Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 13-01-2026 10:21 | Bölmə: Xəbərlər / İqtisadiyyat

Naxçıvan Muxtar Respublikasının Ali Məclisində və tabeli qurumlarında 2024-cü ildə dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi ilə bağlı aparılmış uyğunluq auditi zamanı aşkar edilən bir sıra maliyyə pozuntuları bu günə qədər aradan qaldırılmayıb.
Reyting.az xəbər verir ki, bu barədə Hesablama Palatası hesabat yayıb.
Hesabata əsasən, Ali Məclisin aparatında vəzifədən azad edilmiş bir əməkdaşa işləmədiyi günlərə görə artıq hesablanmış 2 710,65 manat əməkhaqqının, eləcə də sığortaedənin vəsaiti hesabına ödənilmiş 664,10 manat artıq sığorta haqqının bərpa edilməsi hələ də təmin edilməyib.
Eyni zamanda, qanunvericiliyin tələbləri gözlənilmədən ixtisas sinfi verilmiş avtomobil sürücülərinə hesablanmış 14 068 manat vəsaitin və 3 446,66 manat məbləğində artıq ödənilmiş sığorta haqqının bərpası da icra olunmayıb.
Qeyd olunur ki, bu vəsaitlərin qaytarılması büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışan sürücülərə ixtisas sinfinin verilməsi üzrə prosedurların nəticələrinə uyğun təmin edilməlidir.
Hesabatda, həmçinin podratçı ilə bağlanmış yekun müqavilənin dəyərindən artıq ödənilmiş 2 871 manat vəsaitin bərpa edilmədiyi göstərilir. Bununla yanaşı, maliyyə və aktivlərin dəyərinin mühasibat uçotunda düzgün əks etdirilməməsi nəticəsində yaranmış təhriflərin müvafiq mühasibat yazılışları ilə aradan qaldırılması da bu günə kimi həyata keçirilməyib.
Bundan başqa, audit zamanı Naxçıvanın İnkişaf və Müdafiə Fondunun bank hesabında saxlanılan 31 milyon 501 min 489,24 manat vəsait üzrə ciddi nöqsanlar aşkarlanıb. Belə ki, Fondun gəlir mənbəyinə aid olmayan vəsaitlər hesabına formalaşdırılmış gəlirlərin digər fondlara aid hissəsinin müvafiq qaydada bərpa edilməsi və qalan məbləğin Muxtar Respublikanın büdcəsinə köçürülməsi də 2024-cü ildən indiyə qədər icra edilməyib.
Sadalanan bütün hallar üzrə qərarların icrası hazırda izlənilmə mərhələsində qalır.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər