00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Təşəkkür, Maestro! - Kənan Hacı yazır
Tarix: 15-11-2022 08:40 | Bölmə: Kənan HACI

Kənan Hacı
Cavanşir Quliyev personası ətrafında gəzişmələr
Onun bəstələri 90-cı illər musiqi dünyamıza yeni rənglər gətirdi. Şərq və Avropa musiqilərinin sintezini gördük onun bəstələrində. O, ilk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq edib. İlk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işləyib. Bu yaradıcılıq axtarışları, davamlı eksperimentlər Azərbaycan musiqi sənətində yeni bir cığır, yeni bir yol açdı – bu, Cavanşir Quliyev dəst-xətti idi. Onun musiqiləri tez bir zamanda xalqın ürəyinə yol tapdı, sevildi.
Məmləkətin müstəqillik havasından doğulmuş, ruhumuzu oxşayan bu havalar laylalarımız, cəng havalarımız qədər qədim idi. Təsadüfi deyil ki, ilk hərbi marşımızın müəllifi məhz Cavanşir Quliyevdir. O, Azərbaycan musiqisini dünya musiqisinə qovuşdurmaq istəyirdi. Cavanşir Quliyev faktı müstəqillik dövrü musiqi sənətimiz üçün bir hadisə idi. Bütün parametrləriylə!
Əlbəttə, mən bu yazını yazanda çətinlik çəkirəm. Çünki musiqişünas deyiləm, amma sənət və sənətkarlıqla bağlı elə mətləblər var ki, bəzən sənətşünaslar yaradıcı personaya müxtəlif baxış bucaqlarından yanaşa bilmirlər və yaxud onun yaradıcılığını akademik dildə şərh etməklə bir az da duman haləsinə bürüyürlər.
Sənət xalq üçündürsə, Cavanşir Quliyevin bəstələdiyi mahnıları xalq su kimi ruhuna səpir. O zaman da, onun məmləkətdə olmadığı vaxtlarda da, indi də.
Bir maraqlı məqamı da qeyd etməyə bilmərəm. Cavanşir müəllim on doqquz il Vətəndən kənarda yaşadı. Təbii, qardaş ölkədə, Türkiyədə də yaradıcı və pedaqoji fəaliyyətini davam etdirdi və orda da Azərbaycan mədəniyyətinə xidmət etdi. Türk öyrənciləri də ondan çox şeylər öyrəndilər. Sənət heç bir sərhəd tanımır, amma bu sənətin qaynağı var, o hardansa su içir, qidalanır. Cavanşir Quliyev Azərbaycan torpağının ruhundan mayalanmış bir sənətkardır, bu torpağın musiqi dili onun barmaqlarında səsə çevrilib.
O, balet də yazıb, oratoriya da, simfoniya da... Lakin bu fenomenal istedada malik sənətkarın başlıca özünüifadə sahəsi mahnılardır. On doqquz illik qürbət həyatı boyunca (bilmirəm, qardaş ölkədə yaşamaq nə dərəcədə qürbət hesab oluna bilər – müəllif) onu doğma vətənində unudulmağa qoymayan başlıca səbəblərdən biri də onun mahnılarıdır. Bir də heç şübhəsiz, şəxsiyyət və vətəndaş mövqeyi. Cavanşir Quliyev heç bir zaman harada yaşamağından asılı olmayaraq xalqın, vətənin taleyilə bağlı hər hansı bir məsələyə biganə qalmayıb, həmişə öz vicdanlı ziyalı mövqeyini bildirib. Bu məqam da onun yaradıcılığı qədər vacib bir xüsusiyyətdir.
Bu yaxınlarda Bakıda Milli Kitab Sərgisi keçirilirdi. Əl Oyunları Sarayında keçirilən bu möhtəşəm tədbir boyunca bir sıra dəyərli ziyalılar, yazıçılar, alimlər, sənət adamlarıyla görüşlər keçirildi. Zənnimcə, Cavanşir Quliyevlə keçirilən görüş müstəsna görüşlərdən idi.
Əvvəla, Vətənə birdəfəlik dönüşündən sonra ilk dəfə idi ki, auditoriya qarşısına çıxırdı, ikincisi, onun Azərbaycan musiqisinin bugünkü inkişaf səviyyəsiylə bağlı fikirləri son dərəcə maraqlı idi. Görüşdə olduqca səmimi ortam vardı, onunla söhbətləşmək, fikir mübadiləsi aparmaq imkanımız oldu. Azərbaycan reallığında bir bəstəkarın yetişməsi üçün hansı keyfiyyətlərin gərəkli olması, sovet dövrü ilə müqayisədə bəstəkarlıq məktəbinin bir qədər zəifləməsinin səbəbləri, Azərbaycan və Türkiyə arasındakı professional musiqinin fərqləri və digər məsələrlə bağlı öz düşüncələrini bizimlə bölüşdü. İlk dəfə idi ki, yaxın ünsiyyət imkanımız yaranmışdı və mən ona bir neçə sual verdim. 1990-cı illərin əvvəllərində bir qrup incəsənət xadimi ilə cəbhə bölgəsinə, Laçına, Şuşaya getdiyi günləri xatırladı, “Əsgər marşı”nı yazmağın tarixçəsini danışdı. Təmas xəttinə yaxın yerdə imişlər, Afaq Bəşirqızının qırmızı paltosu seçilirmiş və bu da təhlükə yaradırmış. Cəbhə bölgəsində diqqəti cəlb etməklə düşmənin hədəfinə çevrilə bilərsən. Cavanşir müəllim “Afaq, nişangaha gəlirsən” deyib və xoşbəxtlikdən təhlükədən yan keçiblər.
Soruşdum ki, necə oldu birdəfəlik Vətənə dönmək qərarını verdiniz. Cavab verdi ki, əslində mən bu illər ərzində Vətənlə əlaqələri heç vaxt kəsməmişəm, mütəmadi gəlib-getmişəm, burada yaradıcı işlərim də olub. Amma müəyyən yaşdan sonra torpaq, doğulduğun yer səni özünə çəkir.
Cavanşir müəllim Azərbaycan mədəniyyəti haqqında dəyərli fikirlər söylədi və düşünürəm ki, onun düşüncələri bugünkü peşəkar musiqi mühitinin canlanması üçün katalizator rolunu oynaya bilər. Peşəkarlıq, intellekt, təcrübə, geniş erudisiya ona imkan verir ki, fikirlərini sərrast formada ifadə etsin.
Cavanşir Quliyev məktəbi var və gənc musiqiçilərin, vokalistlərin bu məktəbdən öyrənəcəyi çox şeylər var. Soruşdum ki, Cavanşir müəllim, niyə son dövrlər peşəkar bəstəkarlar yetişmir? Belə cavab verdi:
“İndi bizim dövrümüzdən fərqli olaraq texniki imkanlar genişdir, öyrənmək üçün də şərait var. Bəstəkar kimi yetişmək üçün özünü bütünlüklə bu sənətə həsr etməlisən və davamlı olaraq çalışmalısan. Bizim gənclərin buna hövsələsi çatmır, əyləncələrə daha çox vaxt ayırırlar. Öyrənmək, bu sənətin dərinliklərinə enə bilmək, peşəkar kimi yetişmək üçün əyləncələrdən imtina etməlisən, bu sənət fədakarlıq tələb edir, təkcə istedadla kifayətlənmək olmaz. İstedad xammaldır, sən onu mütəmadi qidalandırmalısan. Yalnız fasiləsiz zəhmət. Özünü buna alışdırmaq lazımdır”.

Söhbətimiz mədəniyyətin müxtəlif sahələrini əhatə etdi və hiss etdim ki, Cavanşir müəllimin yanaşmaları, təmkinli və sərrast cavabları gənclərin marağına səbəb olur. Bu görüş məndə zəngin təəssürat oyatdı. Öz gənclik illərimi xatırladım, hansı ki, həmin dövrdə Cavanşir Quliyevin mahnıları əksər gənclər kimi bizim evdə də az qala, hər gün maqnitofon vasitəsilə audiokasetlərdə səslənirdi. Həmin mahnıları Brilyant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva oxuyurdu. Onun həzin, kövrək bəstələri mənim gəncliyimin ayrılmaz parçasıdır. İndi də o mahnıları dinləyəndə gəncliyin təkrarsız duyğuları içimi bürüyür və nostalji hissinə qapılıram. Əlbəttə, bu, xoş hislərdir.
Ümumiyyətlə, 90-cı illərin gəncliyi, bizim mənsub olduğumuz nəsil yeni paradiqmaların yarandığı, azad düşüncənin şüurlara hakim kəsildiyi yeni dövrün, yeni situasiyanın insanları idi. Bizim musiqi zövqümüz, musiqiyə münasibətimiz məhz o illərdə formalaşdı. Bu haqda düşünəndə yada düşənlərdən birincisi məhz Cavanşir Quliyev olur. “Əsgər marşı” dilimizin əzbəri idi:
Nə gözəldir ölmək bizə sevgili Vətən üçün,
Yanar ürək yurd eşqiylə daima için-için.
Hərbi xidmət müddətində əsgərlərə hər gün bu marşı oxudurduq. Hər birimizin içində qələbəyə sarsılmaz inam vardı. Nəticədə bu inam bizi Qələbəyə apardı.
Bir də sevgi mahnıları...
Ölüm bu dünyanın o üzündədi,
Bu üzü dünyanın güldür, çiçəkdir...
“İtgin gəlin” filmindən məşhur olan bu mahnı milyonlarla insanın ürəyini sızladıb.
Brilyant Dadaşova ilə Akif İslamzadənin ifasında səslənən “Hər şey gözəldir həyatda” mahnısı mahnı yaradıcılığının zirvələrindəndir. Cütlük bu mahnıya öz möhürünü vurub və bu gün də həmin mahnı səslənəndə qəlbimizin ən dərin duyğuları içimizdə ləpələnir və həzin ovqata bürünürük.
Cavanşir Quliyev bu melodiyaları milli musiqimizin ən dərin qatlarından tapıb çıxarıb və yenidən, yeni oranjemanda xalqa qaytarıb, xalqın yaddaşını təzələyib. Bu mənada o, həm də reformatordur.
Hər dəfə bu mahnılar səslənəndə ömrümün əbədi keçmişdə qalan o gözəl illəri ilə bağlı içimdə bir nisgil başq qaldırır. Əlbəttə, bu nisgilə xoş xatirələr də qarışır, düşünürəm ki, nə yaxşı bizim mənəvi dünyamızda bir çox gözəl nəsnələrlə bərabər Cavanşir Quliyevin də təkrarsız mahnıları olub.
Təşəkkür, Maestro!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər