Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 18-08-2016 15:03 | Bölmə: İqtisadiyyat / Xəbərlər

"Ai-92" markalı benizinin idxalına zərurət H.Əliyev adına Neft Emalı Zavodunda aparılan təmir işləri ilə əlaqdar yaranmışdır və bu, müvəqqəti haldır".
Reyting.az-ın verdiyi məlumata görə, bu haqda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) açıqlamasında qeyd olunub.
Son günlər KİV-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2016-cı il tarixli Sərəncamı və eyni tarixli 307 və 308 saylı qərarları ilə əlaqədar müəyyən anlaşılmazlıqlara səbəb ola biləcək müxtəlif şərhlər və açıqlamalar yayımlandığı üçün bu məsələlərə aydınlıq gətirilməsinə zərurət yaranmışdır.
Qeyd edək ki, adıçəkilən sənədlər SOCAR-ın müraciəti
əsasında Heydər Əliyev adına Neft Emalı Zavodunda və "Azərikimya” İstehsalat
Birliyində həyata keçirilən modernizasiya proqramı çərçivəsində zavodun təmirə
dayanması ilə əlaqədar qəbul edilmişdir. Adətən 25-30 təqvim günü ərzində davam
edən təmir prosesinin bu dəfə modernizasiya işləri ilə bağlı bir qədər uzun
çəkə biləcəyi nəzərə alınmışdır.
Qeyd edək ki, təmirdən əvvəl H.Əliyev adına NEZ-də istehsal olunan "Aİ-92” markalı benzin
ölkənin daxili tələbatını tam ödəyir və müəyyən ehtiyat yaranmasına da imkan
verirdi. Avqust ayının 16-sı gününə olan məlumata
əsasən, ölkə üzrə orta günlük istehlak 3900 (üç min doqquz yüz) ton təşkil
etmiş və bütün bu həcm yaranmış ehtiyat hesabına ödənilmişdir. Hal-hazırda 8-10
günlük ehtiyat da mövcuddur. Bu müddətdən sonra NEZ-də yığılan ehtiyatın bazar
tələbatını ödəyə bilməyəcəyi nəzərə alınaraq, SOCAR Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə daxili bazar tələbatını təmin etmək üçün idxal olunacaq "Ai-92” markalı benzinin
gömrük rüsumu və aksiz vergisindən azad edilməsi haqqında müraicət etmişdir.
Xahişimiz NEZ-in təmiri dövründə SOCAR-ın maliyyə itkilərinin
minimallaşdırılması məqsədi daşımışdır. Çünki daxili bazarda benzinin qiyməti
dövlət tərəfindən tənzimlənir və bu qiymətlər sabit qalacaqdır. İdxal olunan
benizinin qiyməti isə neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq
gündəlik dəyişir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16
avqust 2016-cı il tarixli Sərəncamı və göstərilən qərarları daxili bazarda
sabitliyin qorunmasına və yanacaq təchizatında problem yaranmamasına xidmət
edir. Yaxın 3-4 gün ərzində 4000 (dörd min) ton həcmində idxal benzini
respublikaya gətiriləcək. H.Əliyev adına NEZ-də istehsalat prosesi bərpa
olunana qədər bu iş davam etdiriləcək və ölkəyə benzin idxalı həyata keçiriləcəkdir.
Zavod işə düşdükdən sonra isə idxal dayandırılacaqdır.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər