Məşhur rejissor yazıçını oğurluqda ittiham edir
Tarix: 28-11-2025 14:34 | Bölmə: Mədəniyyət
Məşhur rejissor yazıçını oğurluqda ittiham edir
Kventin Tarantino


Hollivudun məşhur rejissoru Kventin Tarantino qalmaqallı açıqlama verib. Dünya şöhrətli rejissor yazıçı Syuzan Kollinzi "Aclıq oyunları" filminin süjet xəttini oğurlamaqda ittiham edib.

Reyting.az
xəbər verir ki, bu barədə "World of Reel" nəşri məlumat yayıb.

Amerikalı yazıçı Breta İstonun podkastında danışan Kventin Tarantino bildirib ki, Syuzan Kollinzin yaratdığı hekayə eyni zamanda, yaponiyalı rejissor Kindzi Fukasakunun kult filmi "Kral döyüşü"nün motivlərini xatırladır.

Rejissor vurğulayıb ki, baxımlı olsa da, "Aclıq oyunlar" filminin orijinal ekran əsəri kimi təqdim olunması tamamilə yanlışdır.

Məşhur rejissora cavab verməyən amerikalı yazıçı Syuzan Kollinz isə illərdir ki, əsərində hər hansı təsirin və ya plagiatın olduğunu qətiyyətlə inkar edir. Lakin iddiasının doğru olduğunu söyləyən məşhur rejissor K. Tarantino bu açıqlamasına görə məsuliyyət daşıdığını və söylədiklərinin geniş əks-səda yaradacağına ümid etdiyini bildirib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər