Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 04-02-2026 15:26 | Bölmə: Mədəniyyət

Mərhum Xalq Artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə müğənni Meydan Əsgərovu atasının ifası ilə məşhurlaşan “İncə bellim” mahnısını icazəsiz ifa etməkdə ittiham etdi.
Reyting.az xəbər verir ki, Mətin Rzazadə məsələ ilə bağlı “Günə uğurla” proqramında canlı efirə qoşularaq bildirdi.
“Mən neçə gündür özümə yer tapa bilmirəm, çünki artıq boğaza yığılmışam. Bu mərhum sənətkarın mahnılarından nə istəyirlər? Yalçın müəllim hər mahnısına canını qoyub. Mən onun illərlə tələbəsi və bu sənətdə davamçısı olaraq heç vaxt onun hər mahnısını ifa etməyə heç cürət etməmişəm. Keçən verilişlərin birində “Dədə Qorqud” filmində səslənən, musiqisi Emin Sabitoğlu, sözləri Anara məxsus olan mahnını eşitdim. Vallah, dəli oldum. Yalçın müəllimdən sonra o mahnını oxuyub bu hala salmaq...”.
Meydan Əsgərov isə xalq artistinin oğluna cavab verərkən, mahnının onun ifasında da bəyənildiyini vurğuladı:
“Açığı, belə söhbətlərə cavab vermək istəmirəm. Ola bilsin kimsə gündəmə gəlmək istəyir. Mən bu mahnını indi yox, 10 il əvvəl ifa etmişəm. Bu mahnı yalnız kinoda səslənirdi və heç kim cəsarət edib efirdə oxuya bilmirdi. Mənə də məsləhət gördülər ki, mahnı səsimə uyğundur. Beləcə, aranjıman etdim və oxudum. İnsanlar da bəyəndi, ona görə Allaha şükür edirəm ki, Yalçın Rzazadədən sonra mənim səsimdə bəyənildi”(bakipost).
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər