Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 14-07-2016 13:17 | Bölmə: İdman

"Bizi çətin oyun gözləyir. Komandanı izləmişik və çox yaxşı rəqibdir. Rəqibin yaxşı futbolçuları var. Lakin evdə qələbə qazanmaq üçün darıxmışıq".
Reyting.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi” klubunun baş məşqçisi Vəli Qasımov deyib. Baş məşqçi Avropa Liqasının II təsnifat mərhələsinin Makedoniyanın "Şkendiya” komandası ilə keçiriləcək ilk oyun haqda bunları bildirib:
"Fikrimcə, "Baltsan” da zəif komanda idi, amma Bakıda bizə qalib gəldi. İndiki rəqibin müdafiədə demək olar ki, problemləri yoxdur. Rəqibin heyətində 6 əcnəbi və milli komandanın 5 oyunçusu var. İlk oyunda cütün taleyini həll etmək çox çətindir. Heç kim buna zəmanət vermir. Bizim problemimiz öz meydanımızda qələbə qazana bilməməyimizdir. Məğlub olmaq heç kimin ürəyincə deyil. Malta klubu ilə oyuna təkrar baxmışıq. İlk hissədə elə də problemimiz olmayıb. Ancaq ikinci hissədə qoldan sonra ruhdan düşdük, inam itdi. Bundan sonra anlaşılmazlıq oldu. Ümumilikdə isə iki oyuna görə pis oynamadıq”.
V.Qasımov komandasındakı transfer məsələsinə toxunub: "Bəzi oyunçuları nəzərdə tutmuşuq və danışıqlar gedir. Yubanmanın səbəbi danışıqlardır. Həm futbolçu, həm də klublarla söhbət aparırıq. Bəzi oyunçular vardı ki, dəvət etdik. Nə qədər tez gəlsələr, o qədər yaxşı olar”.
Mütəxəssis "Şkendiya” qarşısına çıxacaq heyətdən də söz açıb: "Artıq start heyətini müəyyən etmişik. Ancaq bunu açıqlaya bilməyəcəm. Elə də böyük dəyişiklik olmayacaq. Çünki heyətimiz o qədər geniş deyil. Rəqibin oyun üslubunu bilirik. Oyuna hazırıq. Komandanın çıxıb yaxşı nəticə göstərəcəyinə inanıram”, - deyə çalışdırıcı qeyd edib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər