00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Akif Əli yazır: Millətin öz yeri, dinin öz yeri... - Söz haqqı...
Tarix: 18-08-2019 10:47 | Bölmə: Cəmiyyət / Xəbərlər

Akif ƏLİ,
Yazıçı-publisist,
Fəlsəfə doktoru
(esse)
Sadə kütlənin yanlışı arzu edilən olmasa da, ittiham edilməli də deyil. Ancaq ziyalı zümrənin səhvi iradlara açıqdır. Müstəqilliyin ilk illərindən etibarən ölkə ziyalıları orientir seçməkdə tərəqqi ilə tənəzzül arasında qalmışdı. Və paradoks yarandı: əksər ziyalılar kütləyə qoşulub geri qayıtdılar. Az qism mütərəqqini seçdi.
Vətənin şanlı tarixini yaxşı bilməyən, öyrənmək həvəsində də olmayan “dəyirmanda oturanlar” dövlətin müstəqilliyindən daha çox dini müstəqilliyə şükr oxudu. Bütün milli-mənəvi dəyərlərimizi, ədəbi-bədii, elmi-fəlsəfi düşüncə nailiyyətlərimizi din pərdəsi altında, İslamın uğurları çərçivəsində izah etməyə, yazmağa, yaymağa, hətta canfəşanlıqla təkid etməyə başladılar. Allahın əvəzinə hökm çıxaranlar, peyğəmbərin əvəzinə təfsir verənlər, daşın-divarın, heyvan və bitkilərin üzərində “əski əlifba ilə yazılmış ayə” axtaranlar, “Boinq”də oturub şalvar balağının hündürlüyünü ölçənlər, saunada araq içə-içə qadın başörtüyünün dolağını sayanlar və s. “problematikanı” dartışanlar həqiqətən Allahın “möcüzəsidir”.
Söhbət təbii ki, İslamın, ya başqa bir dinin yaxşı-pisliyindən getmir. Sözümüz din haqqında yox, dini savadsızlıq haqqındadır. Din-din deyib dinin mahiyyətini anlamadan din pərdəsi altında manipulyasiya edən “diplomlu savadsızlar” haqqında... Bəzən görürsən bir səlahiyyət sahibi guya ölkəmizin özəlliyini izah edirmiş kimi, - “Bilirsiniz, biz müsəlman dövlətiyik...” - deyir. Dərhal bilinir ki, adamın nə Dövlət anlayışından, nə Millət anlayışından, nə Konstitusiyadan, nə Dindən, nə də elementar məntiqdən xəbəri var. Rəsul Rza demişkən, “zato” dövlətdən maaş alır... Aludəçilik bəzən elə absurd həddə çatır ki, birisi hətta ərəb işğalından əvvəlki tarixə aid hadisələrdən, şəxslərdən danışanda onları “bu taya” gətirib “müsəlmanlaşdırdığının” fərqinə varmır. Eynən onun da fərqinə vara bilmir ki, öz fanatikliyi ilə yad dəyirmanına su tökmədədir.
Əslində guya “dini” - təqdir, “işığı” - təmsil edən belə ziyalılar Orta əsrlərə xas xurafata qapanıb qalmaqla əslini dananlardan olurlar. Bunlar Cümhuriyyətin görkəmli şəxsiyyətlərindən Nağı bəy Şeyxzamanlının dediyi, - “Şanlı keçmişindən fəxarət duyulan Azərbaycan ölkəsi”nin keçmişini yeddinci əsrdən o tərəfə keçirə bilməyən dərrakə sahibləridir. Sanki ondan o tərəfdə Azərbaycan və Azərbaycan tarixi olmamışdır. Sanki o tərəfdə milli-mənəvi dəyərlərimiz, ədəbi-bədii, elmi-fəlsəfi düşüncə nailiyyətlərimiz olmamışdır. Sanki xalqın tərəqqisi naminə qaragüruha qarşı dini mövhumatla çarpışmalarda can qoymuş Babək, İ. Nəsimi, M. F. Axundzadə, S. Ə. Şirvani, H. B. Zərdabi, M. Ə. Sabir, M. Cəlil, Üz. Hacıbəyli, Ə. Haqverdiyev, C. Cabbarlı, N. Nərimanov olmamışdılar...
Əlbəttə, mürtəce meyllərin ilk və başlıca səbəbi savadla, biliklə bağlıdır. Savad, bilik olmayan yerdə xurafat baş qaldırar. Tarixi bilgisizlikdə Sovet dövrü tarixşünaslığının da “əməyi” var. Belə ki, dəmir akvariumda ümumi “Sovet xalqı” yetişdirmək hikkəsi yeridən eksperimental rejim xurafata qarşı haqlı olaraq nə qədər kəskin, effektiv mübarizə aparırdısa, ayrı-ayrı xalqların tarixinə, soykökünə, milli kimlik məsələsinə qarşı da eyni əzmlə inkarçılıq mövqeyi göstərirdi. Heç bir elmi əsası olmadan, yalnız konyuktur mülahizələr zəminində Azərbaycan tarixinin və mədəniyyətinin 1920-ci ildən başladığı kimi absurd tezislər yürüdən yadların qulluğundakı milli acizlər də qədim dövr tariximizi obyektiv araşdırmaqdan qaçıblar. Heydər Hüseynov, Ziya Bünyadov kimi əsil Qəhrəman alimlər (təbii ki, onların sayı daha artıq idi, ancaq mən bu görkəmli şəxsiyyətlərin adını yalnız nümunə kimi çəkirəm) tariximizin müəyyən dövrlərini olduğu kimi yazsalar da, hədsiz dərəcədə zəngin olan vətən tarixinin qatlarını açmaq, daxildə və xaricdə mövcud olan minlərlə əlyazmaları, xəritələri, salnamələri, digər tarixi sənədləri axtarıb tapmaq, öyrənmək, tədqiq etmək, araşdırmaq üçün bu say əlbəttə, kifayət etməzdi. Xüsusən, daha çox boşluqları olan eradan əvvəlki dövrü obyektiv, hərtərəfli işıqlandıran tədqiqatçılara ehtiyac vardı. Çünki Böyük Azərbaycanın dövlətçilik tarixini, mədəniyyət tarixini araşdırmaq, görkəmli şəxsiyyətləri tapıb üzə çıxartmaq, mürəkkəb hadisələrin dolğun, dəqiq mənzərəsini yaratmaq üçün böyük də elmi potensial gərəkdir. Bir vaxtlar böyük ərazisi olan, sonra davamlı istilaların küncə sıxışdırdığı Azərbaycan torpağında mövcud olmuş bütün qədim dövlətlərin, bəyliklərin, xanlıqların, sultanlıqların hamısını tapmaq, öyrənmək, dünyanın dörd bir tərəfində böyüklü-kiçikli muzeylərə, kolleksiyalara səpələnmiş dəlil-sübutları, sənədləri, arxiv materiallarını yığıb-yığışdırmaq asan iş deyildi. Bunun üçün fars, rus, alman, ingilis, fransız, ərəb dillərini bilən peşəkar mütəxəssislər hazırlamaq lazım idi. İstilalar zamanı ölkəmizdə təkcə var-dövlət, qızıl-gümüş, bağ-bağat yağmalanmayıb, həm də mədəniyyət abidələri, kitablar, əlyazmalar daşınıb aparılıb (ərəb, monqol, rus, bolşevik işğallarından sonra bu gün də ermənilər eyni talanı davam etdirirlər). Odur ki, Ərəb, Rusiya, İran, eləcə də çarın canişini əyləşən Gürcüstan arxivlərində, digər xarici ölkələrin arxiv və muzeylərində Azərbaycan tarixi ilə bağlı nə qədər qatı açılmamış materiallar yatır. Əsrlər boyu yığılıb qalmış bu nəhəng mənbələri alimlərimiz yalnız dövlətin dəstəyi və himayəsi ilə axtarıb, tapıb gerçək tariximizin tədqiqinə cəlb edə bilərdilər. Müxtəlif dövlət-hökumət qurumlarının, Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının, universitet rəhbərlərinin diqqəti bu sahələrə yönəltməsi, beş-on nəfərin yox, bəlkə də yüzlərlə tədqiqatçının müxtəlif profillər üzrə hazırlanması, işə cəlb edilməsi, istiqamətləndirilməsi, stimullaşdırılması xalqın mənafeyi baxımından zəruridir.
Ancaq heyhat... 1920-ci ildən 1990-cı illərədək bu sahədə işlər, bir adam demişkən, “dondurulub”. Qədim dövrün tədqiqatını öz monopoliyasında saxlayan konyukturçu akademislərin gözü Kompartiya ideoloqlarının ağzına baxıb və tariximizi olduğu kimi yazmağa öz “ağzının cəsarəti” çatmayıb. Qədim tariximizi öyrənməyə cəsarəti çatmayanlar qəzet, televiziya, radio materallarını köçürüb özlərinə elmi iş düzəldir, ad-san qazanırdılar (heç də şişirtmirəm, şəxsən mən tele-radio verilişlərimin ssenari mətnləri üzrə elmi iş, kitab, məqalə yazanları tanıyırdım). Biz sözlə, ən mühüm hadisələrin tədqiqatdan kənarda qalması nəticəsində həm elmi ictimaiyyət arasında dövr edən, həm də orta və ali məktəblərdə kütləvi tədris edilən şanlı keçmişimizin mənzərəsi təhrifli, yarımçıq, maraqsız süjetlərlə dolub və asta-asta unudulub... Bu səbəbdən müstəqillikdən sonrakı dövrdə bəzi ziyalıların orientir tərəddüdləri üçün bəlkə də hardasa bəhanə var.
Ancaq nadancasına xurafat girdabına yuvarlanmanın bir ayrı səbəbi də olub. Sovetlərdən qurtulub yeni müstəqillik əldə etmiş ölkənin kommunizmdən fərqli öz ideologiyasının yaradılmaması. Qafqazda yerli xalq olan türkdilli Azərbaycan oğuzlarının qədim milli-mədəni, əxlaqi dəyərləri, qədim tarixi, qədim dini, qədim dövlətçiliyi, görkəmli şəxsiyyətləri göz önünə alınmaqla dərhal hazırlanmalı olan bu cür milli ideologiya bütün ictimai-siyasi, hüquqi, iqtisadi, hətta hərbi quruculuq işlərindən də öndə getməli idi. Bu ideologiyanın elmi-nəzəri bazası üçün həm klassik ədəbi-fəlsəfi fikir nümayəndələrinin, həm fəaliyyəti bolşeviklər tərəfindən yarımçıq kəsilmiş milli hökumətin - Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin, həm də öz vicdanlı alimlərimizin əsərləri ən yaxşı örnəkdir. Təəssüf ki, xalqın böyük inam bəslədiyi növbəti milli hökumət, - AXC-Müsavat hakimiyyəti - bu əlverişli fürsəti dəyərləndirə bilmədi, iş təşkil olunmadı. Əksinə, o dövrdə yanlış olaraq ictimai fikirə ideologiyanın kommunizm mirası olduğu yeridildi ki, bu da savadsızlıqdan irəli gəlirdi...
Qısaca tezislər şəklində nəzər yetirdiyimiz səbəblər üzündən tarix elmimiz – eyni qaydada cəmiyyətimiz, xüsusən, gənclərimiz, - müstəqillik dönəminə öz qədimliyindən demək olar ki bixəbər halda gəlib çıxdı. Artıq o qədim dövrü yenidən öyrənmək, araşdırmaq üçün yaşlı nəslin vaxtı, gənclərin isə həvəsi qalmamışdı. Beləcə, danışmaq lazım olanda hərə öz bildiyi səviyyədə danışıb mülahizə yürüdür, iddia bildirirdi ki, nəticədə zərbə - “Vətən, vətən, sənə dəydi”!
***
Haşiyə: Hörmətli oxucu düşünməsin ki, bunları indi dilə gətirməklə, mən də “təpik altında” qalanlara “fürsətdən istifadə edərək” irad bildirirəm. Əsla! Tanıyanlar bilir. Mən həmişə sözümü zamanında demişəm. Sözügedən məsələ barədə də Milli hakimiyyətin lap ilk günlərində - hələ 1992-ci ildə Milli Məclisin sədri ilə görüşdə təklifimi vermişəm. Və o görüş təsadüfi, ayaqüstü, tədbirlərarası qısa fasilələrdə olmayıb ki, aradan bu qədər vaxt keçəndən sonra kimsə buna “uydurma” desin. Sözümü rəsmi protokol görüşündə demişəm.
...1992-ci ilin mayında həm də qaçqınların kütləvi axını ilə Ali Sovetə doğru əzəmətli yürüş təşkil edən elçibəyçilər hakimiyyəti ələ aldıqdan az sonra, bütün ictimai-siyasi proseslərin fəal iştirakçısı olan qaçqınların təmsilçisi - Azərbaycan Qaçqınlar Cəmiyyəti (AQC) İH-nin nümayəndələri bir sıra təkliflərlə hakimiyyətlə görüşə getdi. Mən də AQC-nin orqanı olan “Vətən səsi” qəzetinin Baş redaktoru kimi nümayəndə heyətinin tərkibində idim. Görüş Prezident Aparatında, Elçibəyin seçkisinə qədər Prezident səlahiyyətlərini icra edən Ali Sovetin sədri İsa Qəmbərlə keçirilirdi. AQC İH-nin nümayəndələri Niftalı Qocayev, Abbas Səfərov, Həsən Balıyev, Həsən Mirzəyev və b. çıxış edərək qaçqınların problemlərinin həlli istiqamətində ölkə rəhbərliyinə dəyərli təklifləri verdilər. Yeni hökumətin rəsmiləri hamıya çox diqqətlə qulaq asır, qeydlər aparırdılar... Təbii, sonralar hamısı unuduldu getdi, heç nə icra olunmadı. Ancaq sözüm onda deyil.
Həmin görüşdə mən də çıxış edib tarixi dövrün ruhuna və keçirilən görüşün ciddiliyinə uyğun olaraq, öz qəzetimizin qayğılarından yox, dövlətin qayğılarından danışmağa üstünlük verdim. Sovet imperiyasından qurtularaq yenicə müstəqillik əldə etmiş milli dövlətimizin özünün təxirəsalınmadan elmi əsaslar üzərində yeni milli ideologiyasının hazırlanmasının vacibliyindən danışdım. Ümumiyyətlə, o vaxtlar mətbuatda, ali məktəb auditoriyalarında “Dövlət və İdeologiya” mövzusunda tez-tez məqalələrim, çıxışlarım, müsahibələrim olurdu. Prezident səlahiyyətlərini icra edən yüksək vəzifəli şəxslə görüşdə də kommunizmdən fərqli Milli İdeoloji konsepsiyanın işlənməsindən söz açıb, milli dövləti əski sovet dövlətindən fərqləndirən cəhətlərin imperiyadan yeni çıxmış sadə xalq kütlələrinə daha ətraflı izah edilməsinin zəruriliyini bildirdim. İctimai-siyasi, mənəvi-mədəni sahələrdə özgür milli dəyərlərimizin geniş təbliğinin digər dövlət işlərindən heç də az əhəmiyyət kəsb etmədiyini dedim. Və qeyd etdim ki, yeni dövlət quruculuğu prosesində kütlələr arasında indiki hakimiyyətin əvvəlkindən fəqli olaraq öz xalqımıza məxsus milli, mədəni, tarixi köklər üzərində dayaqlandığı barədə izahat işləri mütləq aparılmalıdır. Belə iş kütləvi şüurda milli dövlətçilik amalına bağlılığı artırmaq, xalqı dövlətin ətrafında daha sıx birləşdirmək üçün lazımdır. Sözümün sonunda təklif etdim ki, bu işlərin qurulması üçün ən yüksək səviyyədə ölkə rəhbərliyinin iradəsi ortaya qoyulmalı və Aparatda müvafiq qurum yaradılmalıdır.
Mən sadəlövhcəsinə qlobal məsələlər haqqında düşünüb danışsam da, sonradan bəlli oldu ki, xalqın dəstəyi ilə hakimiyyəti ələ keçirən xalqın sevimli liderləri xalqdan tam arxayın olduqları üçün daha xalqın nümayəndələrinə məhəl qoymurdular. Respublikada tam səlahiyyət sahibi olan rəhbər şəxsin ciddi məsələyə özfəaliyyət səviyyəsində reaksiyası çox təəccüblü oldu. Başının böyük dövlət işlərinə qarışdığını deyən faktiki Prezident məni dinlədikdən sonra, özünəməxsus təmkinlə belə “xırda məsələlər dövlətin yox, siz jurnalistlərin işidir” deyib, ideoloji işi qəzetçilərin özlərinin aparmalı olduğunu tövsiyə etdi... Belə yanaşma təkcə dövlət idarəçiliyindəki təcrübəsizlikdən yox, həm də nəzəri hazırlıqsızlıqdan irəli gəldiyi üçün mütəəssiredici idi. Mən “ i.o. Prezidentin” dövləti təfəkkürdən uzaq rəhbər tövsiyəsinə daha çox ona görə təəssüf etdim ki, bu minvalla “bəy”lərin müstəqil dövlətimizi qura və qoruya biləcəklərinə inamım azaldı...
Onu da deyim ki, mənim təklifim təkcə təhsil aldığım Bakı Ali Partiya Məktəbində və sonra da kafedra müdiri kimi çalışdığım Bakı Sosial İdarəetmə və Politologiya İnstitutundakı tədris prosesində topladığım nəzəri biliklərdən irəli gəlmirdi. Gənc milli hökumətin ideoloji işə ciddi yanaşmaq barədə təklifim həm də tarixi təcrübədən irəli gəlir, bizdən öncə əski imperiyanın küllükləri içərisindən çağdaş, demokratik Türkiyə Cümhuriyyətini qurmuş Qazi Mustafa Kamal Paşanın dühasından qaynaqlanırdı. Atatürk deyirdi: “Qabaqcıl hökumətçiliyin fərqləndirici xüsusiyyəti - xalqı öz qüdrətinə və böyüklüyünə səmimiyyətlə inandıra bilməkdədir. Bu fikrin böyüklü-kiçikli bütün Cümhuriyyət məmurları arasında ən geniş şəkildə yayılmasına önəm vermək lazımdır.”
...Cəmi bir il sonra artıq keçmiş sovet hakimiyyətinin xiffətini çəkməyə başlamış xalq kütlələrinin Gəncə hadisələrindən sonra elçibəyçilərin süqutunu sükutla qarşılaması iqtidar məmurlarının bütün digər sahələrdəki uğursuzluqları ilə yanaşı, həm də “bəy”lərin xalqla səriştəsiz işinin və biganəliyinin adekvat cavabı idi... Bu gün Elçibəy iqtidarının “devrilməsi” barədə yanıqlı versiyalar yürüdən səmimi vətənpərvər insanlar məsələyə birtərəfli yanaşmadan nəzərə alsınlar ki, AXC-Müsavat hakimiyyətinin əsil məqsəd, məram, niyyət və fəaliyyət tərzindən baş açmaq içərisində yaşadığımız o dövrün özü kimi çox çətin, anlaşılmaz və çox da mürəkkəb idi.
Nə isə... Keçmiş olsun!
***
Qayıdaq mövzumuzun davamına. Demək, səriştəsizlik ucbatından Sovetlərdən sonrakı ilk illərdə yaranmış ideoloji boşluğu dörd-bir tərəfdən təcrübəli və məkrli xarici qüvvələrin dini-ideoloji qanadı dərhal gördü və fövrən dəyərləndirdi. Onlar fürsəti fotə vermədən özlərinə məxsus pərdəli üsullarla dini görüşlərin, cərəyan və məzhəblərin, ideoloji basqıların selini gur axınla ölkəmizə doğru yönəltdilər. Yaranmış xaotik, qarmaqarışıq mühitdə həm yaşlı, həm də gənc nəsil dediyimiz obyektiv və subyektiv səbəblər üzündən ümummilli orientiri müstəqil müəyyən edə bilmir və müxtəlif yad təsirlər altına düşürdülər. Həm dini, həm siyasi, həm iqtisadi təsirlər və s.
Belə təsirədüşmələrin ən “millisi” – din sayıldı. Əsrlər boyu qana işləmiş islami dəyərlərə hörmət nümayişi kimi kütlə arasında təqdir olundu, ən əsası isə, əlavə bilik öyrənmək, nəsə oxuyub axtarmaq, araşdırmaq “əzabından” can qurtaran asan yol kimi bütün zümrələrə sərf etdi. Üst düzəndə belə “sərfəli və təhlükəsiz” dinəqapanma “hərəkatı” sabitlik amili kimi təqdir olunsa da, axan gur həlməşik selin içində ən müxtəlif dini məzhəblərim, cərəyanların, hərbi-siyasi ekstremizmə qoşulan qüvvələrin, təxribatçı-casus şəbəkələrin mövcudluğu az sonra narahatlıq doğurmağa başladı. Əlbəttə, milli-təhlükəsizlik və hüquq-mühafizə orqanları sonralar böyük əmək, şücaət sərf edərək, hər dəfə bu “təhlükəsiz təhlükələrin” qarşısını qətiyyətlə ala bildi. Ancaq onların ümumiyyətlə ölkəmizə ayaq açmaması, beyinlərə girməməsi üçün fürsət əldən verilmişdi...
Aydındır ki, kənar dini ideologiya da ölkəni və xalqı öz köklərinə yaxınlaşmaqdan aralı saxlayan Kommunist ideologiyasının başqa forması idi. Hər ikisinin ifrat gəlişmə halında xalq öz tarixini çox uzaqda təsəvvür etmir, öyrənməyə stimul olmur, cəmiyyət buna heç ehtiyac duymur. Dünyanın ən müasir dövlətlərində yaşayan ən qədim xalqların (yapon, çin, hind, ingilis, fransız, italyan, alman və s.) bu gün də ən azı beş-on min illik qədim tarixini, eramızdan əvvəlki dövrlərdən baş alıb gələn mədəniyyətini, qədim mənəvi-əxlaqi dəyərlərini, adət-ənənələrini qoruyub saxladığı halda, Azərbaycandan qılıncla kəsilib ayrılmış qədim tarixi dəyərlər, normalar, adət-ənənələr, bayramlar, abidələr və s. uzağı bir min ilin çevrəsində dövr etdirilir. Və yanlış olaraq (əslində, savadsızlıq əlaməti olaraq) milli-mənəvi dəyərlər dedikdə yalnız dövriyyədə olan islami dəyərlər nəzərdə tutlur.
Halbuki, ən elementar insanşünaslıq elmi onu deyir ki, xalqın milli kimliyi onun dinindən əzəldir. Hər bir xalqın tarixi hər bir dinin tarixindən qədimdir. Öncə - millətin varlığıdır. Sonra gələn dəyər ondan üstün ola bilməz. Müasir din qədim milləti izah edə bilməz. Xalq öz yerində var olmalıdır ki, gələn dini qəbul etsin...
Bu məntiqlə otaylı-butaylı bütöv Azərbaycanın tarixi daha qədimdir, çox-çox qədimdir. Unutmayaq ki, İslamdan xeyli əvvəldən əcdadımız Oğuz türkünün tək Tanrısı olub. Bu dünyabaxışın işartılarını andlarımızda, dualarımızda, inanclarımızda tapmaq olar. Dünyada ilk səmavi Kitab (“Avesta”) endirilən və bütün sonrakı dinlərə Xeyir-Şər anlayışını, rahat həyat tərzinin sirri kimi “Doğru Düşünmək, Doğru Danışmaq, Doğru Yaşamaq” konsepsiyasını eradan xeyli qabaq gətirən şəxsiyyət - Azərbaycan torpağında doğulmuş Zərdüşt peyğəmbər olub. Yaddan çıxartmayaq ki, ətirli-dadlı, şirin-şəkər, gözəl Novruz bayramının bütün ruhu, bütün əlamətləri hələ eradan çox-çox qabaqlar məişətimizdə var olan (və insanlarımız kimi inanclarımızı da qılıncdan keçirən ərəb ideoloqlarının şərlə aradan çıxartdığı) Atəşpərəstlikdən – Təbiətlə vəhdət inancından gəlir. Bizim babalar hələ neçə min illər öncədən güc, qüdrət, həyat mənbəyi kimi enerjiyə - Günəşə, İşığa, Oda-alova minnətdarlıq inancını yaradıb-yaşatdığı halda, dünya bu gün enerjiyə möhtac qalıb qədrini bilir, diqqət yetirir, üstündə cəngi-cidal edir...
Kölgəsində nə qədər məşhur yazarın, alimin daldalandığı, bəzən hətta üzünü köçürüb “əsərim” dediyi nadir “Dədə Qorqud” dastanının dili, ruhu, təfəkkür tərzi bəzi “etalon ziyalıların” qələmə verdiyi kimi, nə XI əsrin, nə V-VI əsrin deyil, daha qədim dövrlərin abidəsidir. Qorqudşünaslar məgər görmürmü o əlyazmalara üzköçürənlər tərəfindən sifarişlə sonradan ağ yamaqlar vurulduğunu?! Tədqiqatçılar bu nadir incinin qədim yunanların oxşar əsatir süjetlərindən də öncəki məxəz olduğunu görməlidir axı... Yaxud dahi Nizami Gəncəviyə sevgidən bayıldığını deyən ziyalılar, alimlər, sənətçilər niyə də Azərbaycan xalqının tarixini saxtalaşdıran savadsız nadanlara başa salmırlar ki, “İskəndərnamə”də Azərbaycan qadınının biliyinə, fərasətinə, əxlaqına heyran qalan fateh Makedoniyalı İskəndərin qədim mədəniyyət mərkəzi olan Bərdə hökmdarı Nüşabə xanımla görüşünün tarixi real rəqəmlərdə daha uzaqlaracan gedib çıxır!
Təbii ki, min ildən çoxdur xalqın dilindən düşməyən “Qırx il kölə kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır!” - kimi mərdanə deyimin sahibi ulu Babəkin bu Vətən yolunda kimlər tərəfindən şaqqalandığını qulaqardına vuran cahildən vətənsevər olmaz! Bizim ərazilərdə özünə dövlət yaratmış bədnam qonşumuz saxta xəritələr düzəldərək dənizdən-dənizə uydurma “Böyük Ermənistan” ərazisi cızdığı, xəyali Böyük Tiqran, Sasunlu David və s. “qəhrəmanlar” quraşdırdığı halda, dünya fatehləri arasında yer alan qüdrətli dövlət xadimi, şanlı Azərbaycan sərkərdəsi Şah İsmayıl Xətainin nəhəng imperiya qurmaq bacarığından (Səfəvi dövlətinin bayrağında bugünədək gəlib çatan rəmzlərimiz - səkkizguşəli ulduz və aypara var idi; eynən Cavad xanın bayrağında da həmin səkkizguşəli ulduz olub), real qəhrəmanlığından qürurla danışmaq əvəzinə, Orta əsrlərə qayıdıb Kişinin sünni-şiəliyindən yapışan “ziyalı”dan millət qeyrəti çəkən olmaz!
Sadalanan bütün bu kimi saysız-hesabsız tarixi, mədəni, mənəvi, əxlaqi detallar imperiya əsarəti zamanı xalqdan gizlədilərək, cəmiyyətin mədəni-mənəvi aurasında prioritetə çevrilmədiyi üçündür ki, indi nadanlar Azərbaycan xalqının milli kimliyini asanca qafalarına taxdıqları naməlum dini hədislərlə izah edir, milli-mənəvi dəyərlərimizi dini dəyərlərlə eyniləşdirir, milli mədəniyyətimizi dini fəaliyyət məhsulu kimi qələmə verirlər. Və məhz məlumatsızlıq üzündən bu əsassız fikirlərində hələ bir israr edirlər.
Müasir cəmiyyətimizdə xalqın birliyini və tərəqqisini təmin edə bilən, dünyaya özgür simasını tanıda bilən, müasir milli ideologiyamızın əsasında durmağa layiq olan Azərbaycan xalqının unutdurulmuş qədim tarixinə, mədəniyyətinə, mənəviyyatına dair belə misallar çox-çoxdur. Zəhmət çəkib (təbii ki, dövlətin dəstəyi ilə) onları üzə çıxarıb müasir dövrə uyğun şəkildə konseptuallaşdırmaq, xalqın istifadəsinə qaytarmaq, cəmiyyətin dövriyyəsinə vermək əvəzinə, özünü gücə salmadan dar bir dalana qapanıb qalmaqla, gözünü göyə dikib “Allahdan buyuruq, ağzıma quyruq!” – deməklə, yerdəki ümmanı isə görməzdən gəlməklə xalqa xidmət, millətə qiymət vermək olmaz, olsa da yanlış olar. Dinin öz yeri var, Millətin öz yeri...
Yekunda qeyd edək ki, yanlış ideoloji səmtə, yanlış dini cərəyanlara qulluq edən hər saxtakar ziyalı təhlükə mənbəyidir. Çünki beləsi “düşüncə qaranlığına işıq tutmaq” əvəzinə (Hacı Bektaş-i), öz qaranlıq düşüncəsi ilə insanlar arasında saçma-sapan qaranlıqlar yayır. O sanki dar ağacına çəkdiyi adamın ayağının altından kətili vurub yıxan cəlladın tayıdır. Özünün hər çaşqınlıq yaradan cəfəng fikri ilə xalqın ayağının altından üzərində boy atıb dayandığı özül dəyərləri vurub yıxmaqla məşğuldur. Hərçənd xalqın özül dəyərlərinə qəsd edən “hərşeyşünas müştəbehin” cavabı çox sadədir: əgər müasir demokratik düzəndə cahilin söz demək haqqı varsa, qarşılığında müdrik xalqın da səs vermək hüququ var!
Xəlqi görüntüsü yaratmaq üçün “Türk oğlu türkəm!” – desə də, Vətən türklərinin uzaq tariximizdə yaratdığı-yaşatdığı qədim-qaim dəyərləri görməyib, yaxın tarixlərdə qumlu səhralardan əsən yellərə qucaq açan idrakı sönük “ziyanlı”lara görkəmli türk ziyalısı Abdulla Şaiqin “Ananın öz oğluna layla deməsi” şərqisini xatırlatmaq bəlkə fayda verər:
Lay-lay mələkim, sevdiciyim, yavrucuğum, yat!
Bir də ələ düşməz bu çocuqluq dəmi, heyhat!
Türk oğlusan, əcdadın ulu, şanlı, sərəfraz;
İştə vətənindir, a quzum, şanlı bu Qafqaz...
17.08.2019
Bölməyə aid digər xəbərlər

Dünən, 14:20
Apteklərdə nöqsanlar aşkar edilib
Dünən, 13:06
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
Dünən, 11:38
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
1-02-2026, 18:09
Göygöldə 33 yaşlı şəxs bıçaqlanıb
1-02-2026, 12:21
Bölgələrə qar yağacaq, güclü külək əsəcək - Proqnoz
31-01-2026, 20:59
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu başlayır
31-01-2026, 15:06
“WhatsApp” şəxsi məlumatları icazəsiz paylaşır? - İddia
31-01-2026, 12:45
Sabahın hava proqnozu açıqlanıb
31-01-2026, 11:45
İcra başçısı vəzifəsi kimə tapşırılıb?
31-01-2026, 10:56
Bəzi vəkillər sosial şəbəkədə qeyri-etik davranış nümayiş etdirirlər
31-01-2026, 00:08
Müğənni "Tiktoker"dən şikayət edib
30-01-2026, 18:15
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
30-01-2026, 17:54
İcra başçısı müavinini vəzifədən azad edib
30-01-2026, 16:43
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
30-01-2026, 15:50
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
30-01-2026, 15:11
Fevral ayına olan hava proqnozu açıqlanıb
30-01-2026, 14:36
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
30-01-2026, 14:26
Hərbi prokurora köməkçi təyin olunub
30-01-2026, 13:22
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
30-01-2026, 12:45
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
30-01-2026, 12:36
Sabah hava necə olacaq? - Proqnoz
30-01-2026, 11:21
Sahibə Qafarovaya ağır itki üz verib
30-01-2026, 11:01
Tanınmış iş adamı həbs olunub - Səbəb
30-01-2026, 07:31
Kvant kompüterində "zaman kristalı" yaradılıb
29-01-2026, 23:08
Abşeron Gənclər şəhərciyində yaşayış binasında yanğın olub
29-01-2026, 18:38
Yeni üsul 10 milyard dəfə az enerji işlədəcək
29-01-2026, 16:14
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
29-01-2026, 15:21
İkiuşaqlı ana üçəm dünyaya gətirib
29-01-2026, 15:15
Regional Turizm İdarəsinin rəisi vəzifədən azad olunub
29-01-2026, 14:17
Qasırğa, külək və qar Avropada problemlər yaradıb
29-01-2026, 12:49
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
29-01-2026, 12:21
Sabahın hava proqnozu açıqlanıb
29-01-2026, 11:54
Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq
29-01-2026, 11:44
TƏBİB: "Məhkəmə sədrinin bıçaqlanan gəlininin vəziyyəti ağırdır"
29-01-2026, 11:00
Kəmaləddin Heydərov polkovniki təqaüdə göndərib - Yeni təyinat
29-01-2026, 10:56
Axtarışda olan azərbaycanlının yeri müəyyən olunub
29-01-2026, 10:12
Daha üç nəfər dəm qazından zəhərlənib - (Yenilınib)
29-01-2026, 10:07
Cərimənin məcburi tutulması qaydası dəyişir
28-01-2026, 18:08
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
28-01-2026, 17:52
Baş Prokurorluqda kollegiya iclası keçirilib
28-01-2026, 17:31
İcra başçısının müavini vəzifədən çıxarılıb
28-01-2026, 16:42
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
28-01-2026, 14:31
Yarım milyon manatlıq dələduzluqda ittiham olunan "hüquqşünas" tutulub
28-01-2026, 13:06
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
28-01-2026, 12:28
Sabah yağış yağacaq - Proqnoz
28-01-2026, 11:41
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
28-01-2026, 11:34
Bu il metronun yeni stansiyası açılacaq
Dünən, 23:39
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
Dünən, 23:02
İcra başçısını söyən şəxs həbs olunub
Dünən, 19:41
Xalq artistinin oğlu döyülüb
Dünən, 18:00
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
Dünən, 15:47
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
Dünən, 15:17
Oskar mükafatına namizədi həbs ediblər
Dünən, 09:23
Lənkərandakı yanğında bir nəfər həyatını itirib
Dünən, 00:10
Ukrayna üçün böyük hərbi yardım paketi hazırlanır
1-02-2026, 10:50
İranda zəlzələ baş verib
1-02-2026, 08:39
Tramp: Tehran ABŞ ilə ciddi danışıqlar aparır
31-01-2026, 18:02
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
31-01-2026, 13:27
Taksilərlə bağlı yeni qərar narazılıq yaradıb
31-01-2026, 12:55
Rəsmi Tehran: "İran istənilən vəziyyətə hazırdır"
31-01-2026, 12:09
Qadın öldürülüb, gəlini bıçaqlanıb - Qazi saxlanılıb
31-01-2026, 10:02
Bakıda Xalq artistinin oğlu döyülüb
31-01-2026, 00:13
Rəsulzadənin anadan olmasından 142 il ötür
30-01-2026, 18:51
Hacıqabul rayonunda vulkan püskürüb
30-01-2026, 17:40
İqtisadi Şuranın iclası keçirilib
30-01-2026, 16:38
Prezident Tədbirlər Planını təsdiqləyib
30-01-2026, 16:36
Prezident onları mükafatlandırıb - Siyahı
30-01-2026, 16:30
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
30-01-2026, 16:14
Baş Prokurorluq əhaliyə çağırış edib
30-01-2026, 15:40
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
30-01-2026, 13:06
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
30-01-2026, 12:53
Ukrayna ordusunda fərarilərin sayı artır
30-01-2026, 12:20
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
30-01-2026, 10:47
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
30-01-2026, 10:13
Tramp sülhün əldə olunacağına əmindir
30-01-2026, 10:12
Abşeronun prokuroru vəzifədən azad edilib
29-01-2026, 18:02
General rütbəsi verilən gömrükçülər kimlərdir? - Fotolar
29-01-2026, 17:55
Tərtərin prokuroru vəzifədən azad olunub
29-01-2026, 17:04
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
29-01-2026, 16:03
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
29-01-2026, 15:12
Dünyanın ən güclü gəmisini suya buraxıblar
29-01-2026, 13:16
Yasamaldakı "qara paltarlı qadın" tutulub - Foto
29-01-2026, 13:05
DSX-də yüksək vəzifəyə təyinat olub
29-01-2026, 12:11
Rusiyada bakalavriat və magistratura ləğv edilir
29-01-2026, 11:37
Rusiya 24 saat ərzində iki təyyarəsini itirib
29-01-2026, 10:44
Zelenski: Rusiya yeni zərbələr endirməyə hazırlaşır
29-01-2026, 08:48
Kolumbiyada təyyarə qəzası: 15 ölü
29-01-2026, 08:26
Rubio: Sülh Şurası BMT-ni əvəzləmək niyyətində deyil
28-01-2026, 16:26
İran ABŞ-ı hədələyir: əsgərlərinizlə vidalaşın!
28-01-2026, 15:55
Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb
28-01-2026, 14:39
General Baş idarə rəisi təyin olunub
28-01-2026, 14:20
Keçmiş birinci xanıma həbs cəzası verilib
28-01-2026, 10:42
Ali Məhkəmə daha bir iş üzrə vahid qərar verib
28-01-2026, 10:25
Mehdiabaddan "28 May"a tramvay xətti çəkiləcək

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər