Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 21-01-2026 15:03 | Bölmə: Xəbərlər / İqtisadiyyat

2025-ci il üçün 5-ci sosial islahatar zərfi qəbul edilib, ötən ildə minimum əməkhaqqı 16 %, pensiyaların minimum məbləği isə 14,3 % artıb, 3 milyondan çox vətəndaşın sosial rifah halının yüksəlməsi təmin edilib.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.
Komitə sədri bildirib ki, 2019-cu ildən başlayaraq ölkədə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilib. Bu paketlərin illik maliyyə dəyəri 8,5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşmasına xidmət edir: “2018-2025 ci illər ərzində minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət və təqaüdlərin məbləği 5 dəfə, ünvanlı dövlət sosial yardımının məbləği 2,4 dəfə artıb”.
Millət vəkili xatırladıb ki, 2026-cı ilin büdcəsində sosial xərclər (təhsil, səhiyyə və sosial təminat daxil olmaqla) üçün ümumilikdə 17,1 milyard manat nəzərdə tutulur. Bu, ümumi büdcə xərclərinin təxminən 41 %-ni təşkil edir: “Əmək pensiyalarının orta aylıq məbləği 2025-ci ildə 540 manat təşkil edib, 2026-cı ildə isə 590 manat olacağı nəzərdə tutulur. Bu il yaşa görə pensiyanın orta aylıq məbləğinin ötən ildəki 576 manatdan 53 manat artaraq 629 manata yüksəlməsi proqnozlaşdırılır”.
M.Quliyev qeyd edib ki, əvvəlki illərdə olduğu kimi cari ildə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti 50,4 % olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər