00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Ədəbiyyat və bazar - Kənan Hacı yazır
Tarix: 30-10-2021 13:54 | Bölmə: Kənan HACI

Deyə bilərsiniz ki, ədəbiyyat hara, bazar hara? Yaxın oturun, bir az bu mövzunu dartışaq.
Yazıçının rifah halının yaxşılaşması birbaşa kitab industriyasından asılıdır. Populyar sənət sənətkarı bazarın tələblərinə uyğun mətnlər yazmağa vadar edə bilər. Çünki kitab əmtəədir, bazara çıxırsa, bunun alıcısı olmalıdır. Yazıçı isə sənəti kütləyə, kütlə marağına qurban verməməlidir. Bəs, Çernışevski demiş, necə olsun?
Sənətin kapitallaşdığı sənaye cəmiyyətində sənət əsərləri istifadə olunduqdan sonra atılır. Böyük çoxluq kitabı əyləncə sənayesinin bir elementi kimi qavrayır. Halbuki, kitabın əyləncəli tərəfi olduğu kimi, düşündürücü yönü də var. Sürət əsrinin insanı isə düşünməyə vaxt xərcləmək istəmir. Kapitalizmin ən mənfur tərəfi də budur: insana düşünmək üçün vaxt tanımır. Nəticədə insan zombiləşməyə doğru gedir. Axı amorf məxluqlar asan idarə olunur. Məhz buna görə ədəbiyyat bütün zamanlarda arzuolunmaz sahə olub.
Həyat kütləviləşdikcə sənət əsərlərinin estetik dəyərini kütlənin zövqü müəyyənləşdirir. Biz hansı cəmiyyətdə yaşamağımızın fərqində deyilik. Ona görə də müasir nəsrimizdə hələ də 60-cıların təhkiyə tərzi imitasiya olunur. Biz modern bir tərəfə qalsın, postmodern mərhələyə də 30 il gec qalmış nəsilik. Qapalı bir ölkədə yaşamağımız bizi dünya nəsrində, poeziyasında gedən proseslərdən uzaq saldı. Realist və partiyalı nəsrin hakimiyyəti nə az, nə çox, 70 il sürdü. Əlbəttə, realist nəsr yazmaqda heç bir qəbahət yoxdur, realist nəsrin yalana xidmət etməsi isə ədəbiyyata xəyanətdir. Nə yazıqlar ki, postsovet dönəminin əksər qələm adamları xəyanət yolunu seçdi. Birüzlü, birqatlı, asan oxunan və tez də unudulan makulatura yığını - boz ədəbiyyat ictimai formasiya dəyişdikdən sonra dəyərini itirdi. Həmin kitabların müəllifləri çoxdan unudulub, yazdıqları da zamanın toz-dumanında itib.
Bir əsrə yaxın müddətdə biz dünyada gedən bütün ədəbi tendensiyalardan bixəbər olduq. Sovet yazıçılarının 1934-cü ildə keçirilən birinci qurultayının nizamnaməsində belə yazılıb: “Sosialist realizmi sovet bədii ədəbiyyatının və ədəbi tənqidinin əsas metodudur”. Bu “ədəbi tənqid” ədəbi çuğulluq sənətinə çevrildi. Başkəsən tənqidçilər yetişdirildi. 37-ci il repressiyasını məhz bu cür “tənqidçilər”in əliylə həyata keçirdilər. Yazıçılar bir-birilərindən donoslar yazırdılar və bu rəzalət bir neçə il davam etdi. Mikayıl Müşfiqi, Hüseyn Cavidi, Yusif Vəzir Çəmənzəminlini, Seyid Hüseyni, Əhməd Cavadı, Tağı Şahbazi Simurğu bu adamların əliylə gedərgəlməzə yola saldılar. Bu qəlbgöynədən, insanlığın üz qarasına çevrilmiş faciələr məhz ədəbi çinovniklərin əliylə həyata keçirilirdi. Bütün sovet respublikaları bu repressiyadan nəsibini almışdı. Marina Svetayevanın, Osip Mandelştamın, Nikolay Qumilyovun, Andrey Platonovun, İsaak Babelin faciəli həyatları buna sübutdur. Bulqakovun - “Master və Marqarita”nı yazmış bir yazıçının başına açılan oyunları oxuyanda adam dəhşətə gəlir.
Konyukturaya xidmət edən boz romanlar yazıldı, kənddən və kolxozdan yaza-yaza lokal və qısır düşüncə girdabında boğulub qaldıq. 60-cı illərin mülayimləşməsi ədəbiyyat üçün bir nəfəslik açdı və o nəfəslikdən ölkəyə “samizdat” nəşrlər sızdı. Azad düşüncənin yelləri bütün sovet məkanında əsməyə başladı. Azərbaycanda İsa Hüseynovun povestləri, Sabir Əhmədlinin romanları, Çingiz Hüseynovun povest və romanları yeni ədəbi, ictimai paradiqmaları müəyyən etdi. Azərbaycanın müstəqilliyə qovuşmasında bu əsərlər böyük rol oynadı. Bu haqda çox yazılıb, çox deyilib, məlum həqiqətlərdir. Amma nə üçün Çingiz Aytmatov dünyaya çıxa bildi, İsa Hüseynov yox? Axı sənətkarlıq baxımından İsa Hüseynov heç də Çingiz Aytmatovdan geri qalmırdı, hətta ondan üstün tərəfləri daha çox idi. Bunun subyektiv səbəbləri ola bilər, amma obyektiv səbəblər daha əsaslıdır. Aytmatov əsərlərini rus dilində yazırdı, onun imkanları İsa Hüseynovdan daha geniş idi. O, Moskvaya daha yaxın idi. İsa Hüseynov isə daha çox introvert həyat tərzi yaşayan bir insan idi. O, “İdeal” əsəriylə yaradıcılığını tamamilə başqa istiqamətə yönəltdi və sanki özü könüllü şəkildə oxucularının sayını məhdudlaşdırdı. Aytmatov yaradıcılığında üstüörtülü şəkildə siyasi rejimi tənqid edirdi.
Sonra dünyaya çıxmaq çabaları və bu müşkül əndişə ətrafında vurnuxmalar dövrü başladı... Əyləncə sektoruna hesablanan yüngül romanlar yenə at oynadır. Bəzən də çox hörmətli tənqidçilərimiz nəyinsə xatirinə bir “zərbəlik” canı olan bu mətnləri bədii dəyərə mindirməyə cəhd edirlər. Bu, tamamilə ayrı bir dərddir.
Dünya ədəbiyyatında metamodernizm anlayışı meydana gəlir. Postindustrial fərdin iç dünyasına xitab edən, onun yaşam ritmi ilə harmoniyada olan, ekstravaqant mətnlər ortaya çıxır. Bütün dünyada sanki bir ənənəyə, köklərə qayıdış prosesi gedir. Ənənədən və klassikadan yaradıcı şəkildə bəhrələnib yeni mətn ortaya qoymaq, ədəbi əcdadlarımızın irsindən şirə çəkərək yeni çiçəklər bitirmək gərəkir. Amma nədənsə çox vaxt bünövrəsiz mətnlərlə üzləşirik. Dostum Qismətin təbirincə desək, biz forma və üslub eksperimentallığı baxımından cəsarətsizik. İstisnalar yox deyil, amma ümumi mənzərə o qədər də ürəkaçan deyil.
Məsələn, bu günkü nəsrimizdə çox az sayda imzalar var ki, onları ürəklə dünyaya təqdim etmək olar. Məqsəd Nurun, Şərif Ağayarın, Mübariz Örənin, lap gənclərdən Sərdar Aminin, Orxan Həsəninin, Nemət Mətinin, Elvin Rizvangilin hekayələri yeni nəsr paradiqmasının yaranmasında təkanverici rol oynayır. Bu mətnlərdə ədəbiyyatın yeniləşməsi baş verir, yeni tərz, yeni yanaşma təqdim olunur. Bu yaxınlarda Məlik Rza adlı bir gəncin hekayəsi rastıma çıxdı, oxudum, ləzzət elədi. Hekayə boyu metaforalardan həddən artıq istifadə etsə də mətni qurmağı, sözlərə rəng qatmağı əladır. Bu qəbil mətnlərin yaranması həm də dil üçün donor rolunu oynayır, dil qabığını dəyişir, təzələnir. Ədəbiyyat bu zəmində inkişaf edə bilər və etməlidir.
Ədəbiyyatın missiyası nədir deyə çox vaxt yaradıcı adamlardan soruşurlar. Məhz ədəbiyyat vasitəsilə insan ruhunun bədənindən daha geniş olduğunu anlayır, dərk edir. Dünyaya ruhun pəncərəsindən baxır və yeni söz doğulur. Ədəbiyyata missiya yükləmək olmaz, belə olanda ədəbiyyat ideologiyanın ruporuna çevrilir. Bunun ən parlaq nümunəsi sovet ədəbiyyatıdır. Ədəbiyyatı direktivlərlə idarə etmək yolverilməzdir. Ədəbiyyat dinamik işarələr sistemidir, sırf individual və estetik bir hadisədir. Bu işarələri anlamaq üçün zövqlü və hazırlıqlı oxucu yetişməlidir. O zaman ciddi ədəbiyyatın da bazarı olacaq.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər