Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 10-11-2016 12:32 | Bölmə: İqtisadiyyat / Xəbərlər
Noyabrın 10-da Vergilər Nazirliyi digər dövlət qurumlarının iştirakı ilə "Elektron cinayət işi” modulunun tətbiqi ilə bağlı təqdimat mərasimi keçirib.
Reyting.az saytı Fins.az-a istinadla xəbər verir ki, tədbirdə vergilər nazirinin müavini Namiq Əliyev bildirib ki, "Elektron cinayət işi” sisteminin yaradılması dövlət başçısının bu sahədəki tapşırıqlarının icrası ilə bağlıdır və artıq bu sistem işə hazırdır.
Nazirliyin Vergi Cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə vergi pozuntularına və cinayətkarlığa qarşı mübarizə üçün təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (VCİAD) fəaliyyəti barədə məlumat verib. Bildirib ki, "Elektron cinayət işi”nin yaradılması bu sahədə istintaq işlərinin sürətinin və keyfiyyətinin artırılması, vahid elektron statistik uçot bazasının yaradılması, əlavə inzibatçılıq tədbirlərinin minimuma endirilməsi, iş vaxtına qənaət, insan resurslarından daha səmərəli istifadə olunması məqsədi daşıyır.
Z.Məmmədzadə bildirib ki, "Elektron cinayət işi” vergi cinayətləri üzrə cinayət materiallarının Departamentə göndərilməsi, Departamentdə aparılan ibtidai araşdırma zamanı qərar, vəsatət, məktub və digər sənədlərin elektron formada hazırlanması məqsədilə yaradılmış, özündə daha geniş və dəqiq məlumatları əks etdirən, operativ axtarış imkanlarına malik olan cinayət işlərinin vahid elektron sistemidir.
Baş idarə rəisinin sözlərinə görə, "Elektron cinayət işi” modulunun tətbiqi ilə bağlı ibtidai araşdırma zamanı qəbul oluna biləcək prosessual qərar, vəsatət və onları müşayiət edən məktubların, nazirlikdaxili məktubların (sorğuların), digər qurumlara göndəriləcək məktubların (sorğuların), ümumilikdə 100-dən artıq sənədin nümunəvi formaları hazırlanıb.
Yeni sistem bu il noyabrın 21-dən işə düşəcək, artıq bununla bağlı müstəntiq və təhqiqatçılara treninqlər keçiriləcək.
Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Baş Prokurorluğun, Vergilər, Daxili İşlər, Ədliyyə nazirliklərinin, FHN-nin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Vəkillər Kollegiyasının nümayəndələri, bir sıra məhkəmə orqanlarının hakimləri və KİV nümayəndələri iştirak ediblər.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər