15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
AFFA və ondan narazılar - Professor yazır
Tarix: 09-09-2021 15:58 | Bölmə: İdman / Xəbərlər

Çingiz ABDULLAYEV
Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor
Azərbaycanın futbol təsərrüfatına cavabdeh olan AFFA-dan narazı qalanların sırasında nə birinci, nə də sonuncuyam.
İllərdir bu barədə tanınmış idman mütəxəssisləri, ictimaiyyət nümayəndələri yazır, etirazını bildirir, amma vəziyyət yaxşılığa doğru dəyişmir ki, dəyişmir. Sadəcə, AFFA prezidentləri estafeti və problemləri bir-birlərinə ötürürlər. İndi bizə uzaq görünən 2000-ci ilin əvvəlində baş verənləri yaxşı xatırlayıram.
Əfsanəvi futbolçu Ələkbər Məmmədovun rəhbərliyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) hökm sürən inzibati-amirlik metodlarına, bütün təzyiqlərə rəğmən¸ idarəçilikdə bu rejimi davam etdirənlərə qarşı toplantı keçirmişdik. Təəssüf ki, AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev futbol hökmranlığından əl çəkmək istəmirdi. Azərbaycanı futbol aləmində tanıdan Ələkbər Məmmədov və Rüstəm Rəhimovun ətrafında toplaşaraq təkcə AFFA-nı tənqid etmirdik, çıxış yolları göstərirdik. Ayrı-ayrı bölgələrə səfərə çıxaraq yoldaşlıq görüşləri keçirir, söhbətlər aparırdıq. Bakı İdman Baş İdarəsi ilə uşaqlar arasında ənənəvi “Birlik” kuboku yarışını təşkil edirdik. Bütün çətinliklərə baxmayaraq uzaq Almaniya, qonşu Rusiya və Gürcüstana təşkil etdiyimiz səfərlər isə o dövr üçün peşəkar futbol ustalarına və veteranlara bir təsəlli idi.
Zaman keçdi, AFFA-da müəyyən dəyişikliklər baş tutdu. Məhz tutdu! Bu ifadəni təsadüfən seçmirəm. Milli federasiyamızın yeni-köhnə rəhbərləri təxminən 15 ildir ki, tutduqlarından əl çəkmirlər. Onlar futbolumuzun konseptual inkişafı naminə AFFA-nın ofisini tanınmış mütəxəssislərimizə açmaq əvəzinə SOCAR-ın maliyyəsindən möhkəm yapışdılar. SOCAR-dan axan pullar isə təbii ki, futbolun inkişafına təsir etmədi. Çünki futbolda yekun nəticə meydançada həll olunur. Müdrik atalar boşuna deməyiblər ki, pul çox şeydir, amma hər şey deyil…
Son 15 ilə nəzər saldıqda görürük ki, AFFA-nın idarəçiliyində inzibati və özəl yanaşma hökm sürür. İntizabi yanaşma üzündən peşəkar mütəxəssislər İcraçı vitse-prezident Elxan Məmmədovun qəbuluna düşmək də belə aciz görünürlər. AFFA-da idarəçiliyi ələ alan Elxan Məmmədov hər şeyin ondan asılı olduğunu, daim əməlləri ilə qabartmaqdadır. İdarəçilikdə özəl yanaşma isə futbola aidiyyatı olmayan dostlara qayğı ilə bağlıdır. (səfərlər, biletlər və s.).
AFFA rəhbərliyi futbol ictimaiyyətinin fikrini yayındırmaq məqsədi ilə arada gözdən pərdə asmaq üçün UEFA tədbirlərini Bakıya salır, yaxşı piar qurur. Amma əsl peşəkarlar yaxşı bilir ki, AFFA rəhbərliyinin “bacarığı” SOCAR-ın bu illər ərzində UEFA-nın sponsoru olmağından o yana keçmir.
Çox məsələlərə müqayisədə aydınlıq gətirmək olur. Azərbaycan futbolunun bugünkü mənzərəsini təsəvvür etmək üçün yığma komandanın reytinqinə və çempionatının acınacaqlı səviyyəsinə nəzər salmaq məncə kifayətdir.
Birlikdə kiçik bir müqayisə aparaq:
Farer adaları çempionatında 10 komanda yarışır və FİFA reytinq cədvəlində Azərbaycanla yanaşıdır. Farer adaları yığma komandasının qısa zaman kəsiyində Millətlər Liqasının D qrupunun lideri olmasını kiçik bir uğur kimi saymaq olar. Savaşda Azərbaycandan ağır məğlubiyyət alan Ermənistanın futbolda işləri yağ kimi gedir. Arzuolunmaz qonşularımız Dünya Çempionatının seçmə mərhələsində uğurla çıxış edərək qrup ikincisi olmağı bacarıblar. Erməni əsilli futbolçular Avropanın aparıcı klublarında çıxış edirlər. Ermənistan yığmasının Millətlər Liqasının C qrupuna liderlik etməsi sizcə təsadüfdürmü?
Daha bir əhəmiyyətli nümunəni sizin nəzərinizə çatdırmaq istərdim. Müqayisə üçün qeyd edim ki, son 15 ildə Almaniya Futbol İttifaqında (DFB) rəhbərlik üç dəfə dəyişib. Ancaq bu 15 ildə Almaniya futbol yığması ikisi qızıl (Dünya çempionu, Konfederasiya kuboku) olmaqla Dünya çempionatı, Avropa çempionatı və Konfederasiya kubokları yarışında səkkiz medal qazanmasına rəğmən rotasiya ittifaqda mütəmadi davam edir.
DÇ-2022 seçmə oyunlarını uduzan Azərbaycan yığmasının Belarus və Moldava komandaları ilə yoldaşlıq oyunlarına sevinmələri də anlaşılandır… Yeri gəlmişkən, Ermənistan yığmasının yoldaşlıq görüşlərini Avro-2020-yə hazırlaşan Xorvatiya, Slovakiya və İsveç yığmaları ilə oyun keçirmələri də onların əməli işlərinin məntiq nəticəsidir. Digər bir qonşumuz Gürcüstan millisi də Ruminiya və Niderland yığmaları ilə yoldaşlıq oyunlarını keçirməklə güclü komandalarla rəqabət aparmağa üstünlük verirlər.
Hər zaman AFFA-nı tənqid edən biri kimi yenə öz prinsiplərimə sadiqəm, iradlarımı bildirməklə yanaşı təkliflərimizi də səsləndirirəm. Düşünürəm SOCAR-ın yeni Müşahidə Şurasının UEFA sponsorluğuna ayrılan maliyyəni qətiyyətlə dayandırmasının davamı olmalıdır.
Tam doğru qərardır. O sponsorluq əslində regional futbol infrastrukturuna və uşaq futboluna xərclənsə daha uğurlu olar. Dövlət proqramı çərçivəsində müəyyən qədər tikinti-quraşdırma işləri aparılsa da, istifadə effekti olduqca zəifdir.
Sual olunur ki, peşəkar futbola heç bir aidiyyatı olmayan, yüksək maaş alaraq öz kefindən qalmayan AFFA-da vəzifə almış almaniyalı B. Lippertin havadarı onu Bakıya nə üçün dəvət etmişdi?
Futbol klublarına sponsorluq AFFA vasitəsi ilə idarə olunur və nəticədə bir çox kluba prezident-dostlar təyin olunur. “Qarabağ” Futbol Klubu istisna olmaqla. Çünki AFFA digər klublardan fərqli olaraq onların idarəçiliyinə müdaxilə edə bilmədiyi üçün qismən də olsa uğur qazanırlar. AFFA-da peşəkar futbol mütəxəssisləri əvəzinə nə üçün başqa ixtisas sahibləri işləməlidir?
Bakı çempionatı səviyyəsinə düşən yarışdan kənarda qalan Gəncə, Tovuz, Şirvan, Zaqatala, Lənkəran, Siyəzən futbol ənənələri nə üçün bərpa olunmur? Niyə Vəli Qasımov və Nazim Süleymanovdan sonra xarici klublarda ad qazanan futbolçularımız yetişmir?
Əlbəttə peşəkarlığına hörmətlə yanaşdığım Rəşad Sadıqov əgər Türkiyə çempionatında davamlı oynasaydı, düşünürəm böyük klublarda yer ala bilər, Azərbaycanın adını ucaldardı. Qapıçı Kamran Ağayev zamanında Almaniyada ona olunan təklifi dəyərləndirsəydi, o da uğurun astanasında ola bilərdi.
Ölkədən kənarda özünü sübut edə bilən futbolçular yetişdirə bilmirik, ona görə də dost və qardaş Türkiyə klublarının və türk futbolçularının aparıcı xarici klublarda uğurlarına sevinərək özümüzdə təsəlli tapırıq.
Bu yaxınlarda rastlaşdığım bir təsirli mənzərəni təsvir etmək istərdim:
Avro-2020 oyunlarına ayrılan avtobusa minən azarkeşin oğlu: “Ata, Azərbaycan yığması udacaq?” sualını verdikdə çox kövrəldim. Ata özünü sındırmayaraq - “Oğlum, bu dəfə İsveçrə və Uels komandalarına baxacağıq” – deyə cavab verdi. Növbəti oyunlarda isə “Qardaş Türkiyə millisinə azarkeşlik edərik” – deyib, vəziyyətdən çıxmağa çalışdı. Ancaq o uşağın üzündəki Azərbaycan futbol həsədi daim xatirəmdə qalacaq .
Bu arada Xalq artisti Fərhad Bədəlbəylinin Kulis.az saytına verdiyi müsahibəsini xatırladım: “Biz futbola xeyli pul xərcləyirik, lakin hələ böyük uğurlar yoxdur. Amma mədəniyyətimizdə nə qədər böyük uğurlarımız var. Baxmayaraq ki, futboldan min dəfə az pul qoyuruq. Mədəniyyətə mütləq pul qoyulmalıdır”.
Fərqli nümunələri və müqayisələri göstərməkdə məqsəd acınacaqlı durumda olan Azərbaycan futbolunu bu vəziyyətə salan AFFA rəhbərliyini istefaya səsləməkdir. Axı ən populyar istefa mədəniyyətinə əsasən futbol aləmində rast gəlirik. Heç olmasa bu əmələ riayət edib bacarmadıq deyərək, vəzifələrinizlə vidalaşın! Futbolu düşünməyən mütəxəssislər, imkan verin peşəkarlar öz işləri ilə məşğul olsunlar...
Bu qeydlərimi mərhum futbolçumuz, həyatda prinsipiallığı ilə seçilən Səmədağa Şıxlarovun ruhu şad olsun deyə qələmə aldım.
Əslində məqaləni yayda yazmışdım. Ancaq çap öncəsi 2009-cu ilin sentyabr ayında “Futbol+” qəzetinə səs-küylü müsahibəm də AFFA rəhbərliyinin Almaniya “sərgüzəştləri” yadıma saldı. Üstündən 12 il ötməsinə rəğmən dediklərim təəssüf ki, “çin” oldu. Yəni, futbol sahəsinə aidiyyatı olmayan Elxan Məmmədov, Rauf Əliyev, Ramin Musayev və digərləri futbolu “oyuncağa” çevirməyi bacardılar. Heç olmasa istefa verin, futbolun canı Sizdən qurtarsın!
Bölməyə aid digər xəbərlər

12-02-2026, 23:24
"Neftçi" və "Qarabağ" komandalarının oyunu təxirə salınıb
12-02-2026, 17:07
"Neftçi"-"Qarabağ" oyunu təxirə salınmayacaq
12-02-2026, 13:17
"Sumqayıt" heyətinə daha bir futbolçu cəlb edib
12-02-2026, 10:33
Şaolin rahibləri və humanoid robotlar döyüş məşqinə başlayıblar
12-02-2026, 10:08
Azərbaycan millisinin rəqibləri bu gün bəlli olacaq
11-02-2026, 15:32
"Neftçi" klubu cərimələnib
11-02-2026, 14:01
"Qəbələ" klubu fransalı futbolçu ilə anlaşıb
11-02-2026, 13:44
"Qarabağ"-"Nyukasl" matçının biletləri sabah satışa çıxarılacaq
11-02-2026, 09:25
"Qarabağ" klubu dünya reytinqində irəliləyib
10-02-2026, 17:53
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
10-02-2026, 09:12
Premyer Liqa: bu gün dörd komandamız qarşılaşacaq
9-02-2026, 23:18
“Fənərbaxça” “Gençlerbirliği”ni məğlub edib
7-02-2026, 22:02
"Böyük Dəbilqə": cüdoçularımız iki medal qazanıb
7-02-2026, 16:49
I Liqa: XIII tura yekun vurulub
7-02-2026, 16:06
“Barselona” superliqa layihəsindən kənarlaşıb
6-02-2026, 21:37
Azərbaycan Premyer Liqasında XIX turun təyinatları məlum olub
6-02-2026, 17:24
"İmişli" 25 yaşlı oyunçu ilə anlaşıb
6-02-2026, 15:13
MOK separatçı ermənilərə görə BOK-a etirazını bildirib
5-02-2026, 21:15
"Turan Tovuz" "Kəpəz"ə qalib gəlib
4-02-2026, 18:57
Futbol üzrə 1/4 final mərhələsi başlayıb
4-02-2026, 12:06
“Neftçi” “Qarabağ”ın xahişinə “yox” deyib
4-02-2026, 10:27
Azərbaycan kuboku: bu gün iki oyun olacaq
3-02-2026, 17:11
Azərbaycan Kubokunda ilk oyunların təyinatları açıqlanıb
3-02-2026, 13:27
Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb
1-02-2026, 20:40
"Qarabağ" "Turan Tovuz"u məğlub edib
1-02-2026, 09:11
Premyer Liqa: bu gün dörd komandamız qarşılaşacaq
30-01-2026, 11:34
Azərbaycan UEFA reytinqində irəliləyib
29-01-2026, 20:07
VIII turun ən yaxşı oyunçusu müəyyənləşib
29-01-2026, 12:18
AFFA klubları cərimələyib - Səbəb
29-01-2026, 11:26
Qurban Qurbanov: "Pley-offa vəsiqə qazanmaq böyük nailiyyətdir"
29-01-2026, 09:10
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib
28-01-2026, 23:10
"Liverpul" və "Qarabağ"ın start heyətləri açıqlanıb
28-01-2026, 12:25
Dünya çempionu Rəsul Çunayev vəzifəyə təyin olunub
27-01-2026, 23:28
Qurban Qurbanov: "Özümüzü "Liverpul"la oyuna kökləməliyik"
27-01-2026, 18:00
Dopinqə görə cəza alan idmançı barəsində maraqlı xəbər yayılıb
27-01-2026, 15:55
"Neftçi" klubu qolkiperlə müqavilə imzalayıb
27-01-2026, 15:28
Federasiya prezidenti dünyasını dəyişib - Foto
27-01-2026, 14:21
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
26-01-2026, 15:10
"Qarabağ” komandası İngiltərəyə yollanıb
26-01-2026, 14:58
AFFA rəsmisi UEFA-dan növbəti təyinat alıb
26-01-2026, 13:11
"Liverpul"-"Qarabağ" oyununun baş hakimi bəlli olub
26-01-2026, 12:21
AFFA iki kluba texniki məğlubiyyət verib
26-01-2026, 10:44
Alpinist xüsusi avadanlıq olmadan 509 metr hündürlüyə qalxıb - Foto
25-01-2026, 20:49
Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulub
24-01-2026, 09:41
Azərbaycan millisi növbəti yoldaşlıq görüşü keçirəcək
23-01-2026, 16:45
"İmişli" "Araz-Naxçıvan"la heç-heçə edib
23-01-2026, 09:48
Qadın voleybolçular X tura yekun vuracaq
22-01-2026, 09:52
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
21-01-2026, 23:46
ÇL: "Qarabağ" tarixi qələbə qazanıb
13-02-2026, 14:58
Sabiq icra başçısının həbs müddəti uzadılıb
13-02-2026, 14:54
Sanki bir mələk… - Din xadimi yazır
13-02-2026, 14:32
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
13-02-2026, 12:01
Bakıda bələdiyyələr birləşə bilər
13-02-2026, 08:29
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
13-02-2026, 07:59
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
13-02-2026, 00:03
Bibliyada adı keçən çayın yeri tapılıb?
12-02-2026, 18:48
Azərbaycan ərazisində zəlzələ olub
12-02-2026, 18:31
Antarktidada itən cihazı yadplanetlilər aparıb? - Foto
12-02-2026, 17:33
Nazir direktorları vəzifədən azad edib
12-02-2026, 16:55
Kamran Əsədovun məhkəmə prosesi keçirilir
12-02-2026, 14:49
Departament: "Vensin Bakıya səfəri..."
12-02-2026, 14:17
Mart ayında 3 gün ardıcıl qeyri-iş günü olacaq
12-02-2026, 13:30
Mədəniyyət Mərkəzində uşaq bağçası? - Foto
12-02-2026, 12:53
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
12-02-2026, 11:58
Səmada təyyarənin mühərriki partlayıb
12-02-2026, 11:24
Ruslar Kiyevə ballistik raketlərlə zərbə endirib - Foto
12-02-2026, 10:38
Dəm qazından daha iki nəfər dünyasını dəyişib
12-02-2026, 10:04
Bolqarıstanda "Şuşa Parkı" salınacaq - Fotolar
12-02-2026, 09:36
33 yaşlı kişi tüstüdən boğularaq ölüb
12-02-2026, 09:07
Tramp Netanyahu ilə görüşdən məmnun qalıb
12-02-2026, 08:50
Qəzzada 72 045 nəfər öldürülüb
12-02-2026, 00:03
Zelenski Putinlə bir şərtlə görüşməyə hazırdır
11-02-2026, 21:52
Hərbçi dəm qazından ölüb
11-02-2026, 16:43
Prezident qrantlara bağlı fərman imzalayıb
11-02-2026, 15:31
Avropanın dronlarla mübarizə planı var
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 13:24
Zelenski Ukraynada prezident seçkiləri elan edəcək
11-02-2026, 13:10
Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşıb
11-02-2026, 12:33
Dağlıq ərazilərdə 15 dərəcə şaxta olacaq - Proqnoz
11-02-2026, 12:06
Çin növbəti texnoloji yeniliyini təqdim edib
11-02-2026, 09:59
Kollecə direktor təyin edilib
11-02-2026, 08:32
Donald Tramp yenə İranı hədələyir
10-02-2026, 18:55
Dəm qazı nənə və nəvənin həyatına son qoyub
10-02-2026, 17:28
Dövlət Agentliyinə sədr müavinləri təyin edilib
10-02-2026, 12:40
"Təhsil haqqında" qanuna dəyişiklik edilib
10-02-2026, 12:31
Ukraynada Rusiyanın 325 min hərbçisi öldürülüb
10-02-2026, 12:25
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
10-02-2026, 12:05
Gömrük Komitəsində yeni təyinatlar olub
10-02-2026, 10:33
“Bravo”nun vəzifəli şəxsi döyülüb
10-02-2026, 10:16
Tahir Budaqov kollektivə təqdim olunub
10-02-2026, 10:08
Zaur Axundov ev dustaqlığına buraxılıb
10-02-2026, 09:02
Rus modelləri Epsteynə işləyirmişlər
10-02-2026, 08:49
Avtomobil yoluna enən təyyarə beş avtomobilə çırpılıb
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:01
Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib - Yenilənib
9-02-2026, 20:14
Məhkəmə baş redaktor barəsində qərar verib
9-02-2026, 20:08
Ramiz Mehdiyevin köməkçisinin həbs müddəti uzadılıb
9-02-2026, 18:13
General-leytenant hakim qarşısına çıxarılacaq
9-02-2026, 17:55
Vens Ermənistanda səfərdədir - Fotolar

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək