00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
Tarix: 27-10-2023 11:01 | Bölmə: Müsahibə

Bizi sevgi fəsli çəkir...
Bir ilahi səsmi çəkir?
O kimdi, eşq rəsmi çəkir
Sinəmin kətan yerinə?!
və ya
... bəlkə çiçəklərin davası düşüb –
Lalələr hamısı qan içindədi?!
Əlizadə Nuri çox istedadlı şairidir. Məmləkətdə bu qənaətdə olan minlərlə oxucu, ədəbiyyat adamı var. Şairin hər yeni şeiri, təzə kitabı maraqla qarşılanır, ədəbi ictimaiyyətdə, sosial şəbəkələrdə müzakirə edilir. Sözü durulmaq üçün bulaq suyu sayan şair hesab edir ki, nəşr olunan hər bir kitab ədəbi aləmdə hadisə yaratmağı bacarmalıdır.
Maraqlıdır ki, paytaxtdan kənarda- doğulduğu Cəlilabadda yaşayıb-yaratması Əlizadə Nurinin tanınmasına və populyarlaşmasına mane olmur. Şair bu günlərdə yolunu Bakıdan salmışdı, biz də bu fürsətdən yararlanıb onunla görüşüb söhbətləşdik. Məlum oldu ki, onun paytaxta gəlişi səbəbsiz deyil, “Sənə yağış dərirəm” adlı yeni çapdan çıxan kitabını mətbəədən götürməyə gəlib.
Nə isə söz-sözü çəkdi...
- Şair Əlizadə Nuri üçün söz nə deməkdir?
- Söz qanaddır mənə görə - uçmaq üçün göy üzünə. Söz bulaq suyudur durulmaq üçün. Durulmağa isə hər vaxt ehtiyac var toz basmış bu dünyada.
Söz ən yaxın dostdur, heç vaxt səni tərk etməyəcək, əgər ona “etibarsız” çıxmasan...
Söz dünəndir, sabahdır, əbədiyyətdir, söz həm də ədəbiyyatdır. Puşkin “Şair gərək Allah qədər gözəl olsun bu dünyada”,- deyirdi, söz Allaha çatmaq üçün ən yaxşı bələdçidir...
Şairlik-sözlə inqilab etməkdir, yer üzünə etirazdır. Viktor Hüqo əbəs yerə demirdi ki, Fransa inqilabını Volterin əsərləri törədib.
- İkimiz də sovet dövründə yaşamışıq, hələ o zamanda da Bakıya köçmədən yazıb-yaradan və məşhurlaşan şair, yazıçılar az deyildi...
- Deyəsən Balzakın fikridir - “Fransada şair çoxdur, amma gərək şairin şairliyini Paris təsdiq etsin”. Lakin mən bu fikirlə razı deyiləm.
- Arqumentiniz varmı?
- Var, Tanrı istedadı və ilhamı verəndə məxsusi yer seçmir. İstedad dünyanın ən ucqar kəndindən də boy göstərə bilər. Hesab edirəm ki, istedad və urbanizasiya fərqli-fərqli məfhumlardır. Ən azından Tolstoy, Çexov, Bodler, Musa Yaqub nümunəsi var.
- Şair, yaşadığınız Cəlilabaddan baxanda poeziyamız necə görünür?
- Göy üzü yerdən baxanda necə görünürsə, poeziya aləmi də elə görünür. Uzaqlıqda yaxınlıq instinqti...
Əsl poeziyaya hansı bucaqdan baxırsan bax, orada qaranlığın içində közərən işığı, kədərdən boylanan ümidi, fanidən zühur edən əbədiyyəti görəcəksən. Əgər, Moralis demişkən, “Yazdığın şeir sənə yox, sən yazdığın şeirə məxsussansa...”
- “Şair xalq” - deyə-deyə bizi inandırıblar, yoxsa bu ifadədə həqiqət var?
- Nikolay Tixonovun “Şair xalq” ifadəsi yanlış və yersiz ifadədir. Şair xalq olmur, bir xalqın içərisindən cəmi 5-10 nəfər əsl şair çıxa bilər. Təbii ki, şeir adına maklatura sırıyanları nəzərə almasaq.
Yüksək gərginlikli bədii enerji hamıda ola bilməz axı... “Şeir qəssabları” hər gün sözün başını kəsməklə məşğul olur və dönüb olurlar “şair xalqın” nümayəndələri. Düşünürəm ki, “Şair xalq” ifadəsi böyük sözə, söhbətimizin əvvəlində barəsində danışdığımız sözə yanlış yanaşmadan başqa bir şey deyil.
- Texnologiya çox böyük sürətlə inkişaf edir, belə getsə tezliklə süni intellekt şeir, bədii mətnlər də yaza biləcək...
- Əslinə baxanda “intellekt” sözü daha çox idraki, elmi mahiyyət daşıyır, nəinki yaradıcı. Şeir isə təfəkkür və təxəyyül işidir. Lap elə “kosmik şeir” ifadəsi işlətsək də, şeir beynin yox, ürəyin məhsulu sayılır. Təbii ki, şeirin göy üzü ilə bağlılığını da danmaq olmaz.
- Bakıya budəfəki gəlişiniz bildiyim qədəri ilə yeni kitabın çapı ilə bağlıdır. Bu neçənci “övladınız” sayılır, şair?
- Məncə kitabın övlada bənzədilməsi bir az ziddiyyətli məsələdir. Övlad bioloji, kitab isə daha çox mənəvi tələbatdan doğur.
Bu gün Azərbaycanda kitab çap etdirməyin “asan” olduğu bir vaxtda hər kitaba daha çox imtahan kimi baxmağın tərəfdarıyam və bu “imtahandan kəsliməməyə” çalışıram. Bu yerdə Çin xalq məsəlini xatırladım - “Heç bir gəmi insanı kitab qədər uzağa apara bilməz”.

Düşüncəmə görə, kitab çap etdirmək ciddi hadisə sayılmalı, hər yeni kitab da ədəbiyyatda hadisəyə çevrilməlidir.
Bu günə kimi işıq üzü görən kitablarımın sayına gəlincə, yeni nəşr edilən kitabım sayca onuncudur. Kim bilir, bəlkə də bu elə sonuncu imtahanımdır...
Etibar CƏBRAYILOĞLU
Sonda istedadlı şair Əlizadə Nurinin yeni şeirlərindən birini oxucularımıza təqdim edirik:
Darıxmağın rəsmi
Hardasan, şəhla gözlüm?
Sən ən şirin acımsan.
Hələ də bilmirəm ki,
Dərdmisən, əlacmısan?
Yuxuma dağıtmısan
Saçının yumşağını.
Sən yoxsan, kim böyütsün,
Bu sevda uşağını?
Yol tapıb çıxa bilmir
Bu tinim, bu dalanım.
Mən sevgi qaçqınıyam-
Gəl, səndə daldalanım.
Düşmüşəm bu çöllərə,
Düşmüşəm-azmaq üçün
Ürəyim bir divarmış
Şəklini asmaq üçün.
Bir körpə ümidim var,
Ağlayır qundağında.
Arzularım can verir,
Kədərin qucağında.
Hardasan, hardan bilim,
Mən hara üz döndərim?-
Darıxmağın rəsmini
Çəkib sənə göndərim...
Özün məndən uzaqsan
Kölgən keçir yanımdan.
...Adına soyuq dəyər –
Düşmə dodaqlarımdan.
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər