00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
Tarix: 26-12-2022 17:30 | Bölmə: Kənan HACI

Kənan Hacı
Yazıçının dünyagörüşü necə formalaşır? Düşüncəsinin miqyası necə genişlənir?
Öz qılafında qalan yazıçı öz dar əyalət pəncərəsindən aqrar təfəkkürün məhsulu olan düşüncələrini, gördüklərini yazıya köçürür. Təsəvvür edin ki, tamaşaçı ekran qarşısında əyləşib və televizor yalnız bir kanalı göstərir. Tamaşaçı yekrənglikdən, monotonluqdan bezməzmi? Yazan adamın beynindəki qutu ancaq bir kanalı göstərir, düşüncə və təfəkkür qısıtlanması oxucunu kitabdan uzaqlaşdırır.
Azərbaycan yazıçısının problemlərindən biri də dünyanı gəzə bilməməsidir. Görmədiyi, gəzmədiyi dünya haqqında necə yazsın?
Güclü mütaliə belə dünyagörüşünün formalaşmasına yardımçı ola bilmir. Əbəs yerə deyilməyib ki, çox oxuyan yox, çox gəzən insanlar bilik baxımından zəngin olurlar.
Dünya ədəbiyyatına imzasını atmış böyük yazıçıların həyat yoluna nəzər salın, görəcəksiniz ki, onlar yaşadıqları ölkədən kənara çıxıblar, bir neçə qitəni dolaşıblar, zaman-zaman müxtəlif ölkələrdə yaşayıblar. Və onların əsərlərinə nəzər salanda düşüncə miqyasının genişliyinə heyrət etməyə bilmirsən. Çünki fərqli mədəniyyətlərin, fərqli qütbələrin, ayrı-ayrı yaşam tərzlərinin içindən keçərək bədii əsərlərində dünya insanının maraq dairəsini əhatə etməyi bacarıblar.
Bizim yazıçıların əsərlərində isə (tək-tük istisnaları çıxmaq şərtilə) urbanizasiya prosesi demək olar ki, baş verməyib, bu səbəbdən ədəbi tənqiddə lüzumuz “kənd nəsri”, “şəhər nəsri” qütbləşməsi meydana çıxıb. Dünya ədəbiyyatında siz belə qütbləşməyə rast gələ bilməzsiniz. Azərbaycan ədəbiyyatını inkişafdan saxlayan, “Biləcəri sindromu”nun yaranmasına səbəb olan əsas amil də məhz budur. Dünyaya başqa dillərin pəncərəsindən baxa bilmək üçün yazıçı başqa ölkələri, başqa qitələri gəzib-dolaşmalıdır. Başqa insanların necə yaşadıqlarını, necə düşündüklərini görməlidir. Biz isə evimizin pəncərəsindən eyni mənzərəni seyr etməkdən yorulmuruq. Azərbaycan insanı dünyanı görmək imkanından məhrumdur. Öz kəndində, öz şəhərində nə görürsə, onu yazır. Müqayisə imkanları yoxdur.
Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı ilə əlaqələri kosmetik xarakter daşıyır. Nüfuzlu beynəlxalq ədəbi təşkilatlarla yaradıcı münasibətlərdən danışmağa dəyməz. Bizim yazıçıların əsərləri nəinki Avropa ölkələrində, heç postsovet məkanında belə tərcümə olunub yayımlanmır. Tək-tük antologiyalar bir ölkənin ədəbiyyatı haqqında heç bir təsəvvür yarada bilməz. Dərd odur ki, hansısa ölkədə Azərbaycan ədəbiyyatıyla bağlı antologiyalar belə tanışlıq prinsipi ilə hazırlanır və nədənsə hər dəfə bu antologiyalara enyi müəlliflərin adları düşür.
Azərbaycan ədəbiyyatının dünyaya çıxması üçün çalışan iki-üç nəfərin adını çəkə bilərik. Dəyərli şairlərimiz Səlim Babullaoğlu və Fərid Hüseyn uzun illərdir ki, bu sahədə şəxsi imkanlarından istifadə edərək Azərbaycan ədəbiyyatını dünyada tanıtmağa çalışırlar.
Xəyal Rzanın, Əkbər Qoşalının, İntiqam Yaşarın Türkiyə və Orta Asiyada Azərbaycan ədəbiyyatının təbliği istiqamətində gördükləri işləri də unutmuruq.
Amma və lakin... yaxşılığa doğru heç nə dəyişmir. Qardaş Türkiyədə adda-budda hansısa yazıçımızın kitabının çıxması hələ dünyaya çıxmağımız demək deyil. Mən bir neçə dəfə Türkiyədə olmuşam və İstanbulda ciddi sənət adamlarıyla görüşlərimizdə onların bizim ədəbiyyatımız haqda tamamilə məlumatsız olduğunu görəndə son dərəcə məyus olmuşam.
İki-üç il bundan öncə Bakıda Beynəlxalq Ədəbiyyat Festivalında Türkiyənin ünlü şairlərindən olan Tuğrul Tanyolla söhbətimizi xatırlayıram. “Türkiyədə bir-iki nəfərdən başqa heç bir Azərbaycan yazıçısı, şairinı tanımırlar”,- dedi. “Azərbaycanda kifayət qədər ciddi şairlər var. Lakin biz tanımırıq. Bunun üçün çox işlər görməlisiniz”, - deyə əlavə etdi.
Bir neçə ay bundan öncə sosial şəbəkələr vasitəsilə qələm dostlarımız Eyvaz Zeynalovun, Arif Ərşadın, Qalib Şəfaətin və Aslan Quliyevin İstanbul Kitab Fuarında fəal iştirak etdiyini gördüm. Bu, son dərəcə sevindirici bir hadisə idi.
Bizim yazıçılarımızın kitabları Türkiyədə türk dilində çap olunub və türk oxucuları bu kitabları alıb oxuyur, Azərbaycan ədəbiyyatıyla tanış olur. Di gəl, Azərbaycan mətbuatında bu haqda bircə yazıya belə rast gəlmədim. Bu qədər biganəlikmi olar?!
Şikayətlənməyə adətkərdə olmuşuq. Fərdi təşəbbüskarlıq belə laqeydliklə qarşılanır. Öz hesablarına türk yazıçılarıyla ədəbi əlaqə quran və müəyyən işlərə imza atan qələm dostlarımızın uğurlarına sevinməyi belə bacarmırıq.
XXI əsrdir və yeni əsr kommunikasiya əsridir. Biz dünyanı oxuyuruqsa, dünya da bizi oxumalıdır. Dünya oxucusu həm də Azərbaycan ədəbiyyatı vasitəsilə bizim həqiqətlərimizdən agah olmalıdır. Avropa insanı Azərbaycanın 44 günlük haqq savaşı haqqında mediadan xəbərlər oxuyur və bizim ədəbiyyatımızla da tanış olmaq istəyir. Ədəbiyyatımız isə dünyadan çox-çox uzaqdır.... Ciddi problemdir...
Bu günlərdə İstanbulda Beynəlxaq Kitab Festivalı keçirildi. Azərbaycan bu festivalda Fəxri Qonaq qismində iştirak etməliydi. Yüzlərlə, minlərlə kitabın içində Azərbaycan kitabı olmadı. Bu rəzaləti hansı sözlə ifadə etmək olar?!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər