Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirilib
Tarix: 30-10-2025 17:50 | Bölmə: Mədəniyyət
Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirilib

Məşhur dirijor, professor Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Reyting.az
bildirir ki, bu barədə APA-ya dirijorun özü məlumat verib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl yıxılıb və əməliyyat olunub.

Bakı Sağlamlıq Mərkəzindən isə bildiriblər ki, Rauf Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olub.

"Müvafiq klinik, laborator, instrumental müayinələr olunduqdan sonra travmatoloq, fizioterapevt konsultasiyaları olundu və müvafiq müalicə təyin edilib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Rauf Abdullayevin 88 yaşı tamam olur.




Bölməyə aid digər xəbərlər