Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 23-09-2016 16:36 | Bölmə: Cəmiyyət / Xəbərlər
Bu gün Milli Kitabxanada filologiya üzrə fəlsəfə doktoru, yazıçı Sona Vəliyevanın milli mətbuatımızın banisi, görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin ömür yoluna həsr olunmuş "İşığa gedən yol” romanının imza və təqdimat mərasimi keçirilib.
Reyting.az Trend-ə istinadla xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq roman haqqında qısa məlumat verib. O qeyd edib ki, Sona xanım Həsən bəy Zərdabi haqqında belə böyük bir roman ərsəyə gətirməklə, sanki Həsən bəy Zərdabiyə bir heykəl qoyur.
K.Tahirov deyib ki, romanda Həsən bəy Zərdabinin ömür yolu zərgər dəqiqliyi ilə təsvir edilir.
Sonra çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, tarixi şəxsiyyətlərimiz haqqında belə bir əsər yaratmaq çox vacib hadisədir:
"Həsən bəy Zərdabi haqqında məqalələrə rast gəlmişik, ancaq onun haqqında belə ətraflı, onun ömrünü tam əks etdirən əsərə rast gəlməmişik. Milli mətbuatımızın banisinin ömür yolunun bu cür geniş şəkildə təsvir edilməsi təbii ki, çox sevindiricidir”.
V.Əliyev bildirib ki, kitabın dili o qədər sadə və rəvandır ki, oxucular çox rahatlıqla hadisələri başa düşür: "Bu, çox dəyərli əsərdir. Bu, Həsən bəy Zərdabinin həyatını, tarixini öyrənmək istəyənlər üçün gözəl bir mənbədir”.
Nazir müavini əlavə edib ki, tarixi şəxsiyyətlərimiz haqqında belə böyük romanların yazılması təşəbbüsü bundan sonra da davam etməlidir.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin dekanı, professor Cahangir Məmmədli kitabın əhəmiyyəti haqqında danışıb. O qeyd edib ki, Sona xanım tarixi şəxsiyyətimiz barədə çox gözəl bir əsər ortaya qoyub:
"Bu kitabda Həsən bəy Zərdabinin ömür yolu ilə yanaşı, Azərbaycanın həmin dövrdəki tarixi də bədii şəkildə çox peşəkarlıqla əks olunur. Bu kitab tələbələrimiz, tarixçilərimiz üçün də gözəl bir mənbədir”.
Daha sonra çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Həsən bəy Zərdabi haqqında ilk dəfədir ki, belə böyük roman yazılıb: "Sona xanım öz zəhməti ilə belə bir yükü öz üzərinə götürdü və böyük zəhmət nəticəsində belə bir tarixi roman ərsəyə gəldi. Bu kitab xüsusilə mətbuat işçiləri üçün vacib əhəmiyyət kəsb edir. Lakin bu kitab nəinki jurnalistlərin, hamının stolüstü kitabına çevrilməlidir, çünki Həsən bəy Zərdabi Azərbaycan xalqının inkişafında mühüm rol oynamış bir şəxsiyyətdir”.
Ə.Amaşovəlavə edib ki, bu kitab Mətbuat Şurası tərəfindən Ali media mükafatına layiq görülüb.
Milli Məclisin deputatı Nizami Cəfərov da çıxışında kitabın böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirib ki, Həsən bəy Zərdabi haqqında belə bir gözəl əsərin yaradılması çox sevindirici haldır: "Bu gün tarixi şəxsiyyətlərimiz barəsində bu cür əsərlərin yaradılmasına böyük ehtiyac var. Xalqımız öz tarixi şəxsiyyətlərini yaxşı tanımalıdır”.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, bu kitab hər bir azərbaycanlı üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan E.Axundova bu kitabın rus, ingilis və digər dillərdə də çap edilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən "Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Yunus Oğuz, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Akif Əli, tənqidçi Əsəd Cahangir və digər iştirakçılar da kitab haqqında fikirlərini bölüşüblər, romanın Azərbaycanın dahi şəxsiyyətlərinin və tarixinin öyrənilməsində gözəl bir mənbə olduğunu diqqətə çatdırıblar.
Təqdimat mərasiminin sonunda çıxış edən Sona Vəliyeva bildirib ki, onun Həsən bəy Zərdabiyə müraciət etməsinin xüsusi əhəmiyyəti var: "Mən tarixi şəxsiyyətlərin həyatını, fəaliyyətini araşdıranda elə bilirdim ki, onların birinin övladıyam vəborcum var. Həsən bəyin həyatı, yaradıcılığı hər zaman mənim diqqətimi çəkib. Düşünürəm ki, o dövrdə yaşayanların hər birinə mənəvi, övladlıq borcumuz var. Bizim azadyaşamağımızda onlara vətəndaş, soydaş borcumuz var. Mən Həsən bəyin həyatını araşdıranda zərrə qədər yorulmadım. Çünki o ilahi missiyası olan adam idi.
Kitab haqqında çoxlu rəylər yazılıb. Hər kəsə təşəkkür edirəm, dəyərli fikirlər səsləndi. Bu fikirləri eşitmək mənim üçün xoş idi”.




Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər