00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
Tarix: 27-10-2023 15:19 | Bölmə: Müsahibə

Komitə sədri: “Gələcəkdə yeni strategiyaların hazırlanmasını hazırki dövr ən vacib məsələlər kimi qarşımıza məqsəd olaraq qoyur”
Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc AZƏRTAC-a müsahibə verib.
Reyting.az müsahibəni təqdim edir.
- Zahid müəllim, Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğuların nəticələrinin dövlət qurumlarının fəaliyyətinə göstərdiyi təsiri barədə fikirlərinizi öyrənmək istərdik.
- Bizim 5 ilə yaxın müddətdə hazırladığımız 40-dan artıq müxtəlif məzmunlu kitablarımızın, jurnallarımızın mütləq əksəriyyəti dövlət qurumlarına təqdim edilib. Onların verdiyi reaksiyalar bu dövr ərzində qərar qəbuletmədə Mərkəzin irəli sürdüyü baxışların, yanaşmaların, təhlili sənədlərin və arayışların yekunlarını obyektivcəsinə qiymətləndirməsinə kömək edir. Aparılan sorğuların nəticəsi onu deməyə əsas verir ki, buna qədərki dövrdə əgər dövlət və hakimiyyət orqanları istənilən məsələyə yanaşmanı özlərinin cari baxışları əsasında verirdilərsə, indi tədricən bu platforma onlara təsir edir.
İcra hakimiyyəti orqanları, onların fəaliyyəti istiqamətində də sorğularımız var. Məsələn, insanlar hansı islahatların aparılmasını istəyirlər? Bizim hədəfimizdə olan mühüm məsələlərdən biri də icra hakimiyyəti orqanları ilə bağlı olub. Başadüşüləndir ki, dövlət qurumları öz fəaliyyətlərini sorğuların nəticələrindən fərqli görürlər və o cür təqdim etməyə çalışırlar. Amma vətəndaş rəyi çox önəmlidir. Səkkiz icra başçısının həbs edilməsi də qeyd olunan məsələlərin məntiqi davamıdır. Yəni, onların fəaliyyətinə açılacaq iş yerləri, əhalinin razılığı və sair əsaslarla qiymət verilir. Bu, bir epiqrafdır, dövlət kursunun əsaslanan xəttidir. Bildiyim qədər dövlət və hakimiyyət orqanları bu istiqamətdə sistemli işlər aparırlar.
- STM-in Nizamnaməsindən hansısa müddəaların çıxarılması, həmçinin orada əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulurmu?
- Təkcə Sosial Tədqiqatlar Mərkəzinin, yaxud dövlətin hər hansı strukturunun nizamnaməsində deyil, ümumilikdə hər bir azərbaycanlının düşüncəsində inqilabi dəyişikliklər baş verməlidir. Belə ki, Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır. Ona görə də 44 günlük müharibə və bir günlük antiterror tədbirlərinin bizim həyatımıza gətirdiyi yenilikləri qəbul etməli, o çağırışları düzgün hesablamalı və qarşıdakı işləri bu ideologiya ilə həyata keçirməliyik. Eyni zamanda, gələcəkdə yeni strategiyaların hazırlanmasını hazırki dövr ən vacib məsələlər kimi qarşımıza məqsəd olaraq qoyur.
Vətən müharibəsindən sonra Sosial Tədqiqatlar Mərkəzi 700 mindən artıq məcburi köçkünün öz doğma yurdlarına qayıdışı ilə bağlı 200 səhifəyə yaxın tədqiqat işi hazırlayıb. Hazırda işğaldan azad olunan ərazilərə əhalinin qayıtmasının sadəcə beynəlxalq nəzəri və hüquqi əsasları var, amma praktiki nümunələri yoxdur. Yəni, hazırda dünyada öz yurdlarına geri dönmüş xalq nümunəsi yox idi. Amma Azərbaycan artıq dünyada bunun praktiki nümunəsini yaratdı. Bu tədqiqat işimiz də Prezident İlham Əliyevə təqdim olunub. Baxmayaraq ki, hərbi meydanda savaş bitib, amma informativ, diplomatik müstəvidə, beyin mərkəzləri istiqamətində yeni-yeni təhdidlər və risklər mövcuddur.
- STM gələcək fəaliyyətlərində hansı istiqamətlər üzrə sorğular keçirməyi planlaşdırır?
- İlk növbədə, bütün sahələrdə güclü vətəndaş hazırlanması məqsədilə fəaliyyətlərin genişlənməsi üçün tədqiqatlar aparıla bilər. Təhsilə, səhiyyəyə əlçatanlığın təmin edilməsi, insanların sağlamlığının yerində olması vacib məsələlərdir. Biz vətəndaşların müxtəlif sosial problemləri, istəkləri, tələbləri ilə bağlı 2024-cü ildə tədqiqatlarımızı genişləndirəcəyik.
Digər istiqamət isə Böyük Qayıdışla bağlı məsələdir. Yəni qayıdış yalnız konkret sayda insanın dağıdılmış ərazidə yeni tikilən evlərə getməsi ilə bağlı deyil. Ona görə qayıdışla bağlı insanlar arasında milli birliyin təmin edilməsi vacib elementdir. Bilmək lazımıdır ki, bu, bir evə getməkdən də böyük hadisədir. Bundan əlavə, dövlətin siyasi-ideoloji sisteminin hazırlanmasında Mərkəzin üzərinə çox vacib öhdəliklər düşür. Üçüncüsü, bölgədə kommunikasiyalar açılacağı təqdirdə bir sıra tarixi əlaqələr bərpa olunacaq. Bu da yeni çağırışlarla qarşılaşacağımız anlamına gəlir.
- Mərkəz nəticəsi ictimaiyyətə açıqlanmayan sorğular da keçirirmi? Keçirilirsə bunun mahiyyətində nələr durur?
- Nəticəsi açıqlanmayan sorğuların hamısı bir qədər qapalı formatda aparılır, çünki dövlətin həmin məsələlərlə bağlı planları mövcuddur. Bizim açıqlamadığımız sorğulara ölkə əhalisinin müxtəlif problemlərə baxışları, etnik-milli və regional, həmçinin Azərbaycanda bəzi ölkələrin nüfuzunun hansı səviyyədə olması və digər məsələlər daxildir. Ümumiyyətlə, araşdırma və beyin mərkəzlərinin dünya arealında fəaliyyətlərinin heç də hamısı açıqlanmır, müəyyən məqsədlərə xidmət edir.
Misal olaraq, STM 2022-ci və 2023-cü illərdə apardığı sorğularla Xankəndidə yaşayan erməni sakinlərinin müxtəlif məsələlərə baxışlarını öyrənməyə çalışıb. Qeyd olunan bu sorğuların nəticələri ictimaiyyətə açıqlanmayıb, çünki dövlətin istifadəsi üçün edilib. Sorğuların nəticələri dövlətimizin başçısı tərəfindən də yüksək qiymətləndirildi.
Tədqiqatlardan gəlinən nəticə bu idi ki, Xankəndidə yaşayan ermənilərin 70 faizdən çoxu müstəqillikdən tamamilə kənar bir mövqedə idilər. Yəni, özlərini Azərbaycan torpağında ikinci erməni sisteminin bir hissəsi kimi təsəvvür etmir, hətta oradakı keçmiş qondarma rejimə də inanmırdılar. Erməni əhalisinin təfəkküründə böyük transformasiya və dəyişiklik baş verib. Buna qədərki dövrdə erməni ideoloqlarının əli ilə onlar inandırılmışdı ki, siz Xankəndidə müstəqil dövlət qurub yaşaya bilərsiniz.
Son 5 ildə Mərkəzin Qarabağa dair 10-a yaxın tədqiqat layihəsi olub. Tədqiqat işlərinin əksəriyyəti dövlət işi üçün çox yararlı sənədlər sayıla bilər.
Azərbaycanda sosioloji praktikada sorğuların keçirilməsi geniş şəkildə yayılmadığı üçün bəzən insanlarda şübhə, bir sıra hallarda ehtiyatlılıq, narahatlıq müşahidə olunur. Həmçinin də vətəndaşlar ildən-ilə proseslərin effektivliyini görürlər ki, sorğular onların mənafelərinə bağlıdır, vəziyyətlərinin yaxşılaşdırılmasına müsbət təsir göstərə bilər.
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər