Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 15-02-2017 16:19 | Bölmə: Cəmiyyət / Xəbərlər
"Sabahdan
Qafqaz Universitetinin tələbələri yeni yaradılan Bakı Mühəndislik Universitetinin tələbələri kimi tədrislərini davam etdirəcəklər".
Reyting.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA-ya bildirib ki, Qafqaz Universitetində yaradılan Ləğvetmə komissiyasının rəyi ilə təhvil-təslim prosesi dünən tam başa çatıb: "Ləğvetmə komissiyası artıq işini başa çatdırıb. Bütün müvafiq sənədlər Bakı Mühəndislik Universitetinə təhvil verilib. Sabahdan da Qafqaz Universitetinin tələbələri Bakı Mühəndislik Universitetində tədrisə - II semestrə başlayacaqlar”.
C.Valehov 2016/2017-ci tədris ili üzrə qış imtahan sessiyalarının nəticələri barədə də məlumat verib. Hazırda ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının nəticələri, qarşıya çıxan hər hansı problemlərlə bağlı ümumiləşdirmələrin aparıldığını deyən nazirlik rəsmisinin sözlərinə görə, təhlillər aparıldıqdan sonra ayrı-ayrı təhsil müəssisələrinin nəticələri Təhsil Nazirliyinin müvafiq şöbəsinə təqdim olunacaq: "Qış imtahan sessiyasının təşkili iləbağlı təhsil naziri Mikayıl Cabbarovun əmri olub vəbuna müvafiq olaraq ictimaiyyət nümayəndələri, media kapitanları, millət vəkilləri imtahanları izləyiblər. İmtahan sessiyasında onların iştirak etməsi bu prosesin şəffaflığına işarədir”.
C.Valehov bildirib ki, Nazirliyin "Qaynar xətt”inə daxil olan müraciətlər də təhlil edilir, ümumiləşdirilir: "Son illər əvvəlki illərlə müqayisədə ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyası dövründə neqativ hallar, qeyri-qanuni ödənişlərin olması ilə bağlı müraciətlərin sayı xeyli azalıb və keyfiyyət dəyişiklikləri baş verib”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər