Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 05-01-2017 13:55 | Bölmə: Cəmiyyət / Xəbərlər
Təhsil Nazirliyi ötən il təhsil sistemində həyata keçirilən islahat və tədbirlərin qısa xülasəsini açıqlayıb.
Reyting.az-ın məlumatına görə, nazirlikdən "Report”a bildiriblər ki, 2016-2017-ci tədris ili üçün ölkə üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıq olub.
Bundan başqa, məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq keçirilən müsabiqə nəticəsində 208 nəfər ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub.
Eyni zamanda, ölkədəki məktəblərə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən 2 365 nəfər müəllim adını qazanıb. Onlardan 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib.
2016-2017-ci tədris ili üzrə ölkənin 5 şəhər və 36 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunub.
Ölkənin ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları və müsahibə mərhələsi keçirilib. İmtahanın nəticəsinə görə, 243 nəfər iş yerini dəyişmək hüququ qazanıb.
2016- cı ildə ümumtəhsil məktəblərinin I, II, III, IV, V, VII və IX sinifləri üçün 261 adda 6 623 135 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib.
Ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarında müsbət dinamika müşahidə olunub. IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib. Məzunların 70 262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır. XI siniflər üzrə imtahanlarda 84 589 nəfər məzun iştirak edib. Bu məzunların 54 704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb.
Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan "Maarifçi” Tələbə Kredit Fondunun ilk kreditləri təyin olunan meyarlara cavab verən 22 nəfərə təqdim olunub və onlarla müqavilə imzalanıb. İkinci elan sessiyasında isə 12 universitetdən 121 tələbə müraciət edib və 80 təhsil krediti müqaviləsi imzalanıb.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər