Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 12-06-2016 17:03 | Bölmə: İdman

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının 6 üzvü 2015-ci ilin noyabrında ABŞ-ın Hyuston şəhərində keçirilmiş Dünya çempionatında dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb.
Bu barədə qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qəbul edib.
Qurumun saytında açıqlanan cəzalara əsasən, Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunublar. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. O, 2019-cu ilin dekabrınadək bütün yarışlardan kənarlaşdırılıb. İlk "5-liy"in uzunmüddətli cəzası onların 2013-cü il Avropa çempionatında da, yəni artıq ikinci dəfə dopinqli çıxmaları səbəbindən verilib. Dadaşbəyli isə ilk dəfə belə bir vəziyyətlə üzləşdiyi üçün daha az müddətə cəza alıb.
Əliquluzadə, Quliyev və Xristovdan yalnız istifadəsi qadağan olunmuş nandrolon aşkarlanıb. Angelova və Zairovdan nandrolondan əlavə, dehidroxlorometiltestosteron, Dadaşbəylidən isə nandrolonla yanaşı, boldenon aşkarlanıb.
Qeyd edək ki, 2015-ci il Dünya çempionatında Valentin Xristov 62 kq çəki dərəcəsində bürünc medal qazanmışdı. IWF-nin bu qərarından sonra Xristovun bürünc medalı əlindən alınıb. Silviya Angelova 48 kq, Firudin Quliyev 69 kq, Elxan Əliquluzadə 77 kq, İntiqam Zairov 94 kq, Dadaş Dadaşbəyli 105 kq çəki dərəcəsində mübarizə aparıb. Ötənilki mundialın nəticələrinə əsasən, Azərbaycana ağırlıqqaldırma növündə 4 lisenziya verilib. Hələlik həmin lisenziyaların ölkəmizdən alınıb-alınmayacağı barədə məlumat verilmir. (Report.az)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər