00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
Tarix: 10-08-2023 15:00 | Bölmə: Müsahibə

Ukrayna Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan zabiti: “Hərbi əməliyyatlar başlayandan bəri rusların 18 gəmi və katerini zədələmiş və məhv etmişik”
Qara dənizdə genişmiqyaslı qarşıdurma təhlükəsi artır. Xüsusilə, Taxıl müqaviləsi pozulduqdan, Kreml sazişdən çıxdıqdan sonra Ukrayna və Rusiya Qara dənizdə qarşılıqlı olaraq gəmi “ovuna” çıxıblar. Ukrayna prezidenti Zelenski bildirib ki, Qara dənizin Ukrayna hissəsində gəmiçiliyin blokadasının davam etdirilməsi və ölkəsinə məxsus liman infrastrukturunun atəşə tutulması Rusiyanın Qara dəniz donanmasının məhvinə səbəb olacaq.
Ukrayna Müdafiə Strategiyası Mərkəzinin eksperti, Ukrayna Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan birinci dərəcəli kapitanı, 2004-2020-ci illərdə Ukrayna Hərbi Dəniz Qüvvələrinin qərargah rəisinin müavini olmuş Andrey Rıjenko Qara dənizdə baş verənlərdən danışıb.
Reyting.az A. Rıjenkonun müsahibəsini təqdim edir:
- Cənab Rıjenko, Rusiya Federasiyasının Qara dəniz donanmasının gücü və imkanları nə qədərdir, məşhur “Moskva” kreyserindən başqa Rusiyanın nə qədər gəmisi sıradan çıxarılıb?
- Rusiya Federasiyasının Qara dəniz donanmasında hazırda 80 hərbi gəmi və kater var. Onlardan ən təhlükəlisi raket gəmiləridir. Əvvəla, bunlar yeni 11356 freqatlarıdır. Bunlar yaxın, uzaq dəniz və okean zonalarının idarə olunan raket silahları ilə 2-ci dərəcəli Rusiya çoxməqsədli freqatlarıdır. Ümumilikdə bunlardan üçü var, indi ikisi Qara dənizdədir, biri isə Suriyanın Tartus bazasında qalıb.
Həmçinin “Buyan-M” tipli üç raket korveti, dörd sualtı qayıq var. Onlar ən təhlükəliləridir, çünki “Kalibr” raketləri daşıyır və atırlar.
Bura daha bir raket korveti “Karakurt” əlavə edilməlidir. Bu yaxınlarda Rusiya donanmasına qəbul edilib. Bu ilin sonuna qədər daha ikisi, yəni ümumilikdə üçü nəzərdə tutulub. Onlar Mariupoldakı hərbi dəniz bazası üçündür. İddialara görə, onlar məhz orada məskunlaşacaqlar. Bundan əlavə, rusların sovet istehsalı olan bir neçə qayıq və gəmiləri var ki, onlar “Moskit” raketləri (bu, saniyədə 800 metr sürətlə uçan çox sürətli raketdir) ilə təchiz edilib.
Rusların sualtı qayıqlara qarşı gəmiləri də var. Biz bilirik ki, genişmiqyaslı işğalın əvvəlində onların 13 iri desant gəmisi var idi, onlardan biri - “Saratov” məhv edildi, ikincisi - “Olenegorski” ciddi zədələnib. Yəni, hazırda xidmətdə olan 11 böyük amfibiya gəmisi dəniz piyadaları briqadasını endirməyə hazırdır.
Hərbi əməliyyatlar başlayandan bəri biz düşmənin 18 gəmi və katerini zədələmiş və məhv etmişik. Demək lazımdır ki, onlardan bəziləri, məsələn, İlan adası yaxınlığında məhv edilən “Raptor” tipliləri sonradan ruslar tərəfindən təmir edilib.
İndi bizim üçün ən böyük təhlükə raket gəmiləridir. Birinci prioritet “Kalibr” raketləri olanlar, ikincisi isə “Moskit” raketləri daşıyanlardır. Onlar fəaliyyət göstərirlər, başlanğıc mövqeləri Sevastopol və ya Novorossiysk yaxınlığındadır. Onlar mütəmadi olaraq bu raketləri buraxırlar.
Növbəti prioritet təhlükə amfibiya hücum gəmiləridir. Onlar amfibiya hücumunu həyata keçirməyə hazırdırlar, lakin hazırda bunun üçün əlverişli vəziyyət yoxdur.
- Bu yaxınlarda Ukrayna tərəfindən vurulan “Olenegorsk” gəmisi “ölü yük” kmimi xarakterizə olunur. Sizcə, onun ziyanı nə dərəcədə ciddidir?
- Gəminin çox ciddi ziyanı var. Mühərriklər, gəminin elektrik sistemi, bütün kabel yolları ciddi zədələnib. Orada avadanlıqların olduğu çən bölməsinə də ciddi ziyan dəyib. Sahildən bir az uzaqda vurulsaydı, batacaqdı. Bu gəminin qırx yeddi yaşı var, suyun altında idi, yəni bütün aqreqatları duzlu su basmışdı. O, Polşada tikilib və indi ehtiyat hissələri tapmaq çətin və bahalı olacaq. Ona görə də hesab edirəm ki, onu bərpa etmək məqsədəuyğun deyil. Əgər hansısa ideoloji mülahizələr varsa, bəlkə də buna gedəcəklər.
- Sizcə, Rusiya Federasiyasının Qara dəniz donanmasını məhv etmək üçün nə qədər dəniz dronu lazımdır?
- Əgər səksən hədəf gəmi varsa, ən azı bir neçə yüz pilotsuz uçuş aparatı, xüsusilə dəniz dronları lazımdır. Axı bu dron həm də hədəf tapmalıdır.
Aydındır ki, pilotsuz uçuş aparatı raket deyil. Məsələn, gördük ki, hədəf raket atış mövqeyinə daxil olub, siz raketi işə salırsınız və o da uçur. “Harpun” raketi iki yüz kilometri 10 dəqiqəyə qət edəcək. Və bu dronun hücum mövqeyinə girməsi üçün 5-6 saat vaxt lazımdır. Bu müddət ərzində düşmən gəmisi manevr edə, qorunan bazaya qayıda, başqa mövqeyə keçə bilər. Bu nəzərə alınmalıdır.

Ümumiyyətlə, dronlar kifayət qədər uğurlu texniki həlldir. Mən bunu “ağcaqanad donanmasının” bir hissəsi adlandırardım, çünki onlar kiçikdir, gözlənilməzdir, amma çoxuna ehtiyacınız var. Bununla belə, onlar raketlərdən qat-qat ucuzdur və daha sürətli hazırlana bilər.
- Bu dronların zəif tərəfləri varmı?
- Dronun zəif cəhətləri var. Birincisi, vizual olaraq aşkar edilə bilər. Sevastopolun təcrübəsinə əsasən, ruslar orada bütün lazımi müşahidə məntəqələrini quraşdırıblar və onlar sahil postlarından istifadə etməklə bizim dəniz pilotsuz dronlarımızın aşkarlanmasında kifayət qədər fəallıq göstərirlər. Yəni həm dənizdən, həm də havadan öz pilotsuz təyyarələrindən, helikopterlərindən də istifadə edirlər. Beləliklə, bizim dəniz dronumuz yaxınlaşdıqda məhv edilə bilər.
İkincisi, rusların onu məhv etmək üçün silahları var. Bunlar pulemyotlar, qumbaraatanlar, kiçik çaplı artilleriya, elektron döyüş vasitələridir.
Üçüncüsü, artıq dediyim kimi, dron hədəfə yaxınlaşa və o yerdə heç nə olmaya da bilər. Daha bir məqam - dron körfəzdəki bum baryerindən fiziki olaraq keçə bilmir.
- Belə iddia var ki, Ukraynada mövcud olan raketlərlə Sevastopol körfəzini nişan almaq son dərəcə çətindir…
- Sevastopol körfəzinin çox güclü zenit müdafiəsi var. Orada, məsələn, ATACMS kimi sürətli raketlərdən istifadə etmək mümkündür. Belə sürətli raket müdafiədən keçə bilər.
- Rusiya gəmilərinə qarşı dronların istifadəsindən danışdıq, bəs raketlərdən istifadənin potensialı nədir?
- Bizim raketlərimiz var, amma biz onları atmırıq, çünki ruslar Qara dənizin şimal-qərb hissəsinə girmir. Problem ondadır ki, bizdə Novorossiyskədək Rusiya gəmilərini atəşə tutmaq üçün istifadə oluna bilən 700 kilometrə qədər mənzilli raketlər yoxdur. Ancaq bu problem raket qayıqlarından istifadə etməklə həll oluna bilər. Çünki onlar sürətlidirlər, düşmənin onları aşkar etməsi çətindir. Biz bu qayıqları sahildən uzaq bir nöqtəyə yönəldə və oradan vura bilərik. Bu halda raketləri Rusiya gəmilərinin gizləndiyi Krıma və Novorossiyskə çatdıracaqlar. Bundan əlavə, məsələni qayıq dronlar da edə bilər. Ona tapşırıq verilir və onlar yalnız raketi daşıyacaq. Belə bir qayıq 200 milə qədər çox sürətlə gedir, bəlkə də 4 saatda. Və o, raketi tam məsafədə vura bilir. Raketi vurmaq pilotsuz təyyarədən daha çətindir. Və belə bir hücum üçün, məsələn, müasir gəmi əleyhinə raket NSM (Naval Strike Missile) istifadə edə bilərsiniz. Onun çəkisi 410 kiloqramdır (məsələn, Harpun raketinin kütləsi 540-691 kiloqramdır). Buna görə də bir və ya iki belə raket kiçik bir gəmiyə yerləşdirilə bilər.
ELÇİN
Reyting.az
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər