Fermerlər Ginnesin Rekordlar Kitabına düşüb - Fotolar
Tarix: 04-11-2025 08:08 | Bölmə: Mədəniyyət
Fermerlər Ginnesin Rekordlar Kitabına düşüb

Britaniyalı fermerlər Helouin bayramına hədiyyə kimi dünyaca məşhur ingiltərəli müğənni, rok ulduzu və bəstəkar Ozzi Osbornun (O, 2025-ci ilin 22 iyulunda 76 yaşında vəfat edib) təsvirini çoxlu sayda balqabaq və badımcan üzərində hazırlamaqla, yeni rekorda imza atıblar.

Reyting.az
xəbər verir ki, ingiltərəli fermerlərin Ginnesin Rekordlar Kitabına düşdüyü barədə rəsmi məlumat yayılıb.

Sauthemptondakı "Sunnyfields" adlı fermada yaradılan mozaikanın sahəsi 212 kvadratmetr olub ki, bu da bir tennis kortunun ölçüsünə bərabərdir.

Hələ sağlığında əfsanəyə çevrilmiş dünya şöhrətli rok ifaçısının, "Zülmət Şahzadəsi" adlandırılan mərhum Ozzi Osbornun ailə üzvləri də Sauthemptonun sakinləri olan rekordçu fermerlərin xüsusi dəvəti ilə bu installasiyanın açılışında iştirak ediblər.





Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər