00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
Tarix: 15-08-2022 17:31 | Bölmə: Kənan HACI

Kənan Hacı
Tədqiqatçı alim Gülhüseyn Kazımlının özü və sözü haqqında
Şeir duyğularımızın səsi, ən zərif və yalın halımızın zahirə fışqırmasıdır. Sultanlar da şeir yazıb, bilginlər, alimlər də, həkimlər də, müəllimlər də... İnsan dünyaya gələndən həyatda ritm axtarır və öz içinin ritminə köklənəndə şeirlər doğulur... Kökdən düşmüş insan öz nəğməsini ötə bilməz... Ritmi yaxalaya bilməyən şair şeir yaza bilməz. Bütün bu komponentlərin hamısı həyatın özündə, məhvərindədir. Yaşanılan ömrün yolu mütləq heç olmasa, bir dəfə də olsa, poeziyadan keçir. Hər insanın həyatında sözün izi bu və ya digər formada qalır.
Haqqında danışacağım insan uzun illər rəhbər vəzifələrdə çalışıb, amma ədəbiyyat, mədəniyyət adamlarıyla hər zaman sıx əlaqədə olub. Çünki özü də söz adamı idi. “Gülhüseyn Kazım” imzası ötən əsrin 70-80-ci illərdə kifayət qədər populyar idi. Sözlərinə o dövrün böyük bəstəkarları mahnılar bəstələmişdilər və bu mahnılar mütəmadi olaraq efirdən, radio dalğalarından eşidilirdi. Azərbaycan Televiziyasında uzun illər redaktor kimi çalışmış, bir sıra parlaq şəxsiyyətlərlə dostluq, yaxınlıq etmişdir. Ömrün axarı, həyatının məntiqi onu elmə gətirib çıxarır. O, əvvəlcə Azərbaycan Pedaqoji İnstitutunu (APU), sonra Bakı Ali Partiya Məktəbini, daha sonra isə Sov. İKP MK İctimai Elmlər Akademiyasını bitirib. Bu Akademiay o zamanlar dünyanın ən nüfuzlu, mötəbər təhsil ocaqlarından biri sayılırdı. Orda təhsil almağın özü belə böyük xoşbəxtlik idi və tələbənin gələcəyi üçün geniş üfüqlər açır, karyerasında daimi yaşıl işıq yandırırdı. Gülhüseyn müəllim ictimai xadim kimi də, qələm adamı kimi də həmişə üzdə olub və onun yazdığı kitablar həm elm sahəsində, həm də ədəbiyyat, mədəniyyət sahəsində müəyyən boşluqları doldurmağa xidmət edib. Harda çalışıbsa, geniş erudisiyası, ziyalı mədəniyyəti, çalışqanlığı, yüksək nizam-intizamı ilə özünə qarşı sayğı və rəğbət hissi oyadıb.
Bizim tanışlığımızın tarixçəsi cəmi 4-5 ilə dayanır. Bu qısa zaman kəsimində mən Gülhüseyn müəllimi müxtəlif situasiyalarda müşahidə etmişəm və onun daxilindən süzülüb gələn ziyalılıq elementləri gündəlik ünsiyyətimizdə mənim üçün bir örnək olub. Məsuliyyət, nizam-intizam, verdiyin sözə sadiqlik, danışdığın sözün çəkisi və sanbalını qorumaq bacarığı... Bu xüsusiyyətlər onun yaşam tərzinin naxışlarıdır. Kiminlə harda, necə danışmağı, hansı sözü hansı məqamda hansı formada dilə gətirməyi, deyilən sözün effektivlik dərəcəsini dəqiqliklə ölçüb-biçməyi hər adam bacarmır. Bu da əlahiddə bir istedaddır. Gülhüseyn müəllim son dərəcə korrekt adamdır, dəqiqlik onun vacib həyat prinsipidir, qeyri-dəqiq, məsuliyyətsiz adamları heç sevməz.
Ömrün-günün bu çağında da eyni entuziazmla, şövqlə çalışır, muğam tariximizin tədqiqatçısı kimi xalq üçün, millət üçün son dərəcə faydalı, gərəkli işlərə imza atır. XIX əsrin sonlarında fəaliyyət göstərmiş, səsi tarixin dərinliklərində itib-batmaqda olan bir neçə ustad xanəndənin səs yazılarını arxivdən üzə çıxarıb. İlk qadın xanəndəmiz olmuş Mirzə Güllər, ömrünün uzun bir hissəsini qürbətdə yaşamış Məşədi Məmməd Fərzəliyevlə bağlı Bakıda, Türkiyədə aparılan gərgin axtarışlar öz müsbət nəticələrini verdi. Məşədi Məmmədlə bağlı heç birimizə məlum olmayan son dərəcə qiymətli sənədlər üzə çıxdı. Hal-hazırda Gülhüseyn müəllim Məşədi Məmmədin Türkiyədə məzarının tapılması üçün axtarışları davam etdirir. Yaxın günlərdə elə bu məqsədlə qardaş ölkəyə işgüzar səfərə çıxmışdı. Türk mediasına verdiyi müsahibələr, ordakı faydalı görüşlər çox güman ki, o qərib məzarın izinə düşmək üçün yeni istiqamətlər açacaq.
Gülhüseyn müəllimlə son zamanlar az qala, hər gün ünsiyyətdəyik. Türkiyədə olanda da internet üzərindən əlaqə saxlayırdıq. Hiss edirdim ki, Bakı üçün, dostlar üçün darıxır.
Doğma Bakı, yağış kimi durulmaq üçün
Nəğmə olub hər küçəndə axmaq gərəkmiş.
Doğma Bakı, səni sevmək, vurulmaq üçün
Sənə bir az ayrılıqdan baxmaq gərəkmiş!
Nə vaxtsa Bakıdan ayrı düşəndə yazıb... 1978-ci ildə “Gənclik” nəşriyyatında çap olunmuş “Vətən sevgisi” kitabına daxil edilmiş bu nisgil dolu şeiri Gülhüseyn müəllim Türkiyədə, Bursada olanda tez-tez xatırlayırdım və düşünürdüm ki, görəsən indi də şeir yazırmı? Dəfələrlə ürəyimdən keçib ki, bu sualı ona verim, amma nədənsə hər dəfə söz dilimin ucundan qayıdıb. Düşünmüşəm ki, şairə belə sual verməzlər. Şair içinin ritmi ilə yaşayan adamdır, şeir də ovqatın sözə çevrilmiş şəklidir. Gülhüseyn müəllim təpədən-dırnağa ovqat adamıdır. Onunla hər görüşdən sonra hiss edirsən ki, içində sözlər yeni hüceyrələr kimi qanı təzələyir, yaradıcı auraya düşürsən.

Qısa müddətli tanışlığımız ərzində Gülhüseyn müəllim məni bir sıra qiymətli insanlarla tanış edib. Bir dəfə söhbət əsnasında ustad xanəndə Ağakərim Nafizin ifalarını çox sevdiyimi demişdim. Bir gün zəng vurdu ki, gəl səni Ağakərimlə tanış edim. Beləcə, onun vasitəsilə Ağakərim Nafizlə doğma, isti münasibətimiz yarandı. Unudulmaz Xalq yazıçımız Əzizə Cəfərzadənin oğlu Turan İbrahimovla tanışlığımıza da Gülhüseyn müəllim vəsilə oldu. Və beləcə, bu tanışlıqlar səmimiyyət dolu dostluğa çevrildi. Buna görə Gülhüseyn müəllimə çox minnətdaram.
Gülhüseyn müəllim böyük kimi, ağsaqqal kimi səni dinləyər, yaşından, həyat təcrübəsindən qaynaqlanan faydalı məsləhətlər verər. Belə məqamlarda düşünmüşəm ki, hər kəsin mütləq bir müdrik yolgöstərəni olmalıdır. Həyatın çətinlikləri önündə duruş gətirə bilməyən iradəcə zəif insanlar bəzən tez məğlub olurlar, ruh düşgünlüyünə qapılır, öz məqsədlərindən, hədəflərindən yayınırlar. Belə məqamlarda mütləq Gülhüseyn müəllim kimi müdriklər, bilginlər o çaşqın duruma düşmüş adamlara motivasiya verməlidirlər. Ətrafında müdriklər olmayanda təcrübəsiz, həyat sınaqlarından çıxmağa hazır olmayan adamlar həyat qarşısında əllərini qaldırıb məğlubiyyətləriylə barışırlar.
Bu mənada Gülhüseyn müəllim həmişə mənə mənəvi dayaq olub. Buna görə də ona xüsusi minnətdarlıq borcum var.
Hər bir qələm adamının yaza bilmədiyi məqamlar olur. Görün, Gülhüseyn müəllim həmin məqamları poetik formada necə gözəl ifadə edir:
Yaza bilməyəndə...
...qələmim bir quru kötüyə dönür,
Sözlərim su üstə köpüyə dönür.
Elə dolanıram havalı kimi,
Sərxoş xanəndənin qavalı kimi.
Qaçıram, qovuram bir söz dalınca,
Qələm varağa çəkir, yuxu balınca.
Yol hər yazıçının həyatında və yaradıcılığında fərqli semantik yozumlar qazanır. Onun ömür yolları bir neçə istiqamətə şaxələnir: ictimai xadim, redaktor, şair, alim, muğam tədqiqatçısı. Bu yolların hər birində öz izini qoymağı bacarıb Gülhüseyn müəllim.
Yolun ağı-qarası...
Keçdi ömrün yarısı.
Hamı yoldan yarısın,
Yollar məni çağırır.
Yollar həmişə onu çağırır. Gülhüseyn müəllimlə yol yoldaşı olmuşuq, Azərbaycanın müxtəlif rayonlarına səfərə çıxmışıq və bu səfərlərdən həmişə unudulmaz təəssüratlarla qayıtmışam. Yola körpü salmağı bacaran insandır. Onunla yol yoldaşı olmaq həm çətindir, həm asan. O mənada çətindir ki, o bəxtəvər adam gərək arif ola, sözü göydə tutmağı bacara və söhbətə təkan vermək üçün xurcunu dolu ola. O, diqqətsiz, laqeyd adamları sevmir, özü necədirsə, tərəf müqabilindən də onu tələb edir. O mənada asandır ki, o da səni dinləməyi bacarır, sənin söhbətinin hansısa məqamında səni demək istədiyin sözün hamar yoluna çıxarır.
Bir dəfə həyatın gedişatından danışırdıq, sözlərimdə giley-güzar notları sezdi və dedi:
- Hərənin öz taleyi var.
Fakt qarşısında qalmış adam kimi duruxdum və dərhal şikayət boğçasını yığışdırıb söhbətin istiqamətini dəyişdirdim. “Hərənin öz taleyi var”. Onun tez-tez işlətdiyi ifadədir və bu sözlərin alt qatında o qədər mətləblər sayrışır ki!...
Mən yazılarımı adətən, gecədən xeyli keçəndən sonra yazıram. Bu yazını isə sübh tezdən oyanıb netbukun canına döşədim!...
O da boş dayanmayıb, yayın şaqqama istisində Məşədi Məmməd Fərzəliyevdən bir kitab yazıb: “Salam, Məşədi”.
Mən də hər şeyə görə həyat eşqiylə dolu müdrik insana üzümü tutub deyirəm:
Sağ ol, Köhnə Kişi!
15 avqust, 2022
Bölməyə aid digər xəbərlər

9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər