Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 09-02-2016 15:06 | Bölmə: Cəmiyyət / Xəbərlər

Səhiyyə naziri Oqtay Şirəliyevin məhkəməyə çağırılması üçün vəsatət qaldırılıb.
Reyting.az "Azadlıq" radiosuna istinadən bildirir ki, belə bir vəsatətlə döyülərək öldürülmüş jurnalist Rasim Əliyevlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində fevralın 9-a keçirilən prosesdə zərərçəkmiş tərəfin nümayəndəsi Əshabəli Mustafayev çıxış edib.
Vəkil bildirib ki, nazir məhkəməyə gəlib bu iş üzrə istintaq zamanı prokurorluğa göndərdiyi məktubunu əsaslandırmalıdır.
«Oqtay Şirəliyevin məktubunda göstərilənlərlə Rasim Əliyevi müayinə etmiş həkimin istintaqa ilkin ifadəsi arasında ziddiyyət var. Oqtay Şirəliyev özü gəlib burada bu ziddiyyətə aydınlıq gətirməlidir», - deyə Əshabəli Mustafayev bildirib.
Amma Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.
Təqsirləndirilən şəxslərdən Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev bir daha Rasim Əliyevi müayinə və müalicə etmiş həkimlərin, həmçinin mərhum jurnalisti sonuncu dəfə xəstəxanada görmüş şəxslərin məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət verib. Amma bu vəsatət də təmin olunmayıb.
Bu qərardan sonra Şəmsəddin Quliyev bu iş üzrə rəy vermiş ekspertlərin dindirilməsi barədə vəsatətlə çıxış edib. Bu vəsatət isə qismən təmin olunub. Vəkil bütün ekspertlərin dindirilməsini istəsə də, məhkəmə yalnız ikisinin dindirilməsini məqsədəuyğun sayıb.
Məhkəmə fevralın 16-da davam edəcək.
Onu da qeyd edək ki, məhkəmə iclasının əvvəlində hakim Eldar İsmayılov ötən iclasdakı gərginlikdən danışaraq bildirib ki, məhkəmə obyektiv və ədalətli qərar qəbul edəcək: «Heç nəyi süni şəkildə şişirtməyə ehtiyac yoxdur».
Fevralın 2-də keçirilən məhkəmə iclasında müttəhimlər və onların vəkilləri zərərçəkmiş tərəfin həkimlərlə bağlı vəsatətini dəstəkləsələr də, məhkəmə bunu təmin etməyib. Bu da təqsirləndirilən şəxslər və onların yaxınlarının etirazına səbəb olub. Məhkəmə zalında səs-küy yarandıqdan sonra zala qaz buraxılıb. Bunu "Azadlıq” radiosuna təqsirləndirilənlərin yaxınları və vəkil də təsdiqləyib.
Xatırladaq ki, jurnalist Rasim Əliyev Facebook-da futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və avqustun 9-da səhərə yaxın xəstəxanada dünyasını dəyişib.
Bununla əlaqədar altı nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunub. Cavid Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər