Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 11-04-2017 15:19 | Bölmə: Şou-biznes / Xəbərlər

Bir aya yaxındır ki, Azərbaycan mediasında yararsız at və eşşək ətinin əhaliyə satılması, restoran və dönərxanalara verilmə xəbəri ictimaiyyət tərəfindən qəzəblə qarşılanır. Amma aidiyyatı qurumlar bu problemə qarşı ciddi tədbir görmürlər.
Müğənni Aslan Hüseynov isə at ətinin bəh-bəhlə yeyənlərdəndir.
A.Hüseynov "Reytinq"ə deyib ki, yaxşı olardı hər bir heyvanın ətini öz adı ilə satsınlır: "Bəlkə at ətini yemək istəyənlər var. O günü efirdə bununla bağlı süjet gedirdi. Dedim, görəsən bu at əti harada satılır? İstədim mağazanın yerini öyrənim, bir budunu da mən alım.
Biz Qazaxıstanda at əti yeyirik. Azərbaycanda isə at əti ilə eşşək ətini qarışdırırlar. Mən at ətini çox sevirəm. Orta Asiyada at əti çox yeyilir. Çox dadlıdır".
At ətindən müxtəlif yeməklər hazırlandığını deyən müğənni bildirib ki, at ətinin ən çox yeyildiyi ölkələr Qazaxıstan və Qırğızıstandır:
"Bu, Cingizxanın dövründən qalıb. Beşbarmaq deyilən yemək var, bizim xəngələ bənzəyir. Ona Qazaxıstanda yarpaq xəngəli deyirlər. At ətini soğanla qovurub onun üstünə qoyurlar".
Yaradıcılığındakı yeniliklərindən də söz açan A.Hüseynovun son illər işləri çoxalıb: "Ayda yeni bir mahnı yazdırıram. Həmin mahnıların əksəriyyətini hələ ifa etməmişəm. Sonuncu mahnını isə dünən studiyada tamamladım. Mahnıların əksəriyyəti Sevic Tofiqqızına məxsusdur. Mahnının biri "Gəncədə" adlanır. Söz müəllifi Baba Vəziroğludur. Baba Vəziroğlu ilə daha bir neçə layihəmiz var. Onların üstündə iş gedir".
Müğənninin qarşıdakı aylarda konsert layihələri də var. Amma xarici ölkələrdə:
"Sevinc Tofiqqızı ilə Antaliyaya səfərə hazırlaşırıq. Səfər may ayının 15-də baş tutacaq. Hələ ki başım bu işlərə qarışıb.
Azərbaycanda isə konsert vermək istəmirəm. Çünki burada konsert vermək pul tələb edir. Nə vaxt sponsorum olsa Azərbaycanda mütləq konsert verəcəyəm. Amma istəmirəm ki, başqaları kimi mən də tamaşaçıları ora məcburi gətirdim".
Toy biznesinə gəldikdə, müğənni deyib ki, əksər ifaçılar belə məclislərinin olmadığını bildirsələr də, onun belə problemi yoxdur: "Kimin restoran rəhbəri ilə münasibəti varsa, toya gedir. Mən də şükür edirəm. Açığı, heç toyum olmayanda da başqaları kimi "ağlamamışam".
Etiraf edim ki, bu gün əvvəlki illərlə müqayisədə toylar zəifdir. Ümumiyyətlə, şou-proqramlar zəifdir. Restoran rəhbərləri yaxın olduqları sənətçiləri xala-xətrin qalmasın proqrama dəvət edirlər. Amma çox ucuz qiymətə...".
Toy qiymətlərinin sabit saxlandığını qeyd edən müğənni bildirib ki, heç bir sənətçi toy qiymətini aşağı aşağı salmayıb: "Şəxsən mənim getdiyim toylarda hər şey əvvəlki kimidir. Amma son vaxtlar toy abı-havası bir az kriminallaşıb. Deyilənə görə, bu günlərdə özünə toy edən gənc qonaq dəvət etdiyi şəxsləri məhkəməyə verib. Toya gəlmədikləri üçün...".
A.Hüseynov efirlərdən dəvət alıb-almaması ilə bağlı sualı da cavablandırıb. "Bütün telekanallar məni yada salır, verilişlərə dəvət edir. "SOY" kampaniyası da mənə həmişə dəstək verir. Lakin iki telekanal - AzTV və İTV məni boykot edib. Ümidvaram ki, bu kanallar da mənə qarşı qoyduğu qadağanı aradan qaldıracaq",- deyə müğənni fikrini tamamlayıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər