözlərinə münasibət bildirib:
"Aygün çox böyük qələt edir. Bunu açıq-aşkar onun özünə dədeyə bilərsiniz. Əgər bu sözlərimdən sonra sözü olsa, zəng etsin mənə. O hadisə ehtiyatsızlıqdan olub”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər