Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 12-02-2026 20:09 | Bölmə: Mədəniyyət

Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllimi Zenfira Aslanın “XIX əsr Qarabağ ədəbi mühiti” adlı monoqrafiyası nəşr olunub.
Reyting.az xəbər verir ki, “Adiloğlu” nəşriyyatında işıq üzü görmüş kitabın elmi redaktoru professor Vaqif Sultanlı, rəyçiləri isə professor Sənan Səlcuq və filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədlidir.
Müəllifin uzunillik elmi yaradıcılıq axtarışlarının bəhrəsi olan monoqrafiyanın ayrı-ayrı fəsil və bölmələrində XIX əsr Qarabağ ədəbi-mədəni mühitini fоrmalaşdıran sоsial-siyasi və kulturоlоji amillər dəyərləndirilmiş, ədəbi məclislərin pоеziyanın inkişafında rоlu, təzkirə və ədəbi tоpluların yaranması, divan ədəbiyyatı ənənələri və epik şeirin əsas inkişaf xüsusiyyətləri, yenilik axtarışları, poeziyada ictimai motivlərin və realist inikas çalarlarının güclənməsi, folklor üslubuna qayıdış, maarifçi-rеalist düşüncənin təşəkkülü, satiranın bədii ifadə imkanları kimi məsələlər sistemli şəkildə təhlil obyektinə çevrilmişdir.
Kitaba yazdığı “Qarabağın poetik mənzərəsi” adlı ön sözdə monoqrafiyanın önəmini vurğulayan professor Vaqif Sultanlı daha çox diqqəti mövzunun aktuallığına yönəldir: “XIX yüzildə Qarabağ təkcə siyasi-tarixi hadisələrin qovşağına deyil, həmçinin söz sənətinin, poetik zövqün, estetik axtarışların canlı mərkəzinə çevrilmişdir. Bu dönəmdə Qarabağ mühiti klassik Şərq ədəbi ənənələri ilə yeni dövrün sosial-mədəni çağırışlarının qovuşduğu bir məkan rolunu oynamış və bu qovuşma sonrakı yüzildə Azərbaycan ədəbiyyatının ideya-bədii istiqa-mətlərini müəyyənləşdirən əsas amillərdən biri olmuşdur. Bu mənada XIX yüzil Qarabağ ədəbi mühiti milli nəzəri-kulturoloji düşüncənin formalaşmasında mühüm bir mərhələni təmsil edir”.
Monoqrafiyada XIX yüzil Qarabağ ədəbi mühiti poeziya fonunda araşdırılsa da, müəllif yeri gəldikcə digər janrları təhlil edib, bütövlükdə bəhs olunan dövrün ədəbi-mədəni mənzərəsini yaratmağa çalışıb.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər