00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Ayrıldıq ki, yenidən görüşək... - Kənan Hacı yazır
Tarix: 14-06-2023 15:37 | Bölmə: Kənan HACI

Kənan Hacı
(Şəmsəddin Kuzəçi ilə görüşlərimiz üzərinə notlar)
Bir Əbdüllətif Bəndəroğlu vardı... Ana dilində xoyratlar, şeirlər yazırdı. İraqdakı o vaxtkı siyasi rejim ona vətənində yaşamağı yasaq etmişdi. Qürbət həyatı yaşamağa məcbur olmuşdu. Azərbaycanda çox sevilirdi. Hər yerdə adı sevgiylə çəkilirdi. İraq-türkman folklorunun toplanması, tədqiqi və nəşri sahəsində ölçüyəgəlməz xidmətləri olmuşdu. Azərbaycan-İraq ədəbi, mədəni əlaqələrinin qurulmasında da böyük zəhməti vardı.
Yeniyetməlik çağlarımda böyük alimimiz, professor Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahillərində” kitabını nəğmə kimi oxuyurdum, dilin ecazı, Kərkük elllərinin bənzərsiz təsvirləri məni əməlli-başlı sehrləmişdi. Həmin kitabda Qəzənfər müəllim Əbdüllətif Bəndəroğludan da sevgiylə bəhs edirdi.
Bir də Əta Tərzibaşını xatırlayıram. Uzun illər öncə Bakıda onunla geniş söhbətimiz olmuşdu, müsahibə çap olunandan sonra geniş əks-səda doğurmuşdu. Qeyd dəftərçələrimdə onun müxtəlif fikirləri qalır. Yadımdadır, belə bir fikir səsləndirmişdi: “Bizim Türkman ləhcəsi ilə Azərbaycan ləhcəsi daha yaxın, bəlkə də əkiz qardaşlar olmaqla bərabər, bütün bu ləhcələr uzun bir tarix boyunca çeşidli səbəblərin təsiri ilə bir-birindən xəbərsiz olaraq gəlişdikləri halda aralarında görkəmli fərqlər bilinməmişdir".
Bir də onu xatırlayıram ki, Əta Tərzibaşı “Yeni şeir üzərinə” adlı məqaləsində sərbəst şeiri “özbaşına şeir”, “saçma şeir” adlandırmışdı. O, şairləri sərbəst şeir yazmaqdan vaz keçməyə çağırırdı. Müsahibə zamanı ondan niyə belə düşündüyünü soruşmuşdum, öz aləmimdə bir az da ehtiyatla sərbəst şeiri müdafiə etmişdim. Cavabında gülümsəyib: “Şairin istedadı hecada bəlli olur. Ona görə gənc şairlər bacarıqlarını ahəngli heca vəznində sınamalıdırlar”, - demişdi.
Əta Tərzibaşı da İraq-türkmən folklorunun böyük araşdırıcılarından idi. Özündən sonra bizə qiymətli tədqiqat əsərləri yadigar qoyub getdi.
Kərkük folklorunu bizə bu şəxslər sevdirmişdi. Onlar kərkükşünaslıqdakı boşluqları doldurmuş alimlər idilər.
Qəzənfər Paşayevin “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti” monoqrafiyası son dərəcə əhəmiyyətli tədqiqat əsərlərindəndir. Monoqrafiyada Əta Tərzibaşının xoyrat və manilər, xalq havaları, xoyrat üsulları, xalq türküləri, aşıq havaları, dastanlar, atalar sözləri, məsəllər və s. sahəsindəki tədqiqatları gündəmə gətirilir.
Mövzu İraq-Türkmən ədəbiyyatıdırsa, bu şəxsiyyətlərin adları hökmən anılmalıdır. Bu, bizim vəfa borcumuzdur. Şəmsəddin Kuzəçi də həm şair kimi, həm də tədqiqatçı kimi həmin özül üzərində formalaşıb.
...Hər dəfə radioda Sinan Səidlə Nərminə Məmmədovanın ifasında səslənən ölümsüz mahnı - “Evlərinin önü yonca” -səslənəndə ruhumuz ehtizaza gəlirdi. İndinin özündə də mən həmin mahnını həyəcansız dinləyə bilmirəm. Dağların başını almış sis, duman kimi bu mahnı ruhuma çökür, içimi bir nisgil havası bürüyür.
Evlərinin önü darçın,
Fələk qoymur gözüm açım, vallah açım,
Səni alım, hara qaçım, ninnə yarim, ninnə,
Əsmər yarım, ninnə, ninnə, ninnə…
Nisgilli bir sevgi hekayəti Sinanla Nərminən səsində həzin-həzin ürəyimizi göynədir. Vüsala yetməyən aşiqlərin əbədi ayrılığı qüssə gətirir…
Şəmsəddin Kuzəçi ilə hər dəfə rastlaşanda bu insanlar gözlərimin önündən gəlib keçir. Bir müddət bundan öncə dəyərli şairimiz İbrahim İlyaslının Sumqayıtda keçirilən 60 illik yubileyində görüşdük və ayaqüstü söhbətimiz oldu. Amma bu günlərdə Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab festivalı çərçivəsində bir az da yaxınlaşdıq. Bir masa arxasında çay içə-içə onun şirin söhbətlərini dinlədik. Əkbər Qoşalı ilə şux zarafatlarına şahid olduq. Gözəl bir yaz axşamında onun dilindən səslənən xoyratlar məclisə ayrıca gözəllik qatdı. Şəmsəddin bəy dedi ki, hər bayatı bir həyat hekayətidir, bir insan ömrünün epiqrafıdır. Bu mövzuda söhbətlərimiz uzandıqca uzanırdı. Filologiya üzrə fəlsəfə doktoru Şəlalə Ana Hümmətli də söhbətimizə rəng qatır. Beləcə, unudulmaz bir görüş yaddaşımıza həkk olunur.
Ünlü tatar şairəsi Çulpan Zərif də söhbətdə iştirak edir, təəssüratlarını dilə gətirirdi. Yeri gəlmişkən, Çulpan xanım ürəyində Turan sevgisi daşıyan bənzərsiz şairdir. Azərbaycan dilində çap olunan “Lacivərd yuxular” kitabını mənə hədiyyə etdi. Şeirləri dilimizə Elxan Zal Qaraxanlı və İbrahim İlyaslı tərcümə ediblər. Sözün əsl mənasında peşəkar tərcümələrdir. Tatar şairəsinin zərif duyğuları azərbaycan dilinin məna çalarlarına elə bürünüb ki, bu şeirlərin hansısa başqa bir dildən tərcümə olunduğu zərrə qədər hiss olunmur. Bu barədə ayrıca bir yazı hazırladığımdan kitabdan çox bəhs etmirəm. Söhbətimizin əsas mövzusu İraq-Türkmən poeziyasıdır. Amma bu çay süfrəsi arxasında qarşılıqlı kitablaşmanın xalqlarımız arasındakı bağların daha da möhkəmlənməsinə xidmət edəcəyinə zərrə qədər şübhəm yoxdur. Bu mənada Elxan Zalın “biz bir-birimizi mütəmadi şəkildə tərcümə etməliyik” fikrinə qatılıram.
Şəmsəddin Kuzəçi bayatını bayatıya calayır, arada kövrəldiyini hiss edirəm. Azərbaycana bağlı adamdır, burda saysız-hesabsız dostları var. Sevgisi gözlərində çağlayır. İndi xatırlayıram, illər öncə Bakıda Atatürk Mərkəzində onun şeirlər kitabının təqdimatında iştirak etmişdim. Onda təbii ki, yaxından tanış deyildik. Həmişə düşünürdüm ki, bu gün İraq-Türkmən ədəbiyyatının mirası onun çiyinlərindədir. Əbdüllətif Bəndəroğludan, Əta Tərzibaşıdan başlanan yolu zamanımızda Şəmsəddin Kuzəçi davam etdirir. Bu missiya onun üzərindədir. O, həmin genetik kodun daşıyıcısıdır. O böyük insanların xəyal dünyasında böyük, əzəmətli, sirli-soraqlı Türk dünyası var idi və bu yolda dilimiz ən etibarlı körpü idi.
Otuz il öncə “Bütövlyümüzün etibarlı körpüsü - ədəbiyyatımız” adlı yazı yazmışdım və o yazıda əsasən, Güney ədəbiyyatımızdan bəhs etmişdim. O vaxt yazdıqlarıma çoxu xəyal kimi baxırdı. Zaman gəldi, çox şeylər gerçəkləşdi… Bu gün isə düşünürəm ki, ədəbiyyatımızın Kərkük qolu da var. Və bu qol da ən etibarlı körpülərdəndir. Şəmsəddin Kuzəçi bu körpünün qurucularındandır. Onu tanımayanlar üçün bir tanıtım edək:

Kərkükdə doğulub. Mosul Universitetində təhsil alıb, beş il Kərkükdə liseydə müəllimlik edib. Kərkük Televiziyasında, Bağdad Türkmən Radiosunda gənclik və idman proqramları hazırlayıb. Yazıları Bağdadda türkcə yayımlanan “Yurd” qəzeti, “Qardaşlıq” və “Birlik səsi” dərgilərində dərc olunub.
İraqdakı siyasi səbəblər üzündən 1996-cı ildə Türkiyəyə gəlib. 1999-cu ildə İraq Türkmən Cəbhəsi Türkiyə təmsilçiliyində mətbuat, yayın və informasiya üzrə şöbə müdiri kimi çalışıb. “Kərkük” qəzetinin Türkiyə təmsilçiliyi və “Türkməneli” TV-də müxbir və xəbər müdiri olaraq fəaliyyət göstərib. 2007-ci ildə radio, televiziya və kino üzrə ali ixtisas təhsili, 2009-cu ildə isə Hollandiyada Haaqa Universitetində fəlsəfə doktoru elmi dərəcəsi alıb. Hazırda Kərkük Kültür Mərkəzinin sədridir. İraq Qəzetçilər Cəmiyyətinin, İraq, Türkiyə, Azərbaycan, Ərəb və Avrasiya Yazarlar Birliklərinin üzvüdür. Bundan əlavə, İraq Türkmən Ədəbiyyatçılar Birliyinin beynəlxalq koordinatoru, Kərkük Kültür Dərnəyinin qurucusu, İraq Türkmən Qəzetçilər Cəmiyyətinin qurucusu və rəhbəridir. İraq türklərini Türkiyə və türk dünyasında, beynəlxalq toplantılarda təmsil edib. 2006-cı ildə İraq, Azərbaycan və Türkiyə ilə bağlı apardığı elmi və ədəbi çalışmalarına görə “Vektor” Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru seçilib. İndiyədək 30-a qədər kitabı çap olunub. Kifayət qədər zəngin, dopdolu, qürurverici bir bioqrafiyadır.
Qəzənfər müəllimlə görüşlərimizdə də hər dəfə Şəmsəddin bəyin adını məhəbbətlə çəkir. “Onunla dost olun, qardaş olun!”- deyir. Ədəbiyyat bizi dosta, qardaşa çevirdi.
Həmin görüşümüzdə Şəmsəddin bəy mənə “Əta Tərzibaşının məqalələri, ədəbi yazıları” adlı kitabını hədiyyə etdi. Kitabı Şəmsəddin bəylə professor Mustafa Ziya Türkiyə türkcəsinə çeviriblər. Yuxarıda bəhs etdiyimiz məqalənin (“Yeni şeir üzərinə”) də bu kitabda yer aldığını gördüm. Gerçəkdən, mənim üçün böyük bir hədiyyə oldu.
Şəmsəddin bəy şeirlərindən birində yazır:
Bülbülə yazığım gəlir,
Qəfəsdə olur
Balığa yazığım gəlir,
Dənizsiz ölür…
Yalnız
Günəşi sevirəm:
Günəşi sevən
nə qəfəsdə,
nə də dənizdə
yaşaya bilir…
Məncə, bu şeir İraq türklərinin, həm də Şəmsəddin Kuzəçinin şair taleyini simvolizə edir…
Festival günləri bitdi. Sonda ayrıldıq… Ayrıldıq ki, yenidən görüşək!..
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər