00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
“Qaçaq Mozu”da Yezidin mərhəməti - Kənan Hacı yazır
Tarix: 06-02-2023 10:38 | Bölmə: Kənan HACI

Kənan Hacı
Nurəddin Ədiloğlunun yubileyi əsnasında bir roman ətrafında gəzişmələr
Azərbaycan ədəbi dilinin şəhd-şirəsindən, leksik imkanlarından ustalıqla istifadə edən yazıçılarımızın sayı çox azdır. Bu gün az qala, hər kəs bədii mətn yazır, amma heç də hamı öz doğma dilimizin incəliklərini, məna çalarlarını bilmir. Ədəbiyyat hər şeydən öncə dil hadisəsidir, süjet xətti, struktur, fabula, bütün bunlar dilin bazası əsasında yaranır. Azərbaycan dilində ustalıqla qələm işlədən yazıçılarımızdan biri də Nurəddin Ədiloğludur. Onun üslubu, təhkiyə tərzi, dilin məna çalarlarından ustalıqla istifadə etməsi məmnunluq doğurur. Məhsuldar yaradıcılığı ilə daim ədəbiyyatımızın, ədəbi prosesin ön sıralarında addımlayan yazıçı yorulmadan, usanmadan müxtəlif janrlarda yazıb-yaradır.
Mən iki mininci illərin əvvəllərindən onun hekayələrini, povest və romanlarını oxuyuram. Ədəbiyyatımızda hadisəyə çevrilmiş “Azərnur” romanı haqqında ayrıca yazı yazmışam, bir kitabının redaktoru olmuşam. “Humanitar” qəzetində onunla birlikdə çalışmışıq. Bizi mərhum şairimiz Məmməd Kazım tanış etmişdi və mənə demişdi ki, “Nurəddinlə dostluq et, o, çox dəyərli adamdır, yaxşı dostdur”. İyirmi ildən çoxdur ki, dostluq edirik və mən onun yazıçılığından əlavə yüksək insani keyfiyyətlərini zaman-zaman kəşf etmişəm. Nurəddin müəllim dərdə şərik olmağı, səmimiyyəti ilə insanın qəlbinə nüfuz etməyi bacarır. Hay-küylü, özünəməxsus zarafatları ilə, ürəkdən gələn şaqraq gülüşü ilə ətrafda müsbət aura yarada bilir. Bu optimizm onun yaradıcılığına da hakimdir.
Nurəddin Ədiloğlu indiyə qədər “Azərnur”, “Bakı açıq şəhərdir”, “Qara sarmaşıq”, “Taxt və tabut” romanlarını yazıb. Lap bu yaxınlarda çapdan çıxan “Qaçaq Mozu” romanı mövzu və mündəricə baxımından tariximizin son dərəcə mürəkkəb dövrünü əhatə edir. Roman içində roman kimi qələmə alınan bu əsər XX əsrin 20-30-cu illərində Masallıda və ətraf bölgələrdə yaşayan insanların keşməkeşli həyatından bəhs edir. Əsəri oxuduqca düşündüm ki, o dövrdə Azərbaycanın bütün bölgələrində eyni proseslər baş verib; məscidlər dağıdılıb, tövləyə, taxıl anbarına çevrilib, din xadimləri güllələnib, sürgün olunub, günahsız insanlar repressiyaya məruz qalıb. Qaçaq Mozu kimi haqq-ədalət qoruyucuları zavallı, köməksiz insanları Allahsız, dinsiz-imansız şeytanlardan qoruyub. 37-ci il repressiyası sanki zamanın burxulma nöqtəsidir, zaman sanki o illərdə büdrəyir, Şeyx İbrahimə atılan böhtanlar, mal-mülkünün əlindən alınması, bolşeviklərin ağalığı dövrü zamanın gedişatını zorla başqa məcraya yönəldir.
Ölkəni fəlakətlər bürüyür, Şər taxta çıxır, hökmranlıq edir. Bolşeviklər qaçaqlara himayədarlıq edənləri tutub dama basır, ev-eşiklərini yandırıb külünü göyə sovururdular. NKVD cəlladları xalqın qanına susayır, əksəriyyəti də erməni... “İtəmən” ləqəbli çolaq Aşotun törətdiyi əməllər saysız-hesabsız ailələri başsız qoyur. “Yeni həyat” qəzetinin əməkdaşı Məmmədağa Sultanın qəzetdə çap olunan “İtəmən” yazısı xain Aşotun yuxusuna haram qatır, amma gənc jurnalistlə döş-döşə gəlməkdən çəkinir. Məmmədağa Sultan görkəmli alim, ədəbiyyatşünas Məmmədağa Sultanovun prototipidir. Bu, həmin Məmmədağa Sultanovdur ki, farsdilli ədəbiyyatın böyük bir qismini ana dilimizə tərcümə edərək klassik ədəbiyyatımıza misilsiz xidmətlər göstərdi. Uzun illər Əlyazmalar Fondunun direktoru kimi qiymətli əlyazmalarımızı göz bəbəyi kimi qoruyub yeni nəsilə ötürdü. Qaniçən Aşotla üz-üzə gəlmək hər oğulun hünəri deyildi, amma o zaman gənc olan Məmmədağa “İtəmən” yazısı ilə bu xaini ifşa etmişdi.
Romanda bir sıra tarixi şəxsiyyətlərin parlaq obrazı yaradılıb ki, bu da oxucunun yaddaşını həm informativ baxımdan təzələyir, həm də bu insanları bədii əsərin qəhrəmanı kimi fərqli rakursdan görə bilirik. Aşotun Həmzəoğlunun kürəyinə xəncər saplaması cəzası qalmır. Qaçaq Mozu gülləni Aşotun alnından vurur və Həmzəoğlunun intiqamını alır. Şeyx İbrahim arvadıyla birgə sürgünə yollanarkən aman-zaman oğlu İzzəti Qaçaq Mozuya əmanət etmişdi. Ölütəpənin ətəyində baş verən atışmada İzzət təsadüf nəticəsində sağ qalır, onun həyatını Qurdbasar xilas edir. Kəskin süjet xətti, çevik təhkiyə, hadisələrin bir-birini əvəz etməsi əsərdəki dinamizmi şərtləndirir.
Əsərdə Təbriz, Ənnağı kişi, Dəmirçi Çıraq kimi yüksək insani keyfiyyətlərə malik obrazlar da yadda qalır. Romanın ikinci adı “Yezid İzzət”dir. İzzət Şeyx İbrahimin yeganə yadigarıdır, Qaçaq Mozunun dəstəsindən ayrılandan sonra dərzilik sənətinə yiyələnir, müharibəyə gedib qayıdır, sevdiyi qızı ona vermirlər. Uşaqlıq dostu Mədətin xainliyi nəticəsində bu sevda baş tutmur və İzzətin sevgilisi Sona özünə qəsd edir. Şəbih tamaşalarında bircə dəfə Yezid rolunu oynasa da su deyib inləyən uşaqlara su paylamağıyla adının qarşısına Yezid ayaması qoşulur. Yezid İzzət Azərbaycan nəsrinin ən maraqlı, ən unikal obrazlarındandır. Çox güman ki, ədəbi tənqid bu əsərlə bağlı öz sözünü deyəcək. Qaçaq Mozu ilə Yezid İzzətin paralel şəkildə izlənilən ömür tarixçəsi internetkstual mətnin yaranmasıyla nəticələnir.
Arabir yazıçı hadisələrə ara verib təsvirlərə keçir ki, burda öz ustalığını göstərir:
“Qorabişirən ayın ortaları idi. Yay günəşi meşənin haylı-küylü, könül oxşayan gözəlliklərinə sarımtıl-qızılı rəng qatmışdı. Təndir həniritsinə bənzər istilər budaqlarda yarpaqları, talalarda ot-ələfi qovururdu. Çılpaqlaşan ağacların görkəmindən nigarançılıq yağırdı. Həzin meh saralıb qızarmış yarpaqlara asta-asta tumar çəkdikcə kövrəkləşən, bir-birindən kəpənək qanadlarından da zərif olanlar mehin tumarına tab gətirməyib budaqlardan yerə tökülürdü. Təkcə meşənin möcüzəsi sayılan dəmirağaclar saçına xına qoymuş təbiət gözəllərinə bənzəyirdi. Yarpaqları saralsa da, dəmir kimi budaqlarından ayrılmırdılar”.
Sizə bir maraqlı nüansı da deyim. Nurəddin Ədiloğlu zahiri görünüşü, ağırtaxta şəxsiyyəti ilə elə öz romanının qəhrəmanlarına bənzəyir, köhnə kişiləri təcəssüm etdirir. Qələminin qüdrətinə rəğmən bu nəsr pəhləvanı ədəbi cameədə mütəvazi davranmaqla əksər hallarda haqq etmədiyi laqeydliklə qarşılanır. Qələm dostumuz, bənzərsiz şair İlham Novruzoğlunun Nurəddinə həsr etdiyi şeirdə bir məqam var. Yazır ki...
Dünən, fəxrimiz, tank yazıçı,
Nurəddin Ədiloqlunun yubileyi idi.
Eh, gözəl məclis keçdi.
Amma, 32 kitabdan,
32 söz oxumayanlar da,
O qədər "Nədəndi"oynadı ki.
Nitq söylədi ki,
Ürək dolusu, boş-boş..
Nurəddin Ədiloğlunun indiyədək otuz iki kitabı nəşr olunub. Bir-birindən samballı nəsr əsərləri, bədii publisistika, dramlar, şəhidlərimizə həsr olunmuş son iki kitabı… Amma İlham qardaşımız gileyində haqlıdır, Nurəddinin dostları onun bədii yaradıcılığına dərindən bələd deyillər. Halbuki, onun əsərləri haqda akademik Nizami Cəfərov, filologiya elmləri doktoru Vaqif Yusifli, professor Rahid Ulusel, görkəmli ədəbiyyatşünas alimimiz, professor Nizaməddin Şəmsizadə və digər nüfuzlu qələm sahibləri yazılar yazıblar. Onu müasir Azərbaycan nəsrinin ustad yazıçısı mərtəbəsində görüblər. “Azərnur”, “Qara sarmaşıq”, “Taxt və tabut” və sonuncu “Qaçaq Mozu” romanları da bədii vüsəti, yüksək sənətkarlığı baxımından peşəkar yazıçı qələminin məhsuludur.
“Qaçaq Mozu”nun süjet xəttini tam açıqlamaq niyyətində deyiləm. Bu yazı Nurəddin Ədiloğlunun 65 yaşı (bu rəqəm məni təəccüb və heyrətə gətirir, çünki Nurəddin bəyin vizual görkəmi bu rəqəmlə heç uyğun gəlmir, maşallah olsun!) təriqilə yazılsa da, mən əsas diqqəti onun sonuncu romanı “Qaçaq Mozu”ya yönəltmək istədim. Yeniyetmə vaxtlarımda Cəlal Bərgüşadın “Bozatın belində”, Fərman Eyvazlının “Qaçaq Kərəm” romanlarını necə coşqun həvəslə oxumuşdumsa, “Qaçaq Mozu” da mənə eyni zövqü yaşatdı. Qaçaqlar haqqında bədii əsər yazmaq o qədər də asan deyil. Tarixilik, xüsusi təhkiyə tərzi, dövrün, zamanın mənzərəsini yaratmaq bacarığı bu qəbil romanların vacib komponentlərindəndir. Nurəddin Ədiloğlu usta qələmiylə bizi bir əsr geriyə apara bilir.
Xülasə, əziz qələm dostumu yeni kitabı və yeni yaşı münasibətilə təbrik edirəm! Düşünürəm ki, o, bundan sonra eyni gənclik şövqü ilə yazıb-yaradacaq, ədəbiyyatımızı qiymətli əsərləriylə zənginləşdirəcək.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər