Brüs Uillisin ailəsi onun ölümünə hazırlaşır
Tarix: 24-11-2025 10:54 | Bölmə: Mədəniyyət
Brüs Uillisin ailəsi onun ölümünə hazırlaşır
Brüs Uillis

Hollivudun məşhur aktyoru Brüs Uillisin sağlıq durumu kritik həddə çatıb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, bu barədə onun həyat yoldaşı Emma Hemminq jurnalistlərlə söhbətində danışıb.

Onun sözlərinə görə, adətən belə mövzular müzakirə olunmur, amma aktyorun ağır vəziyyəti yaxınlarını gələcək hadisələrə hazırlaşmağa vadar edir.

Yerli media yazır ki, 70 yaşlı aktyor demensiya xəstəliyi ilə mübarizəsini davam etdirir. Onun vəziyyəti getdikcə pisləşir və Uillis hazırda ayrı evdə 24 saat mütəxəssis nəzarəti altında yaşayır. Ev ona ən yaxşı qayğı göstərmək üçün hər şeylə təchiz edilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər