Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 16-06-2016 13:51 | Bölmə: Cəmiyyət / Xəbərlər

Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) arasında münasibətlər yenidən gərginləşib.
Reyting.az "Azadlıq” qəzetinə istinadən xəbər verir ki, hər iki qurum zaman-zaman üz-üzə gəlsələr də, Mikayıl Cabbarovun təhsil naziri təyin olunmasından sonra onlar arasında qarşıdurma bir qədər səngimişdi. Lakin orta məktəblərdə buraxılış imtahanlarının nəticələri açıqlanarkən ortaya rüsvayçı faktların çıxması bu iki qurumu yenidən üz-üzə qoyub.
Məlumatda bildirilir ki, artıq Mikayıl Cabbarov açıq şəkildə Dövlət İmtahan Mərkəzindən narazılığını ifadə edib.
Təhsil naziri bu il imtahan verən rus bölməsinin 500-ə yaxın şagirdinin Azərbaycan dili fənnindən "2″ qiymət alması ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, imtahanların nəticələri hər il Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edildikdən sonra Təhsil Nazirliyinə tərəfindən təhlil edilir: ”Bu il üçün olan nəticələr Təhsil Nazirliyinə hələ təqdim edilməyib. Mənim üçün maraqlıdır ki, bu məlumat mediada artıq var, amma Təhsil Nazirliyinə məlum deyil. Təhsil Nazirliyində bu məlumat olmadığı üçün fikir bildirmək çox çətindir”.
Nazir qeyd edib ki, qanunvericiliyə əsasən, həmin nəticələr Təhsil Nazirliyinə təqdim edilməlidir: "Təqdim edildikdən sonra nəticələrlə bağlı cavab verə bilərik”.
Göründüyü kimi, Mikayıl Cabbarov nəticələrin Təhsil Nazirliyindən əvvəl mediaya ötürülməsinə açıq şəkildə narazılıq edib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər