Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 16-01-2017 12:43 | Bölmə: Cəmiyyət / Xəbərlər
Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyəti ilə iki tikinti şirkəti arasındakı 3 milyon 600 min manatlıq mülkü mübahisə sülhlə yekunlaşıb.
Reyting.az-ın məlumatına görə, bir neçə ay əvvəl Nərimanov Rayon İcra Hakimiyyəti bir sıra əməliyyatlarda əməkdaşlıq etdiyi şirkətlərlə işgüzar münasibətləri pozulduğu üçün məhkəməyə müraciət edib.
Bu səbəbdən Nərimanov Rayon İcra Hakimiyyəti əvvəllər əməkdaşlıq etdiyi, son bir əməliyyatla hesabına 3.600.000 manat pul köçürdüyü şirkətləri - "Xocalı" Kiçik Müəssisəsi ilə "ARAZ-2011 A" MMC-ni məhkəməyə verib. İcra hakimiyyəti məhkəmədən qeyri-yaşayış binasının hərraca çıxarılaraq satılması, qeyri-yaşayış binasının sökülməsi ilə əlaqədar 3.600.000 manat məbləğində pul vəsaitinin ədalətli kompensasiya olaraq "Xocalı" KM-nin hesabına köçürülməsi, qalıq məbləğin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığına köçürülməsini tələb edib. Lakin şirkət icra qurumunun "qalıq" tələbini nəinki ədalətsiz sayıb, hətta hesab edib ki, nəzərdə tutulan məbləğ hələ azdır, üstəlik, işin həcminə uyğun olaraq, pul artıqlaması ilə şirkətlərə ödənməlidir.
Maraqlıdır ki, işə baxan 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi icra hakimiyyətinin tələbini uzatmadan dərhal təmin edib. Ancaq "Xocalı" KM nə icra hakimiyyətinin tələbi, nə də məhkəmənin qərarı ilə razılaşmayıb. Ona görə də birinci instansiya məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər.
Məhkəmədən əldə etdiyimiz məlumata görə, Nərimanov Rayon İcra Hakimiyyəti ilə şirkətlər arasındakı 3.6 milyonluq mübahisə yanvarın 12-də Bakı Apellyasiya Məhkəməsində araşdırılıb:
"İş hakim Kəmalə Abiyevanın sədrliyi ilə sözügedən məhkəmədə icraata qəbul olunmuşdu. Yanvarın 12-də şirkətlərin icra hakimiyyətinə qarşı şikayətinə baxılıb. Maraqlıdır ki, məhkəmədə icra hakimiyyəti birinci instansiya məhkəməsində yuxarıda bəhs edilən iddia tələblərindən imtina edib. Bu səbəbdən də hakim işə xitam verən qərarı oxuyub".
Maraqlıdır, Nərimanovun icra başçısı Abdin Fərzəliyevin birdən-birə geri çəkilməsinin səbəbi nələr olub?
Bu sualla bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən və şirkətlərdən münasibət öyrənmək mümkün olmayıb.
Ancaq araşdırma zamanı aydın olub ki, Nərimanov rayon icra hakimiyyətinin başçısı və onun yaxın ətrafının hazırda rayon ərazisində bir çox şirkətlərlə işgüzar münasibətləri var.
Diqqətçəkən məqamlardan biri də budur ki, icra başçısı və ətrafı rayon ərazisində sosil mənzil layihəsi adı altında müdhiş proseslər həyata keçirmək istəyirlər. Oysa ki, sosial mənzil layihəsi birbaşa, rəsmi olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi altında həyata keçirilir. Hazırda bu agentlik Bakının Yasamal rayonunda bu layihə çərçivəsində ilk addımı atıb.
Digər layihə Suraxanı rayonunda - Hövsan qəsəbəsində gerçəkləşdiriləcək. Elə isə digər sual ortaya çıxır: Nərimanov Rayon İcra Hakimiyyəti rayon ərazisindəkı həyat evlərində yaşayan insanların "sosial mənzil" layihəsi adı altında hansı qanun və səlahiyyətlə evlərindən çıxarılmalarına məcbur edib?Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər